Vahid Əhmədov — Vikipediya

Vahid Əhmədov
Vəzifədədir
2005-ci ildən
Seçki dairəsi2005, 2010, 2015, 2020 — 52 saylı Quba
ƏvvəlkiVəzifə təsis edildi.
16 may 1992 – 6 yanvar 1994
Baş nazirRəhim Hüseynov (1992-1993)
Pənah Hüseyn (1993)
Surət Hüseynov (1993-1994)
ƏvvəlkiFeyruz Mustafayev
SonrakıFuad Quliyev
23 aprel 1992 – 16 may 1992
Baş nazirFeyruz Mustafayev (1992)
Rəhim Hüseynov (1992-1993)
ƏvvəlkiAydın Əzizbəyov
SonrakıFirudin Cəlilov
bayraq
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
bayraq2
1990 – 1992
Seçki dairəsi53 nömrəli "Gənclik"
Şəxsi məlumatlar
Doğum adı Vahid Qazməmməd oğlu Əhmədov
Doğum tarixi 2 aprel 1947(1947-04-02) (77 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni — 2017 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1991 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vahid Qazməmməd oğlu Əhmədov (2 aprel 1947, Qonaqkənd, Qonaqkənd rayonu) — Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Ali Sovetinin deputatı (1990–1995); Azərbaycan Respublikası Milli Məclisinə 52 saylı Quba seçki dairəsindən seçilmiş III,[1] IV, V və VI çağırış millət vəkili. Azərbaycan SSR-in əməkdar mühəndisi[2]; texnika elmləri doktoru.

Vahid Əhmədov 2 aprel 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur.

1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişdir. 1965–1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, mühəndis-energetik ixtisasına yiyələnmişdir.

1989–1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülmüşdür.

1967–1971-ci illərdə Şmidt (indiki Səttərxan adına) maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışmışdır.

1971–1972-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq orada 1972–1977-ci illərdə sex rəisi vəzifəsində işləmişdir. 1977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.

1981–1983-cü illərdə Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis vəzifəsində çalışmışdır.

1983–1986-cı illərdə "Bakı fəhləsi" adına maşınqayırma zavodunun, 1986-cı ildə Keşlə maşınqayırma zavodunun, 1989-cu ildə "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olmuşdur.

Ailədə 9 uşaq olublar[3]. 33 yaşında ailə həyatı qurmuşdur. İki övladı — 1 oğlu və 1 qızı var. Övladlarının hər ikisi hüquqşünasdır[3].

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1980-ci illərin sonlarında Azərbaycan Kommunist Partiyası Nizami rayon təşkilatnın büro üzvü olmuşdur[3].

1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazıqlanmasında iştirak etmiş, Azərbaycanın müstəqilliyinin lehinə səs vermişdir. 1991-ci ildə SSRİ-nin saxlanmasına qarşı səs vermiş 43 istiqlalçı deputatdan biri olmuşdur.

Alma-Ata Memorandumunun və İcevan Protokolunun həyata keçirilməsini təmin etmək məqsədilə 10 sentyabr 1992-ci ildə yaradılmış Alma-Ata Memorandumunu və İcevan Protokolunu həyata keçirən Qərargahın üzvü olmuşdur[4].

Nazirlər Kabinetində

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 1992-ci il tarixli 694 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir[5]. 16 may 1992-ci ildə həmin vəzifədən azad edilərək[6], Azərbaycan Respublikası Baş nazirinin birinci müavini təyin edilmişdir[7][8]. 18 may 1992-ci ildə həmin vəzifəyə yenidən təsdiqlənmişdir[9][10]. 29 aprel 1993-cü ildə də yenə həmin vəzifəyə təsdiqlənmişdir[11][12]. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1993-cü il tarixli 56 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad edilmişdir[13]. Azərbaycan Respublikasının Milli Məclisi 6 yanvar 1994-cü ildə Vahid Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad olunmasına razılıq vermişdir[14].

1990-cı ildə Bakı şəhərinin Nizami rayonu 53 nömrəli "Gənclik" seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat, 2005 və 2010-cu illərdə 2 dəfə 52 saylı Quba seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilmişdir.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[15]. 30 iyun 1992-ci ildə Milli Məclisində təşkil olunmuş İqtisadi siyasət komissiyasına üzv təsdiq edilmişdir[16].

Milli Məclisdə

[redaktə | mənbəni redaktə et]

2005-ci il parlament seçkiləri ərəfəsində, 13 iyul 2005-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır.[17] YeS-in vahid siyahısından 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə sabiq baş nazir Əli Məsimli deputat seçilmişdir.

13 dekabr 2005-ci ildə Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü seçilmişdir[18]. Milli Məclisin komissiyaları komitələrə çevrildikdən sonra, 14 aprel 2009-cu ildə İqtisadi siyasət komitəsinin üzvü seçilmişdir[19].

13 dekabr 2005-ci ildən[20] AzərbaycanAlmaniya, AzərbaycanXorvatiya, AzərbaycanRusiya, AzərbaycanTürkmənistan, 27 fevral 2007-ci ildən[21] AzərbaycanUkrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində fəaliyyət göstərmişdir.

7 dekabr 2010-cu ildə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü seçilmişdir[22].

Əhmədovun Mehman Hüseynova verdiyi müsahibədə səsləndirdiyi fikirlər Milli Məclisdə müzakirələrə səbəb olmuşdur.[23]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vahid Əhmədov texnika doktorudur. 300-ə yaxın elmi məqalənin müəllifidir. Müəllifi olduğu 72 səhifəlik "Sahibkar-menecment" kitabı 2000-ci ildə Bakıdakı "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr olunmuşdur[24].

  • SSRİ 1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişdir.
  • Azərbaycan SSR Prezidentinin 29 yanvar 1991-ci il tarixli 150 nömrəli Fərmanı ilə ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir[2].
  • Azərbaycan Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
  • Azərbaycan Azərbaycan Respublikasının Şöhrət ordeni[25]

İmaməddin Zəkiyev onun barəsində 2001-ci ildə "Qonaqkənddən başlanan yol" adlı sənədli povest yazmışdır[26].

  1. "Milli Meclis". www.meclis.gov.az. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-03.
  2. 1 2 "Sənaye işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 29 yanvar 1991-ci il tarixli 150 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2018-08-14 at the Wayback Machine (az.)
  3. 1 2 3 Vahid Əhmədov: "Mənə dedilər ki, ya ora getməlisən, ya da türməyə…" modern.az Arxivləşdirilib 2021-05-09 at the Wayback Machine (az.)
  4. "Alma-Ata Memorandumunu və İcevan Protokolunu həyata keçirən Qərargahın təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 1992-ci il tarixli 119 nömrəli Sərəncamı. e-qanun.az [ölü keçid] (az.)
  5. "V. Q. Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 aprel 1992-ci il tarixli 694 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2021-03-21 at the Wayback Machine (az.)
  6. "V. Q. Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 may 1992-ci il tarixli 738 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 3 sentyabr 2021 at the Wayback Machine (az.)
  7. "V. Q. Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin birinci müavini təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 may 1992-ci il tarixli 737 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 21 mart 2021 at the Wayback Machine (az.)
  8. "V. Q. Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin birinci müavini təyinolunması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq olunması barədə" Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 16 may 1992-ci il tarixli 123 nömrəli Qərarı. e-qanun.az [ölü keçid] (az.)
  9. "V. Q. Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin birinci müavini təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 may 1992-ci il tarixli 747 nömrəli Fərmanı. e-qanun.az [ölü keçid] (az.)
  10. "Azərbaycan Respublikası Baş nazirinin birinci müavinlərinin və müavinlərinin təyin edilməsinə razılıq verilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 18 may 1992-ci il tarixli, 360—XII nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 21 mart 2021 at the Wayback Machine (az.)
  11. "Azərbaycan Respublikası Baş nazirinin müavinlərinin təyin edilməsinə razılıq verilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 28 aprel 1993-cü il tarixli 587 nömrəli Qərarı. e-qanun.az [ölü keçid] (az.)
  12. "V. Q. Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin — birinci müavini təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 aprel 1993-cü il tarixli 536 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2021-03-21 at the Wayback Machine (az.)
  13. "V. Q. Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1993-cü il tarixli 56 nömrəli Fərmanı. e-qanun.az [ölü keçid] (az.)
  14. "V. Q. Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad olunmasına razılıq verilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 6 yanvar 1994-cü il tarixli 774 nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2021-03-21 at the Wayback Machine (az.)
  15. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine (az.)
  16. "Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 1992-ci il tarixli 188 nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine (az.)
  17. "Arxivlənmiş surət". 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
  18. "Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət daimi komissiyası üzvlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 11-IIIQR nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2023-05-30 at the Wayback Machine (az.)
  19. "Azərbaycan Respublikası Milli Məclisi komitələrinin tərkibi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 787-IIIQR nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2023-04-04 at the Wayback Machine (az.)
  20. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 21-IIIQR nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-05-20 at the Wayback Machine (az.)
  21. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 27 fevral 2007-ci il tarixli, 249-IIIQR nömrəli Qərarı. e-qanun.az [ölü keçid] (az.)
  22. "Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsi üzvlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 dekabr 2010-cu il tarixli, 11-IVQR nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-05-20 at the Wayback Machine (az.)
  23. "Deputat Vahid Əhmədovun video-blogerlə müsahibəsi parlamentdə tənqid olunub". 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
  24. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Elmi-texniki kitabxanasındakı kitabların 2000–2003-cü illər üzrə siyahısı. Səh. 3. ier.az [ölü keçid]
  25. "V.Q.Əhmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
  26. Nizaməddin Şəmsizadə. Kitab mədəniyyətimizin fədakar tədqiqatçısı. "525-ci qəzet", 8 aprel 2010. 525.az [ölü keçid] (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]