Fateh — Vikipediya
Fateh | |
---|---|
41°00′41″ şm. e. 28°57′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 24 m |
Saat qurşağı | |
Digər | |
fatih.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Fateh — İstanbul ilinin ilçəsi. Qurulduğu tarixi yarımada adlanan bölgəni tamamilə əhatə edən və bu gün İstanbulun mərkəzi hesab olunan ilçə. İlçə cənub-qərbdən Zeytunburnu, şimal-qərbdən Əyyubsultan ilçələri ilə, şimaldan Haliç, şərqdən İstanbul boğazı və cənubdan Mərmərə dənizi ilə əhatə olunmuşdur. 1928-ci ildən 2008-ci ilədək Əminönü ilçəsi ilə birlikdə İstanbulun tarixi yarımadadakı iki ilçəsindən biri olmuşdur. 2008-ci ildə Əminönü ilçəsinin ləğv edilərək Fateh ilçəsinə birləşdiriləsi ilə, yenidən bütün tarixi yarımadanı özündə birləşdirdi. 1562 ha sahəsi olan Fateh ilçəsi 57 məhəllədən ibarətdir.
Adı
[redaktə | vikimətni redaktə et]1463-cü ildə Konstantinopolun fəthinin onuncu ili münasibətilə Fateh Sultan Mehmed öz adını daşıyan bir külliyə inşa etdirmişdir. Çox keçmədən Fateh külliyəsinin ətrafında müsəlman məhəlləsi formalaşmağa başladı. Külliyənin adıyla anılmağa başlanan məhəllə sonralar böyüyərək ilçəyə çevrilmişdir.
Fateh ilçəsi şimal-qərbdən Əyyubsultan ilçəsi, şimaldan Haliç, cənubdan Mərmərə dənizi, cənub-qərbdən isə Zeytunburnu ilçələri ilə qonşudur. İlçənin sahəsi 1562 ha olub, dəniz səviyyəsindən yüksəkliyi təxminən 60 metrdir. Əkin ərazisi yoxdur. Tarixi yarımadada yerləşən İstanbulun yeddi təpəsi bu ilçənin sərhədləri daxilindədir. İlçənin sahil xətti isə 14 km-dir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Fatih ilçəsinin əhali inkişafı İstanbulun digər ilçələrindən fərqli olmuşdur. Qədim Əminönü ilçəsində 1960-cı illərdə başlayan əhalidəki geriləmə 1990-cı illərdə də qədim Fatih ilçəsindən başlayıb. Bu gün də ilçənin əhalisi azalır. Bunun başlıca səbəbləri inkişaf sahələrinin daralması, iqtisadi imkanları inkişaf edənlərin başqa ilçələrə köçməsi və əhəmiyyətli bölgələrin mənzil sahəsi olmaqdan çıxıb iş sahə xarakteri qazanmasıdır.
İl | Fateh ilçəsi üzrə | Əminönü ilçəsi üzrə | Ümumi |
---|---|---|---|
1965 | 344.602 | 137.849 | 482.451 |
1970 | 417.662 | 136.997 | 554.659 |
1975 | 504.127 | 122.885 | 627.012 |
1980 | 474.578 | 93.324 | 567.902 |
1985 | 497.459 | 93.383 | 590.842 |
1990 | 462.464 | 83.444 | 545.908 |
2000 | 403.508 | 55.635 | 459143 |
2007 | 422.941 | 32.557 | 455.498 |
2008 | göstərici yoxdur | göstərici yoxdur | 443.955 |
2009 | göstərici yoxdur | göstərici yoxdur | 433.796 |
2010 | göstərici yoxdur | göstərici yoxdur | 431.147 |
2011 | göstərici yoxdur | göstərici yoxdur | 429.351 |
2012 | göstərici yoxdur | göstərici yoxdur | 428.857 |
2013 | göstərici yoxdur | göstərici yoxdur | 425.875 |
2014 | göstərici yoxdur | göstərici yoxdur | 419.266 |
2015 | göstərici yoxdur | göstərici yoxdur | 419.345 |
2016 | 417.285 |
Tarixi binalar
[redaktə | vikimətni redaktə et]Mərmərə qazıntıları nəticəsində 8500 illik bir tarixə malik olduğu anlaşılan İstanbul şəhərinin ən qədim yaşayış məntəqələrindən biri olan Fateh ilçəsi, tarixi abidələr baxımından olduqca zəngindir. Tarixi yarımada Fateh, Roma İmperiyasının ən mühüm mərkəzlərindən biri olma xüsusiyyətinə sahib bir yer olmasının yanında 1058 il Bizans, 469 il isə Osmanlı İmperiyasına paytaxtlıq etmişdir. Bu xüsusiyyəti ona bu tarixi yarımadada üç mühüm mədəniyyətə aid çox mühüm əsərləri bir arada görməyə səbəb olub. Tarixi yarımada üzərində yer alan Roma, Bizans və Osmanlı dövrlərindən qalma əsərlərlə açıq hava muzeyini xatırladan ilçədir.
Aya Sofya
[redaktə | vikimətni redaktə et]Aya Sofya məbədi – Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda isə muzey olan məbəd. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur.
1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zələzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır.
Topqapı sarayı
[redaktə | vikimətni redaktə et]Topqapı sarayı — Türkiyənin İstanbul şəhərində yerləşən və 400 il (1465–1856) Osmanlı sultanlarının iqamətgahı olmuş saray kompleksi.
Hökmdar iqamətgahı kimi saray təntənəli qəbullar və əyləncə məclislərinin keçirildiyi məkan olmuşdur. Hazırda muzey kimi fəaliyyət göstərən saray İstanbulun əsas turist məkanlarından biridir. Sarayda Məhəmməd peyğəmbərin əbası və qılıncı kimi müsəlmanlar üçün çox dəyərli olan müqəddəs relikviyalar qorunur. 1985-ci ildən "İstanbulun tarixi ərazisi"nin tərkibində UNESCOÜmumdünya irsi siyahısına daxil olan saray iv kriteriyası ilə "Osmanlı dövrü […] saraylarının ən yaxşı nümunələrindən biri" kimi təsvir edilir.
Saray kompleksi dörd həyət və çoxlu kiçik binalardan ibarətdir. Ən aktiv məskunlaşma dövründə 4.000 insanın yaşadığı saray uzun sahilboyu ərazini əhatə edirdi. Kompleksə məscidlər, xəstəxana, çörəkxanalar və başqa binalar da daxildir. Sarayın inşasına 1459-cu ildə Konstantinopolu işğal etmiş Sultan II Mehmedin əmri ilə başlanmışdır. Sultanların əvvəlki iqamətgahından fərqləndirilməsi üçün saray "Yeni Saray" adlandırılmışdır. Saray XIX əsrdən etibarən Topqapı adlandırılmağa başlamışdır. 1509-cu il zəlzələsi və 1665-ci il yanğınından sonra sarayda əsaslı bərpa işləri aparılmış və saray genişlədilmişdir.
Sultan Əhməd məscidi
[redaktə | vikimətni redaktə et]Sultan Əhməd məscidi — 1609–1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən İstanbuldaki tarixi yarımadada Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa etdirilib. Caminin interiyeri mavi, yaşıl və ağ rəngli İznik çiniləriylə bəzədildiyi və yarımqübbələrin, böyük qübbənin içi mavi tonlu qələm işləri ilə bəzədildiyi üçün Avropalılar məscidi "Mavi Cami (Blue Mosque)" adlandırır. 1934-cü ildən etibarən Ayasofiya camidən muzeyə çevrilir. O zamandan etibarən İstanbulun əsas məscidi Sultan Əhməd camisidir.
Sultan Əhməd Məscidi külliyyəsilə birlikdə İstanbuldaki ən böyük tikinti komplekslərindən biridir. Bu külliyyə bir cami, mədrəsələr, hünkar qəsri, arasta, dükanlar, hamam, çeşmə, səbillər, türbə, darüş-şəfa, sibyan məktəbi, imarətxana və kirayəlik otaqlardan təşkil olunub. Tikintilərin müəyyən qismi günümüzə qədər gəlib çatmamışdır.
Məscidlər
[redaktə | vikimətni redaktə et]- Bəyazid məscid
- Bali Paşa məscidi
- Bodrum məscidi
- Fateh məscidi
- Fənari İsa məscidi
- Hasəki məscidi
- Hırka-i Şərif məscidi
- İskəndərpaşa məscidi
- Kiçik Aya Sofya məscidi
- Laləli məscidi
- Mihrimah Sultan məscidi
- Nuruosmaniyyə məscidi
- Pertevniyal Validə Sultan məscidi
- Sultan Əhməd məscidi
- Süleymaniyyə məscidi
- Şahzadə məscidi
- Yavuz Səlim məscidi
- Yeni məscid
- Zeyrək məscidi
Qalereya
[redaktə | vikimətni redaktə et]- Aya İrini
- Bozdoğan Məscidi
- Yeni Məscid
- Alman Bulağı
- Misir Çarşısı
- Bəyazıt Qülləso
- Soyuqçeşmə küçəsi
- Kariye Müzeyi
- Süleymaniyyə Məscidi
- İstanbul Liseyi
- Bâb-ı Əli
- Yerəbatan Sarnıncı
- Türk və İslam əsərləri muzeyi
- Dikilitaş
- Səbətcilər Qəsri
- Laləli Məscidi
- Topqapı
- Pərtəvniyal Validə Sultan Məscidi