Muğan Müvəqqəti Hərbi Diktaturası — Vikipediya
Tarixi dövlət | |||
Muğan Müvəqqəti Hərbi Diktaturası | |||
---|---|---|---|
Временной военной диктатура Муган | |||
| |||
1918 — | |||
Paytaxt | Prişib | ||
Rəsmi dilləri | Rus dili | ||
İdarəetmə forması | Diktatura | ||
Diktator | |||
• 1 avqust 1918 — 25 aprel 1919 | T.P.Suxorukov və İlyaşeviç |
Muğan Müvəqqəti Hərbi Diktaturası — Bakı Kommunasının devrilməsindən sonra Muğanda Sentrokaspi Diktaturası və Lionel Denstervil dəstəyi ilə yaradılan diktatura. "Muğan hökuməti" antiazərbaycan siyasəti yeridir, denikinçilərin Cənubi Qafqazda ağalığını təmin etməyə çalışırdı. Muğan hökuməti Azərbaycanın müstəqilliyini dəstəkləmirdi və ona Bakının Britaniya işğalı altında fəaliyyət göstərən rus polkovniki T. P. Suxorukov başçılıq edirdi. Muğan höküməti özünü "vahid və bölünməz Rusiya"nın muxtar hissəsi elan etmişdi. Bu qurumun rəhbərləri qurulmuş yeni hakimiyyəti “Muğan dövləti (respublikası)”, digər əks tərəf sovetlər isə “Muğan hərbi diktaturası” adlandırdılar. [1]
Tarixi
[redaktə | mənbəni redaktə et]1918-ci ildə Çar hakimiyyətinin yıxılması ilə onun əyalətlərdə olan sadiq ordusu da dağıldı. Lakin ordunun qalıqları ətrafına yerli əhalidən özünümüdafiə qüvvələri toplayaraq, “Muğan ordusu” formalaşdırmağa başladılar. Muğan ordusunun tərkibi müxtəlif etnik millətlərdən – rus, erməni, ukraynalı və azərbaycanlılardan ibarət idi. Ordunun başında milliyətcə rus olan İlyaşeviç və kapitan V.Dobrınin dururdu. Bunlarla yanaşı “Muğan ordusu”nun təşkilində leytenant Xoşev və digərləri də var idi. Bunlar öz məqsədlərini həyata keçirmək üçün “Sentrokaspi diktaturası”nın və ingilis Denstervilin maddi və mənəvi dəstəyini alaraq, şimala doğru irəliləmək və Dağıstanda mövqe tutan general Anton Denikinin qüvvələri ilə birləşmək idi. Muğan ordusu anti-kommunist ordu idi. Onlar, əsasən çar mütləqiyyətini devirmiş bolşevizmə qarşı mübarizə yolunu seçmişdilər. Lakin bunlarla yanaşı, fəaliyyət göstərən Osmanlı–türk ordusuna və sərhədin o tayından (Cənubi Azərbaycan) tez-tez kəndlərə hucum edən qüvvələrə qarşı da amansız idilər. Bunlar keçmiş çar ordusunun qalıqları olsalar da, bu ordunun tərkibinə “sadiq tatarlar” adlanan yerlı azərbaycanlılar da qoşulmuşdular.[1]
1918-ci il 1 avqustda Bakı Kommunasının devrilməsindən sonra Muğanda İlyaşeviç tərəfindən elan edilən diktatura Anton Denikinə sadiq olduqlarını elan etdi. Qafqaz İslam Ordusunun Bakıya həmlə etdiyi bir vaxt, ordunun bir hissəsi də cənuba yönəlmişdi. 3 sentyabr 1918-ci ildə Qaçaqkənd yaxınlığında leytenant Xoşev başçılığındakı diktaturanın ordusu türkləri geri qovmağı bacarmışdı.[2] 17 noyabr 1918-ci ildə Bakıya gələn general Tomsonun nümayəndələri diktaturanı rəsmən tanımışdı. 1919-cu ilin yanvarında Anton Denikinin nümayəndələri Lənkərana gəlmiş, lakin Muğanlıların tələblərini nəzərə almadıqları üçün bu dəfə Muğan diktaturası Lazar Biçexarovu sadiqlik elan etmişdi.[3]
Yerli bolşeviklər burada hakimiyyəti ələ keçirməyə cəhd göstərirdilər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi Lənkəranda gizli radiostansiya təşkil etmiş, sovet hakimiyyəti tərəfdarlarına hərbi və maddi kömək göstərmişdi.[1] 25 aprel 1919-cu ildə Lənkəranda çevriliş oldu və Muğan Sovet Respublikası yaradıldı, İlyaşeviç həbs olundu. Diktaturaya sadiq qüvvələr Lənkəranı tərk edərək Muğana keçdilər. 1919-cu ilin iyun ayında leytenant Xoşev Lənkərana hücum edib sovet respublikasını devirmək istəsə bacarmadı. İyunun 17-si isə ADR-ə sadiq olan Hüseyn Ramazanovun dəstələri, İrandan gələn köməkçi qüvvələrlə Astaranı ələ keçirmişdi. Lakin 23 iyul 1919-cu ildə diktatura ordusu şimaldan, ADR ordusu isə cənubdan hücum edərək Muğan Sovet Respublikasına son verdilər. Sovet respublikasına sadiq qüvvələr Sarı adasına çəkildi. Şəhər avqust ayının 8-inə kimi yenidən leytenant Xoşevin ordusunun əlinə keçdi.[4]
İnzibati quruluşu
[redaktə | mənbəni redaktə et]Diktaturanın paytaxtı Prişib (indiki: Göytəpə) kəndi idi. Əhali əsasən rus koloniyalarından (Prişib, Qriqoryevka, Andreyevka, Pokrovka, Novoqorka (sonradan Novoqolovka), Privolnoye, Nikolayevsk (indiki: İkinci Cabanı) və s.) və yerli talış-müsəlman millətindən ibarət idi. Ərazisi qərbdə Ərdəbilin Ərdəbil şəhəri, cənubda Lənkəranın Nərimanabad kəndi, şərqdə Neftçalanın Qaçaqkənd kəndinəcən uzanan bir bölgədə yerləşirdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Mirzəzadə, Ələsgər. Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma. Bakı: Elm və təhsil. 2017. səh. 73. (#accessdate_missing_url)
- ↑ Добрынин В.А. Оборона Мугани – 1918-1919. Записки кавказского пограничника. Сан-Франциско-Париж, 1978
- ↑ Гражданская война на Мугани (I.1918 – VIII.1919), Э. Андерсен , Г. Парцхаладзе
- ↑ "Muğan Sovet Respublikası haqqında həqiqətlər". 2018-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.