Rəzan Qadınəfəndi — Vikipediya
Rəzan Qadınəfəndi | |
---|---|
سيده ريسان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Artvin, Osmanlı imperiyası |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | Adilə Sultan türbəsi |
Fəaliyyəti | əsilzadə |
Atası | Ömər bəy |
Anası | Fatma xanım |
Həyat yoldaşı | V Murad |
Uşaqları | Fatma Sultan Aliyə Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Rəzan Qadınəfəndi (d. 28 mart 1860 — ö. 31 mart 1910) — 33. Osmanlı sultanı V Muradın beşinci xanımı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Rəzan xanım 1860-cı ildə Artvində gürcü əsilli Ömər bəy və xanımı Fatma xanımın ailəsində dünyaya gəldi. Rəbiyə adlı doğma, Şayəstə adında da ögey bacısı vardı. Kiçik yaşlarında bacılarıyla birlikdə İstanbula gətirildi və burada Səniha Sultanın sarayına təqdim olundu. Adı dəyişdirilərək Rəzan qoyuldu və türk-İslam tərbiyəsi aldı. Qardaşı Sultan Muradın taxta çıxdığı əsnada Səniha Sultan Rəzan xanımı qardaşının hərəminə göndərmək istədi. Ancaq ailəsindən icazənin gec verilməsi nəticəsində bu nikah Sultan Muradın Çırağan sarayındakı məhbus illərinə təsadüf etdi (2 noyabr 1877). Evləndikdən sonra bacısı Rəbiyəni özünə nədimə seçdi. Nigahdan 2 il sonra qızı Fatma Sultanı, ertəsi il isə Aliyə Sultanı dünyaya gətirdi.
Çırağan sarayındakı həbs həyatı olduqca ağır idi. Belə ki, Rəzan xanım əvvəlcə 1903-cü ildə kiçik qızı Aliyə Sultanı soyuq dəymədən itirdi. Bir il sonra isə əri Sultan Murad vəfat etdi. Ağır böhrana düşən Rəzan xanım və qızı Fatma Sultanın Çırağan sarayında qalmalarına icazə verildi. 1907-ci ildə evləndirdiyi qızı ilə birlikdə Bursaya getsə də, iki il sonra böyük ehtimalla, vərəm xəstəliyinə tutulmuş vəziyyətdə İstanbula qayıtdı. Uzun çəkən xəstəliyin ardından 31 mart 1910-cu ildə İstanbulda vəfat etdi və Əyyubsultandakı Adilə Sultan türbəsində qızının yanına dəfn olundu.
Övladları
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Ahmet Akgündüz. İslâm hukukunda kölelik-câriyelik müessesesi ve Osmanlı'da harem. — Osmanlı Araştırmaları Vakfı, 1995. — С. 345. — 470 с. — ISBN 9757268097, 9789757268093.
- Fanny Davis. The Ottoman Lady: A Social History from 1718 to 1918. — Greenwood Publishing Group, 1986. — ISBN 978-0-313-24811-5.
- Yavuz Bahadıroğlu. Resimli Osmanlı Tarihi. — Nesil Yayınları, 2009. — ISBN 978-975-269-299-2.
- The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem / Douglas Scott Brookes. — Texas: University of Texas Press, 2010. — ISBN 0292783353, 9780292783355