Tava kababı — Vikipediya
Tava kababı — kababın növlərindən biri.
Tərkibi
[redaktə | vikimətni redaktə et]- Qoyun əti - 220q
- Ərinmiş yağ - 30q
- Soğan - 40q
- Yumurta - 2 ədəd
- şəkər - 5q Yay vaxtı şəkər və sirkə 50q pomidorla əvəz edilir.
- sirkə - 10q
- keşniş, şüyüd - 25q,
- duz, istiot.
Hazırlanma qaydası
[redaktə | vikimətni redaktə et]Qoyun ətinin yumşaq hissəsi soğanla ətçəkən maşından keçirilir, istiot və duz vurulub qarışdırılır. Hər pay üçün 3 ədəd girdə bitoçki hazırlanıb yağda qızardılır, şəkər və sirkə vurulub şirə hazırlanır. Tava kababını kiçik tavaya düzüb üstünə göyərti qarışdırılmış yumurta, habelə soğandan hazırlanmış şirə töküb hazır vəziyyətə gətirirlər. Süfrəyə verdikdə üstünə göyərti səpilir.