Paraiba — Vikipediya
Paraiba | |
---|---|
| |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1889 |
Sahəsi |
|
Hündürlük | 496 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-PB |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Paraiba (port. Paraíba) — Braziliyanın şərqində yerləşən ştat. Şimaldan Riu-Qrandi-du-Norti, qərbdən Seara, cənubdan isə Pernambuku ştatı ilə sərhədlənir[2]. İnzibati mərkəzi Juana-Peson şəhəridir.
Paraiba Braziliyanın ucqar şərqində qərarlaşır. Kabu-Branku burnu Braziliyanın ucqar şərq nöqtəsini təşkil edir[3].
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Ştat ərazisinin böyük qismi Braziliya alçaqdağlığında yerləşir. Mərkəzi təpəlik hisdələrdə qumluqlar yayılmışdır. Ştat ərazidində üç tip bitki örtüyünə rast gəlinir. Sahil düzənlik ərazilərində tropik meşələr, yarımquraq ərazilərdə kaktus və kol tipli bitkilər bitir. Bu iki ərazi arasında yerləşən bölgədə qarışıq tip yayılmışdır[4].
Tarix
[redaktə | mənbəni redaktə et]Ştatın ərazisini ilk dəfə XVI əsrdə fransızlar ziyarət etmişlər. Onların portuqallardan fərqi yerli əhali ilə ticarə əlaqələrin qurulması olmuşdur. Fransızlar hinduların dəstəyi ilə bütün XVI əsr boyunca portuqallarla müharibə aparmışlar. 4 noyabr 1585-ci ildə portuqallar Paraibada ilk kəndi salırlar. Sonrakı dönəmlərdə fransızlar Paraiba qovularaq çıxarılır.
Bir müddət əraziyə hollandlar müdaxilə etmişlər. Onların ilk müdaxilələri 1624-cü ilə təsadüf edir. Ancaq bu müdaxilə yerli əhali tərəfindən geri oturdulur. Bununla belə növbəti dəfə 1624-cü ildə holladlar Paraibanı yenidən işğal edə bilirlər. Onların bölgədən çıxarılması 1654-cü[5] ilə təsadüf edir.
İnzibati bölgü
[redaktə | mənbəni redaktə et]İnzibati cəhətdən ştat 4 mezoregiona və 23 mikroregiona bölünür.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Ştat ərazisində kənd təsərrüfatı inkişaf etdirilmişdir. Burada qarğıdalı, çəltik, şəkər qamışı, tütün, banan, pambıq, kofe və kauçuk ağacı yetişdirilir.
Gözəl şəhərlər turistləri ştat ərazisinə cəlb edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://censo2022.ibge.gov.br/panorama/.
- ↑ Paraiba Arxivləşdirilib 2021-07-25 at the Wayback Machine.
- ↑ Paraiba ştatı Arxivləşdirilib 2012-02-08 at the Wayback Machine russobras.com. saytı
- ↑ "Paraiba coğrafiyası". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-28.
- ↑ "Paraiba tarixi". 2021-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-28.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ştatın rəsmi saytı (por.)