Mirzə İsmayıl Əmirxizi — Vikipediya
Mirzə İsmayıl Əmirxizi | |
---|---|
Doğum tarixi | 1876[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 fevral 1966 |
Fəaliyyəti | xəttat, yazıçı |
Hacı Mirzə İsmayıl Əmirxizi (1876[1], Təbriz – 16 fevral 1966) — İran Məşrutə hərakatının fəal üzvü, tarixçi.
Həyatı
[redaktə | mənbəni redaktə et]O, Məhəmmədhüseyn Şəhriyarın atası Hacı Mir ağa Xoşginabi ilə dost idi. Hacı Mir ağa Xoşginabi Tǝbriz şǝhǝrinin ǝn sayqın vǝ tanınmış simalarından biri idi. Onun "Vǝrci meydanı"nda olan evi şǝhǝrin bütün siyasi-ictimai, elmi, iqtisadi vǝ ǝdǝbi şǝxsiyyǝtlǝrinin toplandığı kaşanǝ idi. İclaülmülk, İrǝc Mirzə, Mirzǝ Əli xan Hǝkim Lǝli (Şǝms-ul hükǝma), Hǝkim Xoyi, Sǝttar xanın munşisi vǝ Xiyabaninin müşaviri olan Hacı Mirzǝ İsmail Əmirxizi (İsmail Qara), Pǝrvin Etisaminin atası mirzǝ Yusif xan Etisam-ül mülk, Əbulhǝsǝn xan İqbalüssultan kimi Tǝbrizin vǝ bütün İran ictimaiyyǝtinin ǝn önǝmli şǝxsiyyǝtlǝri hǝmişǝ onun evindǝ toplaşardılar.
Hacı Mirzə İsmayıl Əmirxizi Səttar xanın katibi olmuşdu.
Hacı Mirzə İsmayıl Əmirxizi 1966-cı ildə vəfat edib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Identifiants et Référentiels (fr.). ABES, 2011.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |