Fatma Nəslişah Sultan — Vikipediya
Fatma Nəslişah Sultan | |
---|---|
فاطمة نسليشة سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 fevral 1921 |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 2 aprel 2012[1] (91 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | Aşiyan məzarlığı |
Fəaliyyəti | əsilzadə |
Atası | Ömər Fərrux Əfəndi |
Anası | Sabiha Sultan |
Həyat yoldaşı | Məhəmməd Əbdül Moneim |
Uşaqları | Şahzadə Abbas Hilmi İqbal Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Fatma Nəslişah Sultan (4 fevral 1921, İstanbul – 2 aprel 2012[1], İstanbul) — son Osmanlı padşahı VI Mehmed Vahidəddin və son xəlifə II Əbdülməcidin nəvəsi. Osmanlı Xanədan dəftərinə adı yazılan son Osmanlıdır. Misir kral naibi Məhəmməd Əbdül Moneimin xanımıdır. Onunla eyni illərdə yaşayan və Əbdülqadir Əfəndinin qızı olan Nəslişah Sultanla qarışdırılmaması üçün Böyük Nəslişah Sultan olaraq anılır.
Həyatı
[redaktə | vikimətni redaktə et]4 fevral 1921-ci ildə anası Sabiha Sultanın Nişandaşındakı köşkündə dünyaya gəlmişdir. Atası son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi, anası son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı Sabiha Sultandır. Dünyaya gəlişi 121 top atəşi və sultanın onun adına kəsdirdiyi sikkələrlə qeyd edildi. Daha sonra Xanzadə və Nəcla adlı iki bacısı dünyaya gəldi. Osmanlı ailəsinin sürgünə gedişinə qədər Dolmabağça sarayında yaşadılar.
3 yaşında ikən 3 mart 1924 tarixli qanunla sürgünə göndərilənlər arasında yer aldı. Ailəsi sürgünün ilk illərini Fransanın Nitsa şəhərində keçirdi. Burada ilk təhsilini aldı. Bundan başqa bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanım və Sultanzadə Əli bəylə birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrəndilər. Daha sonra ailəsiylə birlikdə Misirə getdi. Fransızca, almanca, ingiliscə və ərəbcə öyrəndi. 1940-cı ilin sentyabrında Misirin son hidivi Abbas Hilmi Paşanın oğlu Şahzadə Məhəmməd Əbdül Moneimlə evləndi. Bu nigahdan Şahzadə Abbas Hİlmi və İqbal Sultan adlı 2 övladı dünyaya gəldi.
Misirdəki 1952 tarixli çevrilişdən sonra əri "kral naibi" və Nəslişah Sultan Misirin "first lady"si oldu. Krallığın ləğvinə qədər bu vəzifədə qaldı. Ancaq cumhuriyyətin elanından sonra əri ilə birlikdə bəzi çevriliş cəhdlərinə adı qarışdı və aylarla davam edən məhkəmə prosesinin ardından Misirdən çıxmalarına icazə verildi. İkinci dəfə sürgün olunan Nəslişah Sultan əri ilə birlikdə Fransaya getdi və 1963-cü ilədək burada yaşadı.
1952-ci ildə Türkiyədə Osmanlı ailəsinə mənsub qadınların ölkəyə qayıtması barədə verilən qanundan sonra tez-tez vətənə gələn Nəslişah Sultan 1963-cü ildən Türkiyədə yaşamağa başladı. Yenidən türk vətəndaşlığına keçən Nəslişah Sultan "Osmanoğlu" soyadını aldı. Əri Məhəmməd Əbdül Moneim 2 dekabr 1980-ci ildə vəfat etdi və Misir hökumətinin icazəsiylə Qahirədə dəfn olundu.
Nəslişah Sultan isə 2 aprel 2012-ci ildə 91 yaşında vəfat etdi. Cənazəsi anası və qardaşının yanında Aşiyan məzarlığına dəfn olundu.
Övladları
[redaktə | vikimətni redaktə et]- Şahzadə Abbas Hilmi (d. 16 oktyabr 1941, Qahirə) — 2 may 1969 tarixində Mədiha Mümtazla (d. 12 may 1945, Qahirə) evləndi. Bu nigahdan 2 övladı dünyaya gəldi:
- İqbal Sultan (d. 22 dekabr 1944, Qahirə)
Qalereya
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- http://www.milliyet.com.tr/Yazar.aspx?aType=YazarDetay&ArticleID=1348730&AuthorID=104&b=Prenseslik
- http://www.oocities.com/hazemsakr/royal/neslisah.html
- http://hurarsiv.hurriyet.com.tr/goster/haber.aspx?id=3796147&yazarid=28