Teyşeba qalası — Vikipediya
Teyşeba qalası | |
---|---|
40°09′10″ şm. e. 45°29′42″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Yerləşir | Kolagirən, Geğarkunik mərzi |
Aidiyyatı | Urartu |
Sifarişçi | I Rusa |
Tikilmə tarixi | ilk qala e.ə. 735–713 ikinci qala I Rusanın hakimiyyəti dövrü |
Üslubu | Urartu memarlığı |
Material | daş (özül və aşağı hissə) çiy kərpic (yuxarı hissə) |
Vəziyyəti | xarabalıqları qalıb |
İstinad nöm. | 5.52/1 |
Kateqoriya | Kompleks |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Teyşeba qalası — Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII əsrin ikinci yarısına aid qədim qaladır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Rusanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (Azərbaycan dilində), Bakı, Nurlan. 2007". 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-05.
Mənbə
[redaktə | mənbəni redaktə et]- И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-П., 1852,
- Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu. "Ermənistan", В.1994,