Adilə Sultan (Mehmed Səlahəddin Əfəndinin qızı) — Vikipediya
Adilə Sultan | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çırağan sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Atası | Mehmed Səlahəddin Əfəndi |
Anası | Tövhidə Zatıgül xanım |
Həyat yoldaşları | Faiq bəy Moralızadə Səlahəddin Əli bəy |
Uşağı | Nilüfər xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Adilə Sultan (7 fevral 1887, İstanbul – 7 dekabr 1973, Paris) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Adilə Sultan 7 fevral 1887-ci ildə babasının taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Muradın oğlu Səlahəddin Əfəndi, anası isə onun ikinci xanımı Tövhidə Zatıgül xanımdır. Babasının vəfat etdiyi 1904-cü ilədək bu sarayda nəzarət altında yaşayan Adilə Sultan daha sonra digər ailə üzvləriylə birlikdə Üsküdar sarayına köçürüldü. 15 may 1910-cu ildə Göztəpə köşkündə Arif Paşanın oğlu Faiq bəylə nikahlandı. Ancaq cəmi 3 il sonra cütlük boşandı və bu nikahdan övladları olmadı. 3 aprel 1914-cü ildə ikinci evliliyi Moralızadə Mehmed Əli bəyin oğlu Səlahəddin Əli bəylə baş tutdu və bu nikahdan bir qızı dünyaya gəldi. Ancaq ərinin 1918-ci ildə vəfatının ardından Adilə Sultan dul qaldı və bir daha evlənmədi.
3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Adilə Sultan da qızı Nilüfər xanım Sultanla birlikdə sürgünə göndərildi. Sürgün illərini bir çox ailə üzvləri kimi Fransanın Nitsa şəhərində keçirən Adilə Sultan burada son xəlifə Əbdülməcid Əfəndinin himayəsində yaşadı. 20 dekabr 1931-ci ildə xəlifənin qızı Dürrüşəhvar Sultan Heydərabad nizamı Mir Osman Əli xanın böyük oğluyla evləndi və eyni gün, Əbdülməcid Əfəndinin razılığıyla Adilə Sultanın yeganə qızı Nilüfər xanım Sultan da nizamın kiçik oğlu Müəzzəm Cahla nikahlandı. Toy mərasiminin ardından qızıyla birlikdə Hindistana gedən Adilə Sultan burada keçmiş dəbdəbəli həyatına qovuşdu. Ancaq qızının 1952-ci ildə boşanmasının ardından yenidən Fransaya qayıtdı və qızıyla birlikdə Parisdə yaşadı. 7 dekabr 1973-cü ildə burada vəfat edən Adilə Sultan Paris yaxınlığındakı Bobigny məzarlığına dəfn olundu.
Övladı
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. p. 278. ISBN 978-0-292-78335-5
- Mehmet Nermi Haskan (2001). Yüzyıllar boyunca Üsküdar. Üsküdar Belediyesi. p. 689. ISBN 978-975-97606-2-5
- Bardakçı, Murat (2017). Neslishah: The Last Ottoman Princess. Oxford University Press. ISBN 978-9-774-16837-6
- Vâsıb, A.; Osmanoğlu, Osman Selaheddin (2004). Bir şehzadenin hâtırâtı: vatan ve menfâda gördüklerim ve işittiklerim. Yapı Kredi Yayınları. YKY. ISBN 978-975-08-0878-4