Qeyri-dindarlıq, kontekstə bağlı olaraq, ateizm, aqnostisizm, deizm, skeptisizm, azad düşüncə və ya dünyəvi humanizm mənası daşıya bilən bir sözdür.
İnsanların dini baxışlar üzrə bölgüsündə Dentsu Institute (2006) və Zuckerman (2005) təşkilatlarının statistikası əsas götürülür. Verilən rəqəmlər maksimal qiymətlərdir. Statistikaya görə, 16% dünya əhalisi (1,1 milyard insan) özünü "qeyri-dindar" sayır, buraya aqnostiklər, ateistlər, dünyəvi humanistlər və dini görüş haqda suala "yox", "dini seçimim yoxdur" deyə cavab verən kəslər aiddir. Araşdırmalara görə, varlı ölkələr daha çox qeyri-dindardır, kasıblar isə dindardır; "təhsillilik" və "təhsilsizlik" göstəricisi də buna müvafiqdir.[1][2].
Hesabatda qeyd olunur ki, qeyri-dindarlar müəyyən qədər inanclara malikdirlər, həmçinin qeyri-dindarların əksəriyyəti Asiya-Sakit okean bölgəsində yaşayırlar[3]. 2012-ci il sorğusu göstərdi ki, ateistlər də daxil olmaqla 36% insan qeyri-dindardır və 2005-ci ildən 2012-ci ilə qədər onların sayı 9% artıb.[4]. Həmin mənbəyə görə, təxminən 40–50% özünü dinə bağlı saymayan insan heç olmasa tək tanrıya və ya hansısa fövqəltəbii qüvvəyə inanır.[5].
- Cədvəldə ölkələr üzrə qeyri-dindar əhalinin azalan faizlərlə göstəricisi verilib. [A]:
Ölkə | Qeyri-dindar əhalinin göstəricisi, % |
Estoniya | 75,7 |
İsveç | 46–85 (ortalama 65,5) |
Çexiya | 64,3 |
Vyetnam | 46,1–81 (ortalama 63,55) |
Danimarka | 43–80 (ortalama 61,5) |
Albaniya | 60 |
Almaniya | 59 |
Böyük Britaniya | 39–65 (ortalama 52) |
Yaponiya | 51,8 |
Çin | 8–93 (ortalama 50.5) |
Fransa | 43–54 (ortalama 48,5) |
Rusiya | 48,1 |
Belorus | 47,8 |
Macarıstan | 42,6 |
Ukrayna | 42,4 |
Niderland | 39–44 (ortalama 41,5) |
Latviya | 40,6 |
Şimali Koreya | 36,4 |
Belçika | 35,4 |
Yeni Zelandiya | 34,7 (87,3 % qeyri-icbari sorğuya tutulan şəxsdən) |
Çili | 33,8 |
Lüksemburq | 29,9 |
Sloveniya | 29,9 |
Venesuela | 27,0 |
İspaniya | 23,3 |
Slovakiya | 23,1 |
Meksika | 20,5 |
Litva | 19,4 |
Ölkə | Qeyri-dindar əhalinin göstəricisi, % |
Avstraliya | 18,7 |
İtaliya | 17,8 |
Kanada | 16,2 |
ABŞ | 16,1 |
Argentina | 16,0 |
CAR | 15,1 |
Xorvatiya | 13,2 |
Avstriya | 12,2 |
Finlandiya | 11,7 |
Portuqaliya | 11,4 |
Puerto-Riko | 11,1 |
Bolqarıstan | 11,1 |
Filippin | 10,9 |
Hindistan | 6,6 |
Serbiya | 5,8 |
Peru | 4,7 |
Polşa | 4,6 |
İrlandiya | 6,0 |
İslandiya | 4,3 |
Yunanıstan | 4,0 |
Türkiyə | 2,5 |
Rumıniya | 2,4 |
Tanzaniya | 1,7 |
Malta | 1,3 |
İran | 1,1 |
Uqanda | 1,1 |
Nigeriya | 0,7 |
Banqladeş | 0,1 |