Mahmud Əbilov — Vikipediya

Mahmud Əbilov
Mahmud Əbdülrza oğlu Əbilov
Doğum tarixi
Doğum yeri Ukur, Qusar rayonu
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti ləzgi
Təhsili
Fəaliyyəti siyasətçi
Fəaliyyət illəri 1920-ci ildən

Əbilov Mahmud Əbdülrza oğlu (15 sentyabr 1898, Ukur, Quba qəzası30 yanvar 1972, Bakı) — hərbi xadim[1], general-mayor.[2]

Mahmud Əbdülrza oğlu Əbilov 1898-ci il sentyabr ayının 15-də Qusar rayonunun Ukur kəndində anadan olmuşdur. Yeniyetməlik dövründə valideynlərini itirmiş və kənd rus məktəbində cəmi iki sinif oxumuşdur. 1920-ci ildə XI Qızıl ordunun tərkibində döyüş yoluna başlayan Əbilov Azərbaycanda və Gürcüstanda əksinqilabçı qüvvələrin darmadağın olunmasında iştirak etmişdir. Bakı və Tiflis hərbi məktəblərini bitirmişdir (1921, 1930).

Görkəmli hərbi xadim M.Əbilov ömrünün 36 ilini Vətənə xidmətə sərf edərək sıravi əsgərdən general-mayor rütbəsinədək yüksəlmiş, bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komadiri, 1943-cü ildə Kaluqa şəhərində 146-cı atıcı briqadasının əsasında təşkil edilmiş 70-ci atıcı diviziyasının komandiri vəzifələrinə təyin edilmiş, Pribaltika, Çexoslavakiya və Macarıstanda gedən döyüşlərdə rəşadət göstərmişdir.

M.Əbilov Faşizm üzərində qələbədən sonrakı illərdə bir sıra atıcı diviziyalara komandanlıq etmiş və 1955-ci ildə Sovet Ordusu sıralarından tərxis olunmuşdur. Lakin tərxis olunduqdan sonra da o, Müharibə Veteranları Komitəsində böyük iş aparmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur.

M.Əbilov 2 dəfə “Qızıl Ulduz bayrağı”, 2-ci dərəcəli “Kutuzov” ordenləri ilə təltif edilmişdir. Mahmud Əbilov 1972-ci il yanvar ayının 2-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı sərəncama əsasən general-mayor Mahmud Əbilovun 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Sərəncama əsasən Qusar şəhərinin mərkəzi parklarından birinə Mahmud Əbilovun adı verilmiş, burada onun büstü qoyulmuşdur. Generalın doğma kəndi Ukurda onun möhtəşəm abidəsi ucaldılmış, kənddəki məktəbə adı verilmişdir. 2015-ci ildə faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə çəkilmiş “Kiçik kəndin böyük generalı” adlı sənədli film Mahmud Əbilova həsr edilmişdir.[3][4][2]

  • 14.02.1943 "Qızıl ulduz bayrağı" ordeni
  • 28.09.1943 "II dərəcəli Kutuzov" ordeni
  • 19.10.1944 "Qızıl ulduz bayrağı" ordeni
  1. "Абилов Махмуд Абдулрза оглу". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-22.
  2. 1 2 "Böyük Vətən müharibəsində diviziya komandiri vəzifəsinə və general-mayor rütbəsinədək yüksələn azərbaycanlı". 2019-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-09.
  3. Şıxverdiyev,İ. İstedadlı general : Nəsillərə nümunə / İzzəddin Şıxverdiyev// Respublika.-2010.- 8 may.-S. 13.
  4. Abasov, M. General Əbilov: General Mahmud Əbdüləziz oğlu Əbilovun həyat və döyüş yolu haqqında elmi-populyar oçerk / Məzahir  Abasov; Red. H. Orucov.- Bakı: Şərq-Qərb, 1998.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]