Hasan dağı — Vikipediya
Hasan dağı | |
---|---|
türk. Hasandağı | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Tavr dağları |
Dağ silsiləsi | Tavr dağları |
Mütləq hündürlüyü | 3.268 m |
Nisbi hündürlüyü | 1.922 m |
Yerləşməsi | |
38°07′39″ şm. e. 34°00′00″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Hasan dağı (türk. Hasandağı) — Türkiyənin Aksaray ilində yerləşən dağ. Hündürlüyü 3268 metr olub,[1] Mərkəzi Anadolunun ikinci ən hündür zirvəsidir. Neolit dövrünə aid rəsmlərə görə e.ə 7500-cü ildə baş vermiş püskürmə nəticəsində zirvənin ətrafında 4–5 km genişliyində kaldera əmələ gəlmişdir.[2]
Dağın yaxınlığında yerləşən qədim yaşayış məntəqəsi Çatalhöyük güman ki, digər yaşayış məntəqələri ilə mallarla alış-veriş etmişdir. Burada obsidian güzgülər və lopalar tapılmışdır. Hasan dağının Çatalhöyük əhalisinə olan əhəmiyyətini qədim divar rəsmlərində görmək olar. Bəzi alimlər buradakı rəsmləri tarixdəki "ilk peyzaj rəsmləri" adlandırırlar.
Hasan dağı Bizans fənər sistemində istifadə edilən cənubdan ikinci dağ idi. Dağ Bizans tərəfindən Ərəb-Bizans müharibələri dövründə Konstantinopolu hücumlardan xəbərdar etmək üçün istifadə edilirdi.
Dağın zirvəsinə dırmaşmaq üçün 6 saat vaxt tələb olunur. Dağın zirvəsindən möhtəşəm mənzərə açılır. Buradan mərkəzi Anadolu platformasını, eləcə də, uzaq Kappadokiyanı görmək olar.
Coğrafiya
[redaktə | vikimətni redaktə et]Dağın Böyük Hasan dağı və Kiçik Hasan dağı adlı iki böyük krateri var. Mələndiz dağlarının böyük hissəsi bu kraterlərdən çıxan lavalardan əmələ gəlmişdir.
Qalereya
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Hasan Dagi, Turkey". Peakbagger.com. İstifadə tarixi: 2014-05-25.
- ↑ "Çatalhöyük 'Map' Mural May Depict Volcanic Eruption 8,900 Years Ago | Archaeology | Sci-News.com". www.sci-news.com. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2016.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Niğdə.gov.tr saytında (türk.)