Livan mədəniyyəti — Vikipediya
Livan mədəniyyəti — Livandakı müxtəlif etnik qruplar və ölkəyə köçənlər arasında fəal olan mədəniyyətdir.
Dil
[redaktə | mənbəni redaktə et]Rəsmi dil ərəb dilidir. Digər dilləri fransız, erməni və ingilis dilləridir.
Musiqi
[redaktə | mənbəni redaktə et]Livanın dünya səviyyəsində ən çox dinlənilən sənətçisi Feyruzdur. Yaxın Şərqin məşhur sənətkarlarının böyük bir qismi Livanlıdır.
Najua Karam və Assi Hellani daha çox xalq musiqisi oxuyurlar. Buna Jabali (dağlardan gəlmə) deyilir. Livanlı digər məşhur sənətkarlar: Nensi Acram, Elissa, Miriam Fares, Hayfa Vehbe, Raqeb Alame, Uael Kfouri, Naual Al Zoqbi, Karole Samaha, Culia Boutros, Mərvan Huri, Ualeed Tavfiq, Amal Hicazi ve Macida Əl Rumi.
Livan diasporu
[redaktə | mənbəni redaktə et]İllərdir baş verən intensiv miqrasiya nəticəsində Livan ölkəsinin əhalisindən daha çox livanlı kənarda yaşamaqdadır. Bu vəziyyət Livan mədəniyyətinin dünyada tanınmasını artırır. Braziliyada təxminən 7 milyon, ABŞ-də 3,3 milyon, Argentinada 1,2 milyon, Meksikada 400 min, Avstraliyada 400 min və s. ölkələrdə çox sayda livanlı yaşayır. Ən çox livanlı Braziliyada yaşayır. Burada Antonio Abujamra, Sergio Assad, Raimundo Faqner kimi məşhurlar da yaşamışdır.
Mətbəx
[redaktə | mənbəni redaktə et]Yoqurtun çox istifadə edildiyi, maraqlı məhsulları olan Livan mətbəxinin tanınmış əsas yeməkləri arasında lebeniye (noxudlu yoğurt şorbası), kibbe lebeniye (köftənin bir növü), falafel (qızarmış soğanlı noxud püresi), maluf (lobya püresi), turş yarpaq dolması, ədviyyatlı balıq sayıla bilər.
Daha da məşhur başlıca məzələri humus, nar turşulu kəklikotu salatı, simsek (kremli börək), tabuli (incə yarmalı cəfəri salatı), xurma dolması, çiy köftə (yarmalı və ya yarmasız), zeytunlu börək, kökəli salat, Livan üsulü caziki olaraq sıralana bilər.[1]
Məşhur şirniyyatları mamul və pita arası künəfədir.
Dini və etnik tərkib
[redaktə | mənbəni redaktə et]Müxtəlif dinlərin, məzhəblərin və etnik qrupların varlığı iki qonşu ölkənin fəaliyyətləri ilə uzun mübahisələrə səbəb oldu. Sünni, şiə, maruni xristian, pravoslav yunan, katolik yunan, druzlarla yanaşı, daha kiçik nisbətlərdə musəvi, bəhai, mormon, buddist və hindular da vardır.[2]
Moda
[redaktə | mənbəni redaktə et]Şəhərlərdə yaşayan müsəlman və xristianların çoxu Avropa üslubu paltarlar geyinirlər. Qadınlar bəzən ənənəvi ətəklər, kişilər də ənənəvi şalvarlar geyinirlər. Bu gün demək olar ki, bütün livanlılar qərb geyimləri geyinirlər. Livan moda sənayesinin məşhur adlarından Eli Saabı, Zuhair Muradı, Rahib Kayrozu nümunə kimi çəkmək olar.
İdman
[redaktə | mənbəni redaktə et]- Futbol Livanda ən məşhur idman növüdür. Futbol işləri Livan Futbol Federasiyası tərəfindən idarə olunur. LFF kişilər, qadınlar futbol komandası və futzal komandası yığmışdır.
- Reqbiliq də Livanda ən məşhur idman növlərindəndir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Lübnan mutfağı Arxivləşdirilib 2010-04-28 at the Wayback Machine (türk.)
- ↑ Uluslararası din özgürlüğü raporu 2008 — Lübnan maddesi Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine (türk.)