Sabir bağı — Vikipediya
Sabir bağı | |
---|---|
![]() Sabir bağı 2019-cu ildə | |
Məlumatlar | |
Parkın tipi | Şəhər parkı |
Ölkə | |
Yerləşməsi | |
Koordinatları | 40°22′07″ şm. e. 49°50′04″ ş. u. |
Yaradılıb | 1922 |
Statusu | həmişə açıq |
Xəritədə yeri | |
![]() | |
![]() |
Sabir bağı — Azərbaycanın paytaxtı Bakının skverlərindən biri. Şəhərin Səbail rayonunda yerləşir. Azərbaycanlı şair-satirik Mirzə Ələkbər Sabirin adını daşıyır. Cənub tərəfdən skver İçəri şəhərin qala divarına söykənir, şimal tərəfində İstiqlaliyyət küçəsi, şərqində tərəfdən – Konstitusiya məhkəməsinin binası, qərbində isə, daha çox İsmailiyyə adı ilə tanınan, Azərbaycan Elmlər Akademiyasının prezidiumu yerləşir. Bağın mərkəzində həmçinin şairin heykəli ucaldılıb.
Tarix
[redaktə | mənbəni redaktə et]Bağ 1922-ci[1] ildə memar Ələsgərovun layihəsi əsasında "Kaspiy"[2] tipoqrafiyasının yerində qurulub və şəhərin bu hissəsinin yaşıllaşdırılmasına təkan verib.
Skverin formalaşması mərhələlər ilə baş verib. 1922-ci ildə bağda, qala divarının yanında Sabirin heykəli ucaldılır (skulptor Yakov Keylixis, memar Sırişev). 50-ci illərdə skver olduqca genişlənir və onun ərazisi əlavə olaraq abadlaşdırılır və yaşıllaşdırılır.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7d/Sabir_Garden_1924.jpg/300px-Sabir_Garden_1924.jpg)
Solda – İsmailiyyə binası,
sağda – Aleksandr-Nevskiy soboru
Yeni yaşıllaşdırma strukturu və qala divarına açılan yeni mənzərə bütün məkanın bədii-arxitektur görünüşünü daha da qabardır. Bununla əlaqədar şairin yeni heykəlinin ucaldılmasında zərurət yaranır. Yeni heykəl (skulptor Cəlal Qaryağdı, memarlar Əlizadə və İsmayılov) 1958-ci ildə skverin layihə kompozisiyasının mərkəzində yerləşdirilir.
Skverin ətrafında bulunan tarixi memarlıq abidələri də mühüm komponent rolunu daşıyır. Skverin arxitektur-landşaft görkəmini almasında vacib rolu həmçinin yaşıllaşdırma və abadlaşdırma ilə bağlı həyata keçirilən rekonstruksiya tədbirləri oynayıb.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Эфендизаде Р. М. Архитектура Советского Азербайджана. — Стройиздат. — М., 1986. — С. 74.
- ↑ Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков / Под ред. проф. В. И. Пилявского. — Ленинград: Стройиздат, 1978. — 215 с.
- ↑ А. А. Гасанова. Сады и парки Азербайджана / Под ред. проф. Ф. М. Гусейнова. — Баку: Ишыг, 1996. — 304 с.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/30px-Commons-logo.svg.png)