Divanxana (Şirvanşahlar sarayı) — Vikipediya

Divanxana
Xəritə
40°21′58″ şm. e. 49°50′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər, Qala döngəsi 76
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Sifarişçi I Fərrux Yasar
Tikilmə tarixi 1450
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti muzey
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.3.2
KateqoriyaDivanxana
ƏhəmiyyətiDünya əhəmiyyətli
Divanxana (Bakı)
Divanxana
Bakının xəritəsində Divanxana
Divanxana (İçərişəhər)
Divanxana
İçərişəhərin xəritəsində Divanxana
Divanxananın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

DivanxanaŞirvanşahlar sarayının şimal-qərbində, hündür stilobat üzərində inşa edilmiş rotonda-pavilyon. XV əsrdə Şirvanşah Fərrux Yasarın sifarişi ilə inşa edilmişdir. Divanxananın işlədilməsi ilə bağlı bir neçə versiya mövcuddur. Hesab edilir ki, o, mühakimələr, qəbullar və ya dövlət şurası binası olaraq xidmət edirdi və ya türbə idi.

Üslub xüsusiyyətləri və naxış işinin tamamlanmamış hissəsi divanxananı XV əsrin sonuna, Səfəvi qoşununun Bakını aldığı vaxta aid etməyə imkan verir. Binanın orijinal memarlıq quruluşunun mənşəyi islamdan əvvəlki dəfn adətləri ilə əlaqələndirilir.

Divanxana səkkizguşəli rotondadan ibarət olub, on iki tərəfli günbəzlə tamamlanır. O, səkkizguşəli zaldan açıq eyvanla birləşir. Eyvanın çatma sıra tağları özünəməxsus kapitel və oturacaqları olan doqquz sütuna söykənir. Sütunlar üzərindəki izlər göstərir ki, onlar nə vaxtsa incə daş barelyeflərlə bəzədilib. Divanxanaya yuxarı həyətdən və küçədən gələn iki giriş vardır.

Divanxana Qriqori Qaqarini təsvirində

Leonid Bretaniski[1]Sara Aşurbəyli[2] tədqiqatlarında Divanxananın XV əsrdə Şirvanşah Fərrux Yasarın sifarişi ilə inşa edildiyini qeyd edirlər. Divanxana pavilyonunun qapı açarımlarından birində pozulmuş, ola bilsin ki, sındırılmış və indiyədək oxunamamış ərəb dilində bir sətirlik kitabə qalmışdır.[2] V. M. Sısoyev həmin kitabədə I Xəlilullahın adını və hicri 832 (miladi 1428–1429) tarixini oxuduğunu iddia etsə də[3], Aşurbəyli bunu yoxlamağın mümkün olmadığını deyir.[2] Divanxananın xatirə abidəsi olması haqqında mülahizələr vardır.[4] S. Aşurbəyli qeyd edir ki, ola bilsin bu bina türbə olmuş və mənbələrin məlumatına görə cənazənin qalıqları qızılbaşlar tərəfindən qəbirdən çıxarılıb yandırılan I Xəlilullah orada dəfn edilmişdir.[2]

Başqa bir fərziyyəyə görə, binanı Şirvanşah Fərrux Yasar özünə türbə kimi inşa etdirsə də, 1500-cü ildə Cabanı döyüşündə məğlub olduqdan sonra qızılbaşlar tərəfindən yandırılaraq öldürüldüyünə görə burada dəfn edilməmişdir.[5]

Digər bir məlumata görə isə, Divanxana rəsmi qəbul mərasimlərinin, dövlət şurası iclaslarının keçirildiyi yer olmuşdur. Bu iclaslar bilavasitə şah və əyanlarının iştirakı ilə xalçalarla bəzədilmiş ratonda tipli səkkizguşəli zalda keçirilirdi. Buranın dövlət məşvərət işlərinin keçirildiyi yer olmasını abidənin ratondasının qərb fasadındakı portalın zəngin xalçavari ornamentləri arasında ustalıqla yerləşdirilmiş dövlətçilik rəmzi olan tac təsviri təsqiqləyir.[6]

Ümumilikdə Divanxananın işlədilməsi ilə bağlı bir neçə versiya mövcuddur. Hesab edilir ki, o, mühakimələr[7], qəbullar və ya dövlət şurası binası[8] olaraq xidmət edirdi və ya türbə idi.[9] Abidənin hal-hazırkı adı ən çox yayılmış nəzəriyyənin əsasını təşkil edir. Buna görə güman edilir ki, o, elə divanxanadır və ya sarayın qəbul otağıdır və ya hansısa "buyuruq" otağıdır. Üslub xüsusiyyətləri və naxış işinin tamamlanmamış hissəsi divanxananı XV əsrin sonuna, Səfəvi qoşununun Bakını aldığı vaxta aid etməyə imkan verir. Divanxana planının xüsusiyyətləri, yeraltı sərdabə və zala girişdə həkk edilmiş yazının məzmunu (Quran, 10-cu surə, 26-cı və 27-ci ayələr) onun xatirə yeri olduğunu göstərir.[10] Bretaniski hesab edir ki, Divanxana XV əsrin sonunda, Şirvanşah Fərrux Yasarın dövründə tikilib, dövr hadisələri tikintinin bitməsinə imkan verməyib.[11]

Orijinal memarlıq quruluşunun mənşəyi islamdan əvvəlki dəfn adətləri ilə əlaqələndirilir.[12] Tarixçi Sara Aşurbəyli hesab edir ki, müsəlmanlıqdan əvvəlki dövrdə divanxanananın olduğu ərazi müqəddəs yer olub. O güman edir ki, piyaləyəoxşar çuxurlar öldürülmüş heyvanların qanını saxlamaq üçün istifadə edilirdi.[13]

Memarlıq xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Ümumi planlaşdırma və inşaat

[redaktə | vikimətni redaktə et]


Divanxananın profil kəsimi

Portal (solda və kollonada (sağda)

Divanxana səkkizguşəli rotondadan ibarət olub, on iki tərəfli günbəzlə tamamlanır. O, səkkizguşəli zaldan açıq eyvanla birləşir. Eyvanın çatma sıra tağları özünəməxsus kapitel və oturacaqları olan doqquz sütuna söykənir. Sütunlar üzərindəki izlər göstərir ki, onlar nə vaxtsa incə daş barelyeflərlə bəzədilib. Divanxanaya yuxarı həyətdən və küçədən gələn iki giriş vardır.[14]

Rotondanın da iki giriş qapısı vardır. Qərb girişi uca və nəfis işlənmiş portal ilə seçilir. Mərkəzi zalın ortasında dördbucaqlı şəklində olan pilləkan vasitəsilə zirzəmi ilə əlaqə vardır. Bunların təyinatı haqqında müxtəlif fikir yürüdülür. Buranın sərdabə olduğu da ehtimal olunur.[14] Səkkizüzlü zal beş cəhətləri ilə özünəməxsus orderin yonulmuş sütunları üzərindəki çatma şəkilli arkadalardan ibarət açıq qalereyaya yönəlmişdir. Arkadaların səthi, bununla, kölgələrin yarımtonları ilə birgə divarın xüsusi plastikasını əmələ gətirən hamar və nəcib profillərlə xüsusi olaraq nəzərə çarpdırılır. Zalın üzərindən ikiqat örtülmə ilə çatma konturlu yonulmuş daş günbəz qabağa çıxır. Yonulmuş arkadalar qalereyasının hamar damı üzərindən qabağa çıxmaqla günbzin mahiyyəti daha da artır.[15]

Sütunlar sırası ilə rotondanı əhatə edən arkada, üfüqi profilli bütöv daş bloklar vasitəsilə zalın həcmi ilə birləşdirilmişdir. Burada parlaq şəkildə ifadə olunmuş memarlıq kütlələrinin tektonikası, konstruktiv formaların əla həlli ilə qeyd olunub, binanın geniş miqyası bütün memarlıq memarlıq elementləri və detalları ilə uyğunlaşdırılmışdır. Özünəməxsus orderin sütunu fərdi səciyyə daşıyır və rotondanın ümumi kompozisiyasında, özlüyündə əhəmiyyətli olan həlqədir.[15]

Sütunun fərdiyyəti vahid şaquli blokdan olan memarlıq formasının həllində xüsusi olaraq nəzərə çarpdırılmışdır. Rotonda zalının interyerinin daxili məkanı, stalaktitlərin tələbkar şəkli ilə çatma formalı günbəzə keçən, çatmalı səkkizüzlü keçidli tağlar formasında olan, yalnız konstruktiv formalardan tikilmişdir. Təmiz yonulmuş daşlardan döşənmiş bütün interyer, müəyyən memarlıq sisteminin həcmli plastikasını və materialın həssaslıqla hiss edilməsini meydana çıxardır.

Mərkəzi zalın qarşısında, aşağı tərəfdə düzbucaq şəklində dəhliz vardır. Dəhlizin bir başı əzəmətli portaldan, digəri isə kiçik cənub qapısından gələn iki girişdən ibarətdir. Dəhlizin şərq hissəsində kiçik xidmət otağı yerləşir. Divanxananın həyətində müxtəlif dərinliklərə (3 metrdən 15 metrə qədər) 5 ədəd quyu vardır.[14]

Divanxananı saray kompleksinə daxil olan digər tikililərdən kompozisiyasının tamamlığı, memarlıq formalarının mükəmməlliyi və ornamentli müxəlləfatın yerinə yetirilməsinin virtuozluğu fərqləndirir. Burada Azərbaycan memarlığında yeni stilistika istiqamətinin, müstəsna nəfis nəticələrə gətirib çıxarmış həcmli-məkan həllərinin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.[16]

Divanxananın kvadrat şəkilli həyətinin ətrafında perimetr boyunca konturu və qurulma prinsipi ilə rotonda ilə oxşar olan kollonada üzərində açıq tağlar sırası qalereyası yerləşmişdir. Həyətin qalereyası hündürlüyünə görə Divanxananın nişanından aşağıdır və möhkəm stilobat üzərində səkkizüzlü rotondanın hakimlik edən həcmi üçün özünəməxsus fon təşkil edir.[17]

Portalın stalaktitlərin mürəkkəb sisteminə əsaslanan çatma taxçası

Portal və fasadın dekorasiyası

[redaktə | vikimətni redaktə et]

Qarb arkadada rotonda dinamik ifadə edilmiş əzəmətli portalla ramamlanır. Onun çatma taxçası, stalaktitlərin mürəkkəb sisteminə söykənən nəcib, nahamar yarımqübbə ilə tamamlanıb. Giriş qapı yeri üzərindəki timpanlar səthi daş üzərindəki möhtəşəm naxışlarla örtülmüşdür. Portalın haşiyələnməsinin ciddiliyi ornamentli müxəlləfatın zərifliyini və mahirliyini daha da çox nəzərə çarpdırır.[18] Ş. Fətullayev-Fiqarov qeyd edir ki, "bu, sadəcə olaraq mükəmməllik dərəcəsinə çatdırılmış Abşeron memarlığının portal kompozisiyası deyil, klassik sürətlərin inkişaf proseslərinin dərinliyindən doğan, Şərq incəsənətinin memarlıq fəlsəfəsidir."[17]

Portalın səthi tipik Abşeron florasına xas olan əncir və üzüm yarpaqları ilə, şərq xalçalarının naxışlarını xatırladan ornamentlərlə, eləcə də dərinliyi 3–5 sm olan oyma naxışlarla bəzədilmişdir. Portal, divar oyuğunun qabırğalı yarım gümbəzi 7 sıralı stalaktik kəmərə söykənib. Portalın çərçivəsində iki ədəd altıguşəli medalyon vardır ki, onların içərisində sol tərəfdə gül şəkilli həndəsi fiqur əmələ gətirən 6 ədəd romb izlənir. Romblardan ikisinin üzərində "Allahdan başqa allah yoxdur", digərində "Məhəmməd Allahın elçisidir", sonuncuda isə "Əli Allaha yaxındır" sözləri yazılıb.[19] Sağ tərəfdəki altıbucaqlının içərisində isə 12 ədəd romb əks olunub. Onlardan 6 ədədinin üzərində "Allah təkdir", digər 6 ədədinin üzərində isə "Məhəmməd" sözləri yazılmışdır. Portalla yanaşı rotondaya gedən daxili keçid də gözəl ornamentlərlə işlənmişdir. Bu ornamentlərdən yuxarıda quranın 10-cu surəsi (Yunus surəsi 25, 26, 27-ci ayələr) yazılmışdır.[19]

Burada bədiilik effekti hörgünün xüsusiyyətindən asılı olaraq işıq-kölgə oynaqlığı ilə verilir. Daşların sırasının biri üfiqi yerləşdiyi halda, digəri şaquli istiqamətdə yerləşir, bu da daşların müxtəlif çalarlı olmasını təmin edir. Divarların bu qayda ilə inşası ansamblın bütün tikililərində izlənir.[19]

Rotonda tağlarının oxları üzərində altıbucaqlı medalyonlar vardır ki, onların daşları üzərində 3 qabarıq və 3 oyuq formada "Əli" adı həkk olunmuşdur. Qapı keçidlərinin üzərində ornamentlər yoxdur və giriş keçidi üzərində yazılar üçün çərçivə hazırlansa da onlar tamamlanmamışdır. Rotondadakı mərkəzi zal dekorativ bəzəyə malik deyildir, onların tərəfləri oxvari oyuqlar və qapı keçidlərindəki tir yerində də qalmaqdadır.[16]

  1. Бретаницкий, Л. С. Баку. Ленинград-Москва: Искусство. 1970. səh. 57. (#accessdate_missing_url)
  2. 1 2 3 4 Aşurbəyli, Sara. Şirvanşahlar dövləti. Bakı: Şərq-Qərb. 2006. səh. 128. (#accessdate_missing_url)
  3. Сысоев, В. М. Баку прежде и теперь. Баку. 1928. səh. 16. (#accessdate_missing_url)
  4. Бретаницкий, Л. С. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. Ленинград-Москва: Наука, Главная редакция восточной литературы,. 1966. səh. 230. (#accessdate_missing_url)
  5. "Şirvanşahlar Sarayı Kompleksi Azərbaycan memarlığının möhtəşəm nümunəsi kimi". AzərTac. 06.08.2014. 9 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2016.
  6. "Divanxana". shirvanshah.az. 10 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2016.
  7. Сысоев В. М. Баку прежде и теперь. — Б., 1928. — С. 16.
  8. Дадашев, Усейнов, 1946. səh. 22
  9. Бретаницкий Л. К. К вопросу назначения и датировки "Диван-хане". — Б.: Искусство Азербайджана, 1956. — Т. V. — С. 138, 142, 161.
  10. Бретаницкий, Веймарн, 1976. səh. 115
  11. Бретаницкий, 1970. səh. 58
  12. Бретаницкий, Веймарн, 1976. səh. 116
  13. Ашурбейли, 1992. səh. 167
  14. 1 2 3 Əfəndi, Rasim. Azərbaycan incəsənəti. Bakı: Şərq-Qərb. 2007. səh. 62. (#accessdate_missing_url)
  15. 1 2 Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Azərbaycan Memarlar İttifaqı. 2006. səh. 97. (#accessdate_missing_url)
  16. 1 2 Əfəndi, Rasim. Azərbaycan incəsənəti. Bakı: Şərq-Qərb. 2007. səh. 63. (#accessdate_missing_url)
  17. 1 2 Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Azərbaycan Memarlar İttifaqı. 2006. səh. 99. (#accessdate_missing_url)
  18. Fətullayev-Fiqarov, Şamil. Bakının Memarlıq Ensiklopediyası. Bakı: Azərbaycan Memarlar İttifaqı. 2006. səh. 98. (#accessdate_missing_url)
  19. 1 2 3 Əfəndi, Rasim. Azərbaycan incəsənəti. Bakı: Şərq-Qərb. 2007. səh. 61. (#accessdate_missing_url)
  • Ашурбейли С. Б. История города Баку. Период средневековья. — Б.: Азернешр, 1992. — 408 с. — ISBN 5-552-00479-5.
  • Aşurbəyli, Sara. Şirvanşahlar dövləti. Bakı: Şərq-Qərb, 2006
  • Бретаницкий Л. С. Баку. — Ленинград-Москва: Искусство, 1970. — 245 с.
  • Бретаницкий Л. С. Зодчество Азербайджана XII–XV вв. и его место в архитектуре Переднего Востока. — Наука, Главная редакция восточной литературы, 1966. — 556 с.
  • Əfəndi, Rasim. Azərbaycan incəsənəti. Bakı: Şərq-Qərb, 2007