Qarışıq turşu — Vikipediya

Qarışıq turşu

Qarışıq turşu — müxtəlif tərəvəzlərin qarışığından ibarət turşu. Qarışıq turşuya bir çox dünya mətbəxində rast gəlinir.

Azərbaycan mətbəxində qarışıq turşu (şoraba) üçün yaşıl bibər, yaşıl pomidor, yerkökükələm istifadə edilir. 4 yerə bölünmüş kələm doğranılır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun dadını yaxşılaşdırsın. Daha sonra tərəvəzlərin üstündən duzlu su tökülür. Belə şoraba sirkə ilə də hazırlanır və bu zaman suya duzla bərabər sirkə də qarışdırılır.[1]

ABŞ mətbəxində qarışıq turşu tərəvəz və botanik meyvələrdən, o cümlədən xiyar, gül kələm, doğranmış iri soğan və bolqar bibərindən, həmçinin sirkəyə qarışdırılmış sarımsaq, şüyüd, ikievli pimenta və çili bibərindən ibarətdir. Qarışıq turşular şəkərin əlavə edilməsindən asılı olaraq şirin və ya turş kimi təsnif edilə bilər.[2]

Britaniya mətbəxində qarışıq turşulara adətən kiçik ölçüdə bütöv soğan, kornişon və gül kələm daxildir. İngilis qarışıq turşularının bəzi xüsusi növlərinə Brenston turşusu və pikkalilli daxildir.[3]

Hindistan mətbəxində qarışıq turşunun tərkibində daha çox meyvə (məsələn, manqo və laym) və tərəvəzlər var. Qərb turşularından fərqli olaraq hind turşusunda yağdan istifadə edilir və sirkə əvəzinə daha çox limon suyu və ya başqa turşulardan istifadə edilir. Ədviyyatlar bölgədən bölgəyə dəyişir.[4]

Qarışıq turşu reseptlərinə Çin mətbəxi, Yaxın Şərq mətbəxi və bir çox digər dünya mətbəxlərində də rast gəlir.

  1. Evdarlıq, Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1990. səh.240.
  2. http://www.ams.usda.gov/AMSv1.0/getfile?dDocName=STELDEV3010786 Arxivləşdirilib 2012-06-14 at the Wayback Machine ams.usda.gov
  3. http://www.bbc.co.uk/dna/h2g2/A3100168 bbc.co.uk
  4. http://indianfoodsco.com/Submit/Pickles.htm Arxivləşdirilib 2010-01-18 at the Wayback Machine indianfoodsco.com