Şeyx Nurullah Nəcəfi-İsfahani — Vikipediya
Şeyx Nurullah Nəcəfi-İsfahani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İsfahan, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Fəaliyyəti | axund, ilahiyyatçı |
Şeyx Nurullah Nəcəfi-İsfahani (tam adı: Şeyx Nurullah Məhəmməd Baqir oğlu Nəcəfi-İsfahani, fars. نورالله نجفی اصفهانی; 17 dekabr 1859, İsfahan – 1927, Tehran) — Məşrutə inqilabının tərəfdarı, üləma.
Həyatı
[redaktə | mənbəni redaktə et]Son dövrlərin böyük fəqih və müctəhlərindən biri də Nurullah Nəcəfi-İsfahanidir. O, "Nur" və "Siqətülislam" adları ilə də tanınmışdı. Azadlığın vurğunu olan bu alim şeir və ədəbiyyatda da ustad idi. Atası Məhəmməd Baqir, qardaşları Məhəmmədtəqi İsfahani və Şeyx Məhəmmədəli vəfat etdikdən sonra Şeyx Nəcəfi "Siqətülislam" adlanmağa başladı. Ondan öncə qardaşı Məhəmmədtəqi İsfahani bu ləqəblə tanınırdı. Babası Şeyx Məhəmmədtəqi və onun atası Mirza Əbdürrəhim, İyvanəki və Vəramin məntəqələrində sakin olmuş, sonralar İsfahana köçmüşdülər.
Hacı Nurullah da hicri təqivimlə 1278-ci ildə İsfahanda dünyaya göz açdı. Ədəbiyyat, sərf, nəhv, ərəb dili kimi ibtidai fənləri və üsuli-fiqhin bir hissəsini atasından öyrəndi. Hicri təqvimlə təxminən 1295-ci ildə müqəddəs məkanlara getdi. Nəcəf və Samirə şəhərlərində Mirzə Həbibullah Rəşti, Mirzə Məhəmmədhəsən Şirazi və digər böyük alimlərin hüzurunda təhsilini təkmilləşdirdi. İctihad dərəcəsinə yüksəlib müctəhidlik üçün icazə aldı. Hicri təqvimlə 1305-ci ildə İsfahana qayıtdı. Siqətülislam Nurullah İsfahanda elm hövzəsi təsis etdi. Təqribən min tələbə onun dərsində iştirak edirdi. O, söhbətlərində rəvayətlər nəql edeəndə atasına istinad edirdi. Eyni zamanda şiələrin mərcəi-təqlidi Seyid Şəhabəddin Mərəşi Nəcəfi kimi böyük şəxslər də rəvayətlərdə ona istinad edərdilər. Hicri təqvimlə 1308-ci ildə Nurullah Nəcəfi, böyük qardaşı Məhəmmədtəqi Nəcəfi ilə birlikdə o vaxtki rejimlə mübarizəyə başladılar. Nurullah Nəcəfi "tənbəki" və "məşrutiyyət" hərakatına qoşuldu. Qardaşı kimi o da Nəcəfin üç aliminin fətvasını dəstəklədi. Səy və çalışqanlıqla camaatı Qacarın mənafelərini güdən dövlət aparatı ilə mübarizəyə dəvət etdi. Hicri təqvimlə 1326-cı ildə şah Məhəmmədəli şah Qacar milli məclisi top atəşinə tutdu, azadlıqsevərlərdən bir hissəsini Tehranda "Şah" bağında qətlə yetirdi.
Siqətülislam Nurullah Nəcəfi İsfahani, İsfahanda məşrutəçi cavanlardan bir dəstə toplayıb dövlət əleyhinə səfərbər etdi. Məşrutə dövətinin dəstəklənməsini vacib, onunla müxalifəti haram sayan bir fətva verdi. Sonra onları Bəxtiyari və onun kimilərinə yardım, Tehranı fəth etmək üçün yolladı. Hicri təqvimilə 1329-ci ildə Siqətülislam məşrutə hərəkatının bəzi ifratçı başçılarına etiraz əlaməti olaraq İranın bulanıq mühütindən uzaqlaşıb İraqa getdi. Birinci dünya müharibəsində bir qrup şəxsi osmanlılara kömək məqsədilə Həmədana göndərdi. Rus qoşunları İsfahana yaxınlaşanda alim Kermanşha getdi. Hadisələr əsnasında Quma gəlib çıxdı. Qumda da Rza xanın ədalətsiz dövlətinə qarşı mübarizəyə davam etdi. Onun siyasi, ictimai, mədəni fikirləri, ruhaniyyət aləmində əhəmiyyətli sayılırdı. Məhz bu düşüncələr, tənbəkinin haram olduğu zamandan başlayıb pəhləvilərin dövrünədək İranda baş verən məşrutiyyət hərəkatı və birinci dünya müharibəsinə ciddi təsir göstərdi. Nurullah Nəcəfi gözəl əxlaq, xoş davranışı ilə şöhrət qazanmışdı. Çox təvazökar, səbirli, eyni zamanda dəyanətli, şücaətli, qəhrəman bir insan idi.
Şeir və ədəbiyyat sahəsində də özünəməxsus məharətə sahib idi. Şerlərini "Nur" təxəllüsü ilə yazırdı. Əsərlərindən bəzi nümunələrlə tanış olaq:
- 1. "Həqaiqül-həq lil-qaimi bil-həq" kitabının müqəddiməsi. Kitabda "babiyyət" və "bəhaiyyət" firqələri rədd olunur.
- 2. "Xisaluş-şiə".
- 3. "Şer divanı". (Ərəb və fars dillərində şerləri.)
- 4. "Resale dər fəvayidi-məşrutə".
- 5. "Müqim və müsafir". (Farsca)
- 6. Qardaşına həsr etdiyi "Şeyx Məhəmməd Hüseynin bioqrafiyasi".
Zəhmətkeş alim nəhayət Rza xan tərəfindən zəhərləndi. Hicri təqvimlə 1346-cı il, rəcəb ayının əvvəllərində, 66 yaşında Allahın dərgahına qovuşdu. Bu ilahi alimin cənazəsi Nəcəfə aparıldı, babası (anasının atası) Ayətullah Şeyx Cəfər Kaşifülğitanın məqbərəsi kənarında dəfn olundu.