Qaraş Mədətov — Vikipediya
Qaraş Mədətov | |
---|---|
Doğum tarixi | 10 fevral 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyul 1993 (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yerləri | |
Təhsili | |
Mükafatları | |
Qaraş Əli oğlu Mədətov (10 fevral 1928, Qarabağlar, Naxçıvan MSSR – 1 iyul 1993, Bakı) — AMEA-nın müxbir üzvü (1983), AMEA A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın 1941–1945-ci illər tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru (1965), professor (1968), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1980).[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]AMEA-nın müxbir üzvü Qaraş Mədətov 1928-ci il fevralın 10-da indiki Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1953–1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1969-cu ildə professor elmi adı almış, 1983-cü ildə isə AEA-nın müxbir üzvü seçilmişdir.
Qaraş Mədətov 1956-cı ildən AEA Tarix İnstitutuna işə qəbul edilmiş, 1957–1958-ci illərdə AMEA Tarix İnstitutunda elmi katib, 1958–1968-ci illərdə baş elmi işçi olmuş və 1968-ci ildən ömrünün sonunadək "Azərbaycanın müasir dövr tarixi" şöbəsinə rəhbərlik etmişdir.
Naxçıvan MR-in yaranması, Azərbaycan İkinci dünya müharibəsində mövzularında tədqiqatlar elmi fəaliyyətində əsas yer tutur. 5 monoqrafiyanın və bir neçə kitabçanın, 150-dən çox elmi məqalənin və s. əsərlərin müəllifidir.
Qaraş Mədətov bütün elmi fəaliyyətini Azərbaycanın 1941–1945-ci illər müharibəsi dövrü tarixinin tədqiqinə yönətlmişdir. O, 160-dan artıq elmi əsərin, o cümlədən "Naxçıvanda sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in yaradılması", "Azərbaycan Böyük Vətən müharibəsində (1941–1945-ci illərdə)" və başqa monoqrafiyaların müəllifidir.
O, eyni zamanda, 3 cildlik "Azərbaycan tarixi" və "Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri" kitablarında "Azərbaycan Böyük Vətən müharibəsində" bölmələrinin də müəllifidir. Onun rəhbərliyi və iştirakı ilə "Azərbaycan Böyük Vətən müharibəsi dövründə" (2 cildlik), "Azərbaycanın qırmızı Ulduzları", "Azərbaycan oğulları Sovet İttifaqı Qəhrəmanlarıdır" və "Azərbaycan SSR fəhlə sinfi tarixinin oçerkləri" (3 cildlik) və digər əsərlər nəşr olunmuşdur. Qaraş Mədətovun rəhbərliyi ilə 11 doktorluq və 30 namizədlik dissertasiyası müdafiə edilmişdir.[1]
Mükafatları
[redaktə | vikimətni redaktə et]AEA-nın müxbir üzvü Qaraş Mədətov "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdü. Bundan başqa, o, "Şərəf nişanı" ordeni, müxtəlif medallarla və fəxri fərmanlarla təltif olunmuşdur.[1]
Kitabları
[redaktə | vikimətni redaktə et]- Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in yaranması, B., 1958.
- Ruhulla Axundov, B., 1983.
- Азербайджан в Великой Отечественной войне. Баку, 1975.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 "Qaraş Əli oğlu Mədətov". 2017-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.