Martuni rayonu (Ermənistan) — Vikipediya
Rayon | |
Martuni rayonu | |
---|---|
İnzibati mərkəz | Aşağı Qaranlıq |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 9 sentyabr 1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi | 75 866[1] (1989) nəfər |
Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur.[2][3] Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində yerləşirdi.
Tarixi
[redaktə | mənbəni redaktə et]1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir.
Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m), Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.
Martuni rayonunun kəndləri — Kolagirən, Mədinə, Aşağı Alıcalı, Əliqırıq, Vəliağalı, Yuxarı Qaranlıq, Göl kəndi, Yuxarı Adıyaman, Aşağı Adıyaman, Dəlikdaş, Təzəkənd, Əbdülağalı, Aşağı Gözəldərə, Zolağac
1948–1951-ci illərdə Martuni rayonunun azərbaycanlı kəndlərinin demək olar ki, hamısı bütünlüklə boşaldılmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Martuni rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Abdalağalı | Vavşen | 03.01.1935 |
Vəliağalı | Dzoragyuğ | … |
Göl | Liçik | … |
Dəlikdaş | Tsakkar | … |
Aşağı Qaranlıq | Martuni | … |
Əliqırıq | Astxadzor | 03.01.1935 |
Zolaxaç | Zolakor | 03.01.1935 |
Kolagirən | Tsovinar | 03.01.1935 |
Yuxarı Adyaman | Verin Getaşen | 07.12.1945 |
Aşağı Adyaman | Nergin Getaşen | 07.12.1945 |
Aşağı Gözəldərə | Vardenik | 07.12.1945 |
Kəsikbaş | Lernaker | 07.12.1945 |
Adamxan | Vardadzor | 03.07.1968 |
Aşağı Alçalı | Arstsvanist | 27.09.1968 |
Qaranlıq | Gehovit | 03.07.1968 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
- ↑ Мартуни // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 379.
- ↑ Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
- Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. [ölü keçid]
- İndiki Ermənistan qədim türk yurdu idi [ölü keçid]
- Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı [ölü keçid]