Rəşid bəy Əfəndiyevin ev-muzeyi — Vikipediya
Rəşid bəy Əfəndiyevin Ev-Muzeyi | |
---|---|
Əsası qoyulub | 2001 |
Mövzu | Tarix |
Yerləşir | Şəki şəhəri, Mirəli Axundov küçəsi, 5 |
Kolleksiyası | 2432 eksponat |
Telefon | (+994 24) 244-42-58 |
İş rejimi | (II – VII) 10:00 – 18:00[1] |
Rəşid bəy Əfəndiyevin ev-muzeyi - R.B.Əfəndiyevin ev muzeyi 1992-ci ildən fəaliyyətə başlamışdır. Bina XVIII əsrin axırı, XIX əsrin əvvəllərində inşa edilmişdir. II mərtəbə 5 otaqdan ibarətdir.
Muzeyin yaranması
[redaktə | mənbəni redaktə et]Nazirlər Kabinetinin 51 saylı qərarına əsasən 1863-cü ildə Şəkidə anadan olmuş görkəmli pedaqoq Rəşid bəy Əfəndiyevin ev-muzeyi 1992-ci il martın 31-dən fəaliyyət göstərir. [2]
Muzey binası
[redaktə | mənbəni redaktə et]İkimərtəbəli bina XIX əsrdə yerli inşaat materiallarından tikilib. Birinci mərtəbədə iki otaq və zirzəmi, ikinci mərtəbədə beş otaq var. Muzey ikinci mərtəbədədir. 2287 eksponatın sərgiləndiyi ev-muzey dörd ekspozisiya zalından ibarətdir.
- Birinci zalda Rəşid bəy Əfəndiyevin büstü, həyat və yaradıcılığını əks etdirən eksponatlar, o cümlədən Rəşid bəyin Firdovsinin “Şahnamə” əsərindən tərcümə etdiyi “Rüstəm və Söhrab” hekayəti, “Fridanın psixologiya kitabı” nümayiş etdirilir.[3]
- İkinci zalda Rəşid bəyin ailəsinə məxsus məişət əşyaları saxlanılır. [4]
- Üçüncü zal Rəşid bəy Əfəndiyevin iş otağı kimi təqdim olunur. İş otağında üstü əski əlifba ilə yazılmış divar sobası var.
- Dördüncü zalda Rəşid bəy Əfəndiyevin oğlu Məmməd bəy Əfəndiyevin fotoşəkilləri, ona dövlət tərəfindən verilmiş fəxri fərmanlar, Məmməd bəyin nəvəsi İzzət Nəbiyevə məxsus kitablar saxlanılır.
- Beşinci zal muzeyin işçiləri tərəfindən istifadə olunur. Bina 2013-2014-cü illərdə Şəki Mədəniyyət və Turizm şöbəsi tərəfindən əsaslı təmir edilib.[5]
Muzey eksponatları
[redaktə | mənbəni redaktə et]Muzeydə 2432 eksponat qorunur. Burda Əfəndiyevə məxsus məişət əşyaları, libaslar və digər nümunələr qorunub saxlanılır. Muzeydə eyni zamanda maarifçi xadimin həyat və fəaliyyəti haqda da məlumat verilir.[6]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Şəki şəhər Rəşid bəy Əfəndiyev adına Tarix-Diyarşünaslıq Muzeyi
- Maddi - mədəni irs
- Rəşid bəy Əfəndiyevin nəsil şəcərəsi
- Rəşid bəy Əfəndiyevin Ev Muzeyi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan muzeyləri". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-20.
- ↑ "Şəki şəhər Rəşid bəy Əfəndiyev adına Tarix-Diyarşünaslıq Muzeyi". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
- ↑ "Muzey binası". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
- ↑ "KəpəzTV". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-20.
- ↑ "Azərbaycan muzeyləri". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-20.
- ↑ "Rəşid bəy Əfəndiyevin ev muzeyi". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-20.