Pərvan vilayəti — Vikipediya

Pərvan vilayəti

35° şm. e. 69° ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Çarikar
Tarixi və coğrafiyası
Sahəsi
  • 5.974 km²
Hündürlük
1.906 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 664.502 nəf. (2013)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu AF-PAR
Pərvan vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pərvan vilayəti (dəri پروان, puşt. پروان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.

Vilayətin sahəsi 5.974 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 600 min nəfər[2], inzibati mərkəzi Çahariqar şəhəridir.[3] Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb, Vərdək tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar), taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Saləng rayonunda əhalinin çoxluğunu təşkil edirlər), qızılbaşlardan (kompakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər), kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), həzaralardan[4] (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar), özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari, Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir.[5] Vilayət inzibati cəhətdən Bağram, Çahariqar, Qorbənd, Cəbülsaray, Kohi Safi, Salang, Səyid Xel, Şeyx Əli, Şinvari və Surxi Parsa rayonlarına bölünür.

  1. English Wikipedia community Wikipedia (ing.). 2001.
  2. "Islamic Republic of Afghanistan Central Statistics Organization". 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-29.
  3. "Administrative Divisions of Countries ("Statoids"): Afghanistan". 2006-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
  4. "Joshua Project – Unreached Peoples of the World: Hazara of Afghanistan (Largest Provinces on file: Baghlan, Bamian, Ghowr, Oruzgan, Samangan, Balkh, Ghazni, Helmand, Parvan, Sar-e Pol)". 2009-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
  5. "Program for Culture & Confilict Studies". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.