Bahar (yataq) — Vikipediya

Bahar
Ölkə  Azərbaycan
Kəşfi1968
İstismarı1969

Bahar yatağı — qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir. Bu yataq 1968-ci il mart ayının 21-də kəşf olundu. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılmışdır. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard m³ qaz olmuşdur.[1] Hazırda yataq onun işlənməsi layihəsinə 1 milyard dollar yatırmış Bahar Enerji Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Bura müəssisənin karbohidrogenlərin hasilatı ilə məşğul olan iki mədənindən (sexindən) biri sayılır. Baharda 11 özül fəaliyyət göstərir. Bir-birindən 300-400 metrlik, bəzən bir kilometrlik məsafədə yerləşir. Hazırda "Bahar"da 9 quyu fəaliyyətdədir. Sutkada yataqdan 350-360 min kubmetr qaz, 20 ton kondensat alınır. Hasilatı artırmaq, sonra da onu sabit saxlamaq qarşıya qoyulmuş başlıca məqsəddir. 2012-ci ildə yataqdan hasil olunan qazın sutkada 850 min kubmetrə çatdırılması nəzərdə tutulub. Burada 6 quyu əsaslı təmir ediləcək və 3 yeni quyu qazılacaq.[2] Bahar Enerji Əməliyyat Şirkəti 2011-2015-ci illər ərzində “Bahar-Qum-dəniz” saziş blokunda 58 yeni quyunun qazılmasını planlaşdırır.[3] 2010-cu ilə qədər bu yataqda təxminən 16,8 milyon ton neft və 128,7 milyard kub metr təbii qaz istehsal edilib.[4] İstehsalın pik həcmində yataqda 93 quyu fəaliyyət göstərirdi, quyuların sayı indi 16-ya enib.[5]

Hasilatın bölünməsi razılaşması

[redaktə | mənbəni redaktə et]

22 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Neft ŞirkətiBƏƏ şirkəti Bahar Energy Ltd arasında Bahar və Qum dəniz yataqlarının kəşfiyyatı, bərpası və işlənməsi üçün hasilatın bölünməsi razılaşması imzalanıb.[6] ARDNŞ prezidenti Rövnəq Abdullayev və Bahar Energy Ltd Baş Direktoru Riçard Makduqall tərəfindən imzalanan müqavilə 25 il müddətində qüvvədədir və daha 5 il müddətinə uzadıla bilər. Bu, ARDNŞ-nin xarici şirkətlərlə imzaladığı sayca 28-ci hasilatın bölünməsi razılaşmasıdır. Rövnəq Abdullayev ARDNŞ-nin Azərbaycandakı ümumi qaz hasilatının 1 trilyon kubmetrə artırmasını planlaşdırdığını bildirib.

Razılaşmaya əsasən Bahar Energy Ltd növbəti üç il ərzində bir kəşfiyyat quyusu qazacaq. Layihənin ilk mərhələsində 50 quyu qazılması nəzərdə tutulub. Əlavə olaraq qalan mövcud quyuların hamısında istehsalın bərpası işləri yerinə yetiriləcək. Layihənin ilkin mərhələsinin ARDNŞ-ə 2,5 milyard ABŞ dolları gəlir gətirəcəyi hesab edilir. Layihənin ikinci mərhələsi çərçivəsində Bahar yatağında Bahar-2 konstruksiyasında kəşfiyyat işləri görülməsi planlaşdırılıb.[7]

Razılaşmaya görə, layihə proqramı təsdiqlənərkən ARDNŞ bonus olaraq 2 milyon ABŞ dolları, hər 100 milyon barrel istehsala görə 1 milyon ABŞ dolları, kommersiya istehsalı başlayarkən 5 milyon ABŞ dolları və istehsal həcmi 2008-ci il göstəricilərindən 1,5 dəfə artıq olan zaman 2 milyon ABŞ dolları əldə edəcək.[5] 2008-ci ildə bu yataqdan 54-55 min ton neft və 195 milyon kub metr təbii qaz istehsal olunub. Bahar Energy Ltd layihədə 80%, ARDNŞ isə 20% paya sahibdir.[8] Əvvəlki proqnozlar onu göstərir ki, növbəti 5 il ərzində Bahar yatağında təbii qaz və kondensat istehsalı müvafiq olaraq 15% və 10% azalacaq, buna görə də istehsalın stabil səviyyədə saxlanılması üçün xarici investorların cəlb edilməsi arzuolunan idi.[4][9] Bahar Energy Ltd-nin bu layihəyə 1 milyard ABŞ dolları sərmayə yatıracağı gözlənilir.[7]

  1. ""Bahar‐Qum‐dəniz"". 2013-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.
  2. "Azərbaycan qazının «Bahar»ı". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.
  3. "Arxivlənmiş surət". 2011-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.
  4. 1 2 "SOCAR signs contract with Bahar Energy Limited". Caspian Energy. 2009-12-23. 2011-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-05.
  5. 1 2 Rashad Suleymanov. Азербайджан заключил новое нефтегазовое соглашение [Azerbaijan signed a new oil and gas agreement] (Russian). APA. 2009-12-22. 2009-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-05.
  6. "SOCAR gets help at oil and gas fields". United Press International. 2009-12-23. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-05.
  7. 1 2 Инвестиции в блок месторождений «Бахар» и «Гум-Дениз» составят $1 млрд [Investment in "Bahar" and "Gumdeniz" bloacks will make up $1 bln] (Russian). Rosinvest. 2009-12-22. 2011-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-05.
  8. Sokhbet Mamedov. Баку расширяет географию экспорта [Baku is expanding geography of export] (Russian). Nezavisimaya Gazeta. 2009-12-28. 2019-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-05.
  9. E. Ismayilov. "Azerbaijan signs new oil and gas contract". Trend News Agency. 2009-12-22. 2011-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-05.