Ağkilsə (Vedibasar) — Vikipediya

Kənd
Ağkilsə
40°01′21″ şm. e. 45°00′49″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Vedibasar mahalı
Rayon Vedi rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Ağkilsə xəritədə
Ağkilsə
Ağkilsə

Ağkilsəİrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[1]

Rayon mərkəzindən şərqdə, Siqnax dağının ətəyində, Zimmi dərəsində, Vedi çayının sahilində yerləşirdi.

1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Ağcakilsə [2] formasında, 1728-ci ildə tərtib edilmiş, «İrəvan əyalətinin icmal dəftəri»ndə[3] və Qafqazın 5 verstlik xəritəsində[4] Ağkilsə kimi qeyd edilmişdir.

Toponim alban məbədinin adı əsasında, rəng bildirən ağ sözü ilə və kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

Kənddə 1873 - cü ildə 111, 1886-cı ildə 152, 1897-ci ildə 165, 1904 - cü ildə 563, 1914 - cü ildə 574, 1916-cı ildə 259 nəfər azərbaycanlı yaşamışdır[5].

1918-20-cı illərdə kəndin əhalisi qırğınlarla tamamilə qovulmuş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

  1. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  2. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.172
  3. «İrəvan əyalətinin icmal dəftəri», s.106
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.5
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. 84-85, 154-155