Tbilisi-Ağdam marşrut avtobusunun partladılması (1990) — Vikipediya
Tbilisi-Ağdam marşrut avtobusunun partladılması | |
---|---|
Hücum yeri | 40°35′13″ şm. e. 46°18′57″ ş. u.HGYO |
Hücum hədəfi | sərnişin avtobusunun partladılması |
Vaxt | 10 avqust 1990 |
Silah | əldəqayırma partladıcı |
Həlak olanlar | 20 |
Yaralılar | 30 |
Terrorçu sayı | 2 |
Terrorçular | A.Avanesyan, M.Tatevosyan |
Tbilisi-Ağdam marşrut avtobusunun partladılması — 10 avqust 1990-cı il tarixdə "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusunun partladılması.
Partlayıcı qurğu Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən 12,5 km aralıda avtobusda partladılmışdır.[1][2][3]
İtkilər
[redaktə | vikimətni redaktə et]60 sərnişini olan avtobus Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycanın Ağdam şəhərinə doğru hərəkət edirdi.[4][5] Hadisə nəticəsində ölənlərin sayı müxtəlif mənbələrə görə 15-dən[4] 20-yə[6] qədər dəyişir. Müxtəlif dərəcədə yaralananların sayı isə 16-dan 30-a qədərdir.[4][6]
Cinayətkarlar
[redaktə | vikimətni redaktə et]Partlayışın iddia olunan icraçıları iki etnik erməni olub. Azərbaycan, onların, mövcud olub-olmaması bilinməyən Vrezh adlı militant təşkilatın üzvləri olduğunu iddia etmişdir. Bu təşkilatın ilk fəaliyyəti 16 sentyabr 1989-cu ildə Tbilisi-Bakı avtobusunun partladılması olmuş və nəticədə 5 mülki şəxs həlak olmuş, 27 nəfər yaralanmışdır.[2]
Həmin iki şəxs Armen Mixayloviç Avanesyan və Mixayl Mixayloviç Tatevosov (Tatevosyan) idi. Azərbaycan təhlükəsizlik qüvvələri onların 17 iyun 1991-ci ildə Ağdam–Tbilisi marşrutu üzrə planlaşdırılan növbəti hücumunu həyata keçirmədən əvvəl həbs edildiklərini iddia etmişdir.[6][7]
Azərbaycan Ali Məhkəməsi 1992-ci ilin mayında onları ittiham edərək, Avanesyanı ölüm cəzasına, Tatevosovu isə 15 il həbs cəzasına məhkum etdi.[7] Tatevosov daha sonra 1992-ci ilin may ayında Azərbaycanın Tərtər rayonunda əsir götürülmüş bir azərbaycanlı ilə dəyişdirildi.[6]
Həmçinin Bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azerbaijan bus blast kills at least 17". Chicago Tribune. 1990-08-11.
- ↑ 1 2 van der Leeuw, Charles. Azerbaijan: a quest for identity : a short history. United Kingdom: St. Martin's Press. 1998. səh. 160. ISBN 0-312-21903-2. İstifadə tarixi: 2011-09-30.
- ↑ Keesing's record of world events. 36. United States: Longman. 1990. səh. 102.
- ↑ 1 2 3 "Bus In Soviet Azerbaijan Bombed, With 15 Killed". Orlando Sentinel. 1990-08-11. İstifadə tarixi: 2011-09-30.
- ↑ "Bomb Rips Bus, Kills 15 in Azerbaijan". Los Angeles Times. 1990-08-11. 2019-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-30.
- ↑ 1 2 3 4 "С момента взрыва бомбы на станции метро в Баку минуло 15 лет" [It's been 15 years since the blast in Baku metro station]. Vesti. 2009-07-03. 6 July 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-30.
- ↑ 1 2 "Armenian terrorism". Ministry of Foreign Affairs. 2011-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-30.