Güllübulaq (Amasiya) — Vikipediya
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Güllübulaq | |
---|---|
40°52′07″ şm. e. 43°42′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.730 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Güllübulaq — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd.
Tarixi
[redaktə | vikimətni redaktə et]Güllübulaq kəndi 1988-ci ilə qədər, XIX əsrin sonlarında Qars əyalətinin Qars dairəsində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir.[2][3] Güllübulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[4] qeyd edilmişdir.
Toponimi
[redaktə | vikimətni redaktə et]Toponim "güllü, çiçəkli" mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "güllü, çiçəkli bulaq yanında olan kənd" anlamını bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə hərfən tərcümə edilərək Vardaxbyur (Güllübulaq) qoyulmuşdur. Kənd Türkiyənin Qızıldaş kəndi ilə sərhəddə yerləşirdi. Güllübulaqda Koroğlu mağarası, Nigar dərəsi, Nəbi çayırı, və s. xalq qəhrəmanlarının adları ilə bağlı toponimlər var idi. Kəndəki tayfa adları da sırf türk mənşəli idi.[mənbə göstərin]
Təhsil
[redaktə | vikimətni redaktə et]Amasiya kəndləri arasında ilk və ən böyük məktəb məhz Güllübulaq kəndində tikilib. Ötən əsrin əvvəllərində isə bu kənddə ibtidai rus-tatar məktəbi fəaliyyət göstərib. Kənd əhalisinin çoxu bir müddət rus dilində təhsil alıb. Güllübulaq əməkdar və baş müəllimlərinin, orta məktəbi qızıl medalla bitirənlərin sayına görə də öndə gedən kəndlərdən olub. Rayon Partiya Komitəsində, Xalq Deputatları Sovetində, müxtəlif partiya və sovet orqanlarında yürsək vəzifələrdə çalışanlar, 1920–1930-cu illərdə Zaqafqaziyada yeganə olaraq Gümrüdə olan Sənaye Texnikumunu bitirənlər arasında Güllübulağın yetirmələri üstünlük təşkil edib. Kənddə yüksək təhsil almış 31 kərbəlayi, 17 məşədi, 10-dan çox hacı və axund olub. 1987-ci ilin hesablamalarına görə kənd əhalisinin sayı 3147 nəfər təşkil edib.[5]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Güllübulaq kəndi ən böyük kəndlərdən biri olmuşdur. Kənddə ancaq türklər yaşamış, 1886-cı ildə 673 nəfər, 1914-cü ildə 1.137 nəfər azərbaycanlı olmuşdur.[6] 1918–1920-ci illərdə isə erməni təcavüzü nəticəsində kənd dağıdılmış, əhalinin bir hissəsi qətlə yetirilmiş, qalan hissəsi isə Türkiyə ərazisində məskunlaşmışdır. 1988-ci ilə qədər kənddə 570-dən çox ailə var polmuşdur. Əhalisi 2875 nəfərdən artıq idi.[7] Güllübulağın tarixi keşməkeşli olsa da, burada ziyalılar ordusu yetişmişdir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.[8]
İllərə və millətlərə görə kənd əhali məlumatları | ||
---|---|---|
İllər | Azərbaycanlılar | Ermənilər |
1886 | 673 | 0 |
1914 | 1137 | 0 |
1979 | ? | 0 |
1988 | 2875 | 0 |
2008 | 0 | 922 |
2009 | 0 | 904 |
2010 | 0 | 926 |
2011 | 0 | 919 |
Şəxsiyyətləri
[redaktə | vikimətni redaktə et]- Mirzə Allahverdiyev — kimya elmləri doktoru, professor, AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu laboratoriya müdiri.
- Əbülfət Əliyev Zakir oğlu — Tibb elmləri namizədi, pediatr — neonatoloq.
- Yusif Hümbətov — Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü
- Abel Məhərrəmov — BDU-nun rektoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim. BDU-nun üzvi kimya kafedrasının müdiri
- Qəmbər Namazov — Fizika-riyaziyyat elmləri namizədi, Professor
- Qasım Mustafayev — Fizika-riyaziyyat elmləri namizədi.
- Nazim Mustafa — Prezident Kitabxanasının şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı
- Malik Namazov — Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun Sistemli analizin riyazi məsələləri şöbəsinin kiçik elmi işçisi
- Vəli Vəliyev - Fizika elmləri doktoru, Professor, Gəncə Texnologiya Universitetinin laboratoriya müdiri
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- Azərbaycan tarixi Arxivləşdirilib 2020-11-01 at the Wayback Machine
- Vaqif Arzumanlı, Nazim Mustafa, "Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq", AMEA-nın Milli Münasibətlər İnstitutu, Bakı, "Qartal", 1998.
- Ramil Tanriverdi: [1] Arxivləşdirilib 2019-06-27 at the Wayback Machine
- Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
- Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
- Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI — начале XIX в., Ленинград, 1949
- Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969
- Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963
- Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
- Мамедов С.А., Азербайджан по источникам XV — первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
- Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
- Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954
- Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
- Kemal Beydilli, 1828–1829. Osmanlı — Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986
- Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
- Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
- Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
- Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
- "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
- Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
- Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
- Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907
- Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960
- Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
- Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
- Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993
- Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
- Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
- Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ Новосельцев А.П. Некоторые вопросы истории древней и раннесредневсковой истории народов Закавказья. № 1. “История ССР”,. 1974,.
- ↑ Боченкова Ю. И. Словарь географических терминов и других слов, встречающеся в топопнимии Горно-Алтайской автономной области. М. 1969.
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, s.127
- ↑ Modern.az. "Unudulmaz insan" (az.). modern.az. 03.2014. 2019-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
- ↑ "Zümrüd. "Qəriblikdə ümid çırağı", "Səs".- 2009.- 18 sentyabr.- S. 12". 2013-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;Güllübulaq kəndi
adlı istinad üçün mətn göstərilməyib - ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝүллүбулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.