Xəlil bəy Talışxanov — Vikipediya
Bu məqalə qaralama halındadır. |
Xəlil bəy Talışxanov | |
---|---|
Xəlil bəy Mirəli xan oğlu Talışxanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Atası | Mirəli xan Talışxanov |
Həyat yoldaşı | |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | piyada |
Rəhbərlik edib | Müsəlman Korpusunun 1-ci Müsəlman nişançı diviziyası |
Döyüşlər | Birinci Dünya müharibəsi, Mart hadisələri |
Rütbəsi | General-mayor |
Talışxanov Xəlil bəy Mirəli xan oğlu (1859, Lənkəran rayonu – 1920) — general-mayor.
Həyatı
[redaktə | mənbəni redaktə et]General-mayor Xəlil bəy Talışxanov (bəzi sənədlərdə Talışinski) barəsində məlumat olduqca azdır.
Məlumdur ki, o, 1859-cu ildə Tiflisdə anadan olub, I Dünya müharibəsində iştirak edib və müharibə dövründə general-mayor rütbəsinədək yüksəlib.
1917-ci ildə Azərbaycana qayıdan Talışxanov Müsəlman Korpusunun 1-ci Müsəlman nişançı diviziyasının komandiri təyin edilib. Onun diviziyanın 1-ci piyada alayını formalaşdırmaq məqsədilə dərhal Bakıya yollanması vətənpərvərliyi və igidliyindən xəbər verir.
1918-ci il fevralın 24-də Bakıda 1-ci müsəlman atıcı alayının təşkil edilməsi üçün bura gəlmiş general-mayor Xəlil bəy Talışinski və qərargah zabitləri vağzalda bolşeviklər tərəfindən həbs edildilər. Bu müsəlman əhalisində о dərəcədə böyük narazılığa səbəb oldu ki, bolşeviklər onları azad etdilər.
X.Talışinski və onun zabitləri Müsəlman Xeyriyyə Cəmiyyətinin "İsmailiyyə" binasında fəaliyyətə başladılar. "Səadət" məktəbinin zirzəmisində patron sexi yaratmışdır. Onun yaratmaqda olduğu alayın hissələri Bakıda mart qırğınları zamanı bolşevik-erməni qüvvələrinə qarşı inadlı müqavimət göstərmiş və müqavimət sayəsində dinc əhalinin bir qisminin Abşeron kəndlərinə çəkilməsini təmin etmək mümkün olmuşdur.
Onun Bakıdan çıxarılması məlum olsa da, sonrakı taleyi barəsində məlumat yoxdur.