Gəl-Gör-Get qalası — Vikipediya

Gəl-Gör-Get qalası
Xəritə
42°20′56″ şm. e. 43°24′08″ ş. u.HGYO
Ölkə
Yerləşir Saçxer bələdiyyəsi[d]

İbn Ərəbşahın yazdığına görə 28 iyul 1402 tarixdə vaqe olmuş məşhur Ankara döyüşündən Qarabağa geri dönən Əmir Teymur Gürcüstandan keçərkən yolüstü 2 gürcü istehkamını bir müddət mühasirədə saxlamış və son nəhayətdə onları ələ keçirmişdir; bunlardan biri "Mağaralıq" deyilən yer, digəri isə "Gəl-Gör-Get" qalası idi və onlar "Gürcüstan qalaları arasında iki göz kimi idilər".

Ehtimal etmək mümkündür ki həmin "Gəl-Gör-Get" qalası indi xarabalığı Şəki rayonunun Kiş kəndindən 1 km şimalda olan "Gələrsən-Görərsən qalası"dır. Qalanın İbn Ərəbşah tərəfindən edilmiş təsviri də məhz, "Gələrsən-Görərsən qalası"na uyğun gəlməkdədir. O ki qaldı "Gəl-Gör-Get" qalasının gürcü istehkamı hesab edilməsinə, nəzərə alınmalıdır ki, sonda müəllif həm də Şirvanşah Şeyx İbrahimin dili ilə qeyd etmişdir ki, həmin qalaların xaçpərəst müdafiəçiləri heç də gürcü yox, əslində "tatar" imişlər! Deməli, bu istehkamların müdafiəçiləri xristian-provoslav məzhəbli "tatar"lar olduğuna görə, müdafiəçilər gürcü, istahkamlar isə "Gürcüstan qüllələri" hesab edilmişdir[1].

  1. Aydın Məmmədov. İbn Ərəbşahın məlum "Əcaibül-məqdur fi nəvaib timur" əsərində Şəkiyə dair naməlum bəhslər, "Elm" qəzeti, 30 oktyabr 2007-ci il.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Aydın Məmmədov. İbn Ərəbşahın məlum "Əcaibül-məqdur fi nəvaib timur" əsərində Şəkiyə dair naməlum bəhslər >>