Faiq Bağırzadə — Vikipediya
Faiq Bağırzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 mart 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 30 mart 1988 (62 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | geologiya |
Elmi dərəcəsi | |
| |
Təltifləri |
Bağırzadə Faiq Məmməd oğlu (20 mart 1926, Bakı – 30 mart 1988, Bakı) — geologiya elmləri doktoru (1964), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983), Əməkdar elm xadimi (1980), Bakı Dövlət Universitetinin rektoru və Azərbaycan SSR Dövlət mükafatı laureatı.[1][2]
Haqqında
[redaktə | mənbəni redaktə et]Faiq Bağırzadə 20 mart 1926-cı ildə Bakı şəhərində anadan olmuş, 132 saylı orta məktəbi bitirmişdir. Ali təhsilini 1940-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Geoloji-kəşfiyyat fakültəsində alan Bağırzadə mühəndis-geoloq ixtisasına yiyələnmişdir.[2]
Faiq Bağırzadə əmək fəaliyyətinə 1949-cu ildə "Qobustanneftqaz kəşfiyyatı" trestinin kontorunda mühəndis-geoloq olaraq başlamışdır. O, həmçinin 1949-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Neft və qaz yataqlarının geologiyası kafedrası nəzdində aspiranturaya daxil olmuşdur. 1951–1953-cü illərdə "Azneft" Birliyinin "Dənizdə kəşfiyyat qazması" trestinin "Neft Daşları" idarəsində mühəndis-geoloq işləmişdir. Habelə Azərbaycan Elmi Tədqiqat Neft Geoloji-Kəşfiyyat İnstitutunun çöl tematik partiyasında mühəndis-geoloq və partiya rəisi vəzifəsində çalışmışdır.[2]
Faiq Bağırzadə 1952–1954-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Neft və qaz yataqlarının geologiyası kafedrasında assistent vəzifəsini icra etmiş, 1954–1962-ci illərdə kafedranın baş müəllimi və dosenti işləmiş, 1962–1965-ci illərdə isə Azərbaycan Neft və Kimya İnstitutunun Geoloji-kəşfiyyat fakültəsinin dekanı olaraq fəaliyyət göstərmişdir.[2]
Faiq Bağırzadə 1964–1965-ci illərdə Myanma İttifaqı Respublikasın Ali və Orta İxtisas Təhsili Nazirliyinin xətti ilə Ranqun Texnoloji İnstitutunun professoru vəzifəsinə təyin olunmuşdur. Həmin institutda məruzələrlə çıxış edən Bağırzadə ingilis dilində "Neft və yeraltı geologiya" mühazirələr məcmuəsini çap etdirmişdir.[2]
Faiq Bağırzadə 24 mart 1988-ci ildə Bakıda vəfat etmiş və II Fəxri Xiyabanda dəfn edilmişdir.[2]
Faiq Bağırzadə Kamran Bağırovun böyük qardaşıdır.[3]
İctimai-siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Professor 1965–1970-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Univertitetinin Xarici vətəndaşların təhsili üzrə fakültəsinin dekanı vəzifəsini icra etmişdir. Eyni zamanda 1966–1970-ci illərdə Neft və qaz yataqlarının geologiyası kafedrasının professoru və kafedranın müdiri təyin olunmuşdur.[2] Faiq Bağırzadə 1970-ci ildə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.[4] Onun fəaliyyəti dövründə Tətbiqi riyaziyyat fakültəsi təşkil olunmuş, yeni kafedralar açılmış və institutlararası elmi-tədqiqat hesablama mərkəzi fəaliyyətə başlamışdır.[2]
Faiq Bağırzadə Bakı Dövlət Universitetinin Elmi Şurasının sədri vəzifəsini icra etmişdir. O. həmçinin Sovet-İraq Dostluğu Cəmiyyətinin Azərbaycan bölməsinin, və Azərbaycan Ali Məktəb Rektorları Şurasının sədri olmuşdur.
Faiq Bağırzadə Bakı Dövlət Universitetinin Elmi Şurasının sədri vəzifəsini icra etmişdir. O, həmçinin Sovet-İraq Dostluğu Cəmiyyətinin Azərbaycan bölməsinin, və Azərbaycan Ali Məktəb Rektorları Şurasının sədri olmuşdur. Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiya heyətinin üzvü olan Bağırzadə Ali Sovetin VIII, IX, X və XI çağırışlarında deputat seçilmişdir.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Faiq Bağırzadə 1953-cü ildə "Abşeron yarımadasının sahilboyu və bitişik sahələrində Qala dəstəsinin kəşfiyyatı" mövzusunda geologiya-minerologiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1964-cü ildə "Abşeron neft-qazlı sahəsinin Şərq hissəsində məhsuldar qatın alt şöbəsində neft və qaz yataqlarının yerləşmə və formalaşmasının qanunauyğunluqları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru elmi dərəcəsini almışdır.[2]
Professor Faiq Bağırzadə 100-dən artıq elmi əsər, habelə 12 monografiya, dərslik və dərs vəsaiti çap etdirmişdir.[2]
Mükafatları
[redaktə | mənbəni redaktə et]Faiq Bağırzadə elmin, təhsilin inkişafındakı xidmətlərinə görə S. İ. Vavilov adına medalla, həmçinin "Oktyabr İnqilabı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilmişdir. 1980-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülən Bağırzadə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası // Tərtib edəni: S. Əsədov; Elmi red. B. Budaqov, Q. Qeybullayev. Bakı: "Gənclik", 1995. ISBN 5-8020-0852-0
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 "Bağırzadə Faiq Məmməd oğlu" (Azərbaycan). science.gov.az. 10-09-2021 tarixində arxivləşdirilib.
- ↑ ""Məni ən yaxın çiyindaşım "satmışdı""-Bir prokurorun xatirələri » Ovqat.com". Ovqat.com. 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.
- ↑ "Bakı Dövlət Universitetinin rektorları" (Azərbaycan). bsu.edu.az. 25-06-2014 tarixində arxivləşdirilib.