Ağacəri (dəqiqləşdirmə) — Vikipediya
- Ağacəri eli — Azərbaycan türklərinin ellərindən biri. Hazırda əsasən İranda (Cənubi Azərbaycan ərazisində də həmçinin) yaşayırlar; Azərbaycan Respublikası ərazisində yaşayan əhalinin cüzi bir qisminin əsli də bu elə gedib çıxır.
- Akasirlər — qədim qaynaqlarda adı Avropadakı hunlarla əlaqədar olaraq çəkilmiş bir tayfa; bir çox tarixçi onların adının ağacəri tayfasıyla bağlı olduğu fikrindədir.
- Ağacəri elinin Anadolu türklərinin tərkibində olan hissəsi Ağaçeri və ya daha yayqın olaraq Tahtacılar (Taxtaçılar) olaraq tanınırlar. Onlar əsasən Türkiyənin cənub, cənub-qərb və qərb bölgələrində, habelə Adana, Mərsin, Antalya, Denizli, İsparta, Burdur, Muğla, Aydın, İzmir, Manisa, Balıkəsir və Çanaqqala kimi bölgələrdə yaşayırlar.
Yaşayış məntəqələri, inzibati ərazi vahidləri və toponimlər
[redaktə | mənbəni redaktə et]Azərbaycan
[redaktə | mənbəni redaktə et]- Ağacəridağ — Tovuz rayonunda yerləşən dağ (bəzi qaynaqlarda vaxtilə indiki Tovuz rayonunun ərazisində Ağacəri adında bir kəndin də mövcud olması qeyd edilir; qaynaqların birində bu adlı kəndin Çar Rusiyası dövründə (19-cu əsr) Tiflis quberniyasının Qazax qəzası ərazisində yerləşdiyi qeyd olunur).[1][2]
Ermənistan
[redaktə | mənbəni redaktə et]- Ağacəri (digər adı Tantaq) - vaxtilə Osmanlı İmperiyasının müvəqqəti (1583–1604-cü illər arası mövcud olmuş) Rəvan əyalətinin Qarni (Gərni) nahiyəsində qeyd olunmuş kənd adı.[3] Ehtimalən həmin kənd günümüzədək çatmayıb və artıq mövcud deyildir.
İran
[redaktə | mənbəni redaktə et]- Ağacəri — Şərqi Azərbaycan ostanındakı Əcəbşir şəhristanının Qalaçay bəxşinin Dizacrud-i Şərqi dehistanında yerləşən kənd.
- Ağcarud (tarixi adı Ağacəri) — Şərqi Azərbaycan ostanındakı Həştrud (Sərəskənd) şəhristanının Mərkəzi bəxşinin Qaranqu dehistanında yerləşən kənd.
- Ağacəri (Marağa) — — Şərqi Azərbaycan ostanındakı Marağa şəhristanının Mərkəzi bəxşinin Saracu-i Şimali dehistanında yerləşən kənd.
- Ağacəri — Qərbi Azərbaycan ostanındakı Şahindej (Sayınqala) şəhristanının Mərkəzi bəxşinin Holasu dehistanında yerləşən kənd.
- Ağacəri — Zəncan ostanındakı Xudabəndə şəhristanının Mərkəzi bəxşinin Socasrud dehistanında yerləşən kənd.
- Aqçəri (Ağacəri adının təhrifi) — Qəzvin ostanındakı Abyek şəhristanının Mərkəzi bəxşinin Ziyaran dehistanında yerləşən kənd.
- Ağacəri — Kürdüstan ostanındakı Divandərə şəhristanının Mərkəzi bəxşinin Hövmə dehistanında yerləşən kənd.
- Ağacəri şəhristanı — Xuzistan ostanının 26 şəhristanından biri.
- Ağacəri (digər adı Ağacəri-i Zeydun) — Xuzistan ostanının Ağacəri şəhristanında şəhər və oranın inzibati mərkəzi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-01-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-26.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-04-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-26.
- ↑ http://kompy.info/ermenistanda-azerbaycan-menseli-toponimlerin-izahli-lugeti-1.html?page=10[ölü keçid]
Ağacəri sözü bir çox mənada istifadə olunur. Lazımi mənanı dəqiqləşdirmək üçün bu səhifədəki siyahıdan istifadə edin. |