Qonaqkənd (Quba) — Vikipediya
Qonaqkənd | |
---|---|
41°04′27″ şm. e. 48°36′32″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.076 m |
Saat qurşağı | |
Digər | |
[http:// ] | |
Qonaqkənd — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbədir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qubanın qədim kəndlərindən biri hesab olunur. Qədim tarixə malik olan bu kənd Sasanilər İmperiyası zamanında İrandan bura köçürülən tat mənşəli əhali burada hələ də yaşayır. SSRİ dövrundə bura ən mühüm hərbi-strateji mövqelərindən biri olmuşdur.
1959-cu ilin dekabr ayına qədər Qonaqkənd rayon mərkəzi olmuşdur. İndiki qəsəbədə vaxtilə bütün dövlət strukturları fəaliyyət göstərib. Hətta "Staxanovçu maldar" adlı qəzet də nəşr edilmişdir.[1]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Qəsəbə çayın içində — vadisində yerləşir. Yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaratmışdır.[1]
Yol
[redaktə | mənbəni redaktə et]2013-cü ildə altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır.[2]
Təhsil və səhiyyə
[redaktə | mənbəni redaktə et]Hazırda burada 6 məktəb, 2 feldşer-mama məntəqəsi, 1 xəstəxana fəaliyyət göstərir.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi tatlardan ibarətdir. Tat dilinin xüsusi ləhcəsində – Qonaqkənd ləhcəsində danışırlar.
Şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan SSR Ali Sovetinin (1991-ci ildən Azərbaycan Respublikası Ali Soveti adlandırılıb) deputatı (1990–1995); Azərbaycan Respublikası Milli Məclisinin 52 saylı Quba seçki dairəsindən seçilmiş III və IV çağırış millət vəkili. Azərbaycan SSR-in əməkdar mühəndisi; texnika elmləri doktoru.
Vətən müharibəsi şəhidləri
[redaktə | mənbəni redaktə et]- Orxan Ömərov — Çavuş
- Sadiq Azayev — Çavuş
- Cəlil Məmmədov — Əsgər
Antiterror əməliyyatı şəhidi
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Qonaqkəndə qonaq gəlin. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine azerbaijan-news.az 10.01.2013 (az.)
- ↑ "Quba rayonunun Quba-Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (az.). e-qanun.az. 24-09-2013. İstifadə tarixi: 2014-09-14.[ölü keçid]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |