Yer qabığı — Vikipediya
Yer qabığı — Yerin bərk cisminin səth təbəqələri kompleksidir. "Qabıq" ifadəsi XIX əsrdən qalmışdır. O zaman Pyer Simon Laplasın kosmoqonik və Eduard Züssün geoloji fərziyyələrinə əsasən belə hesab olunurdu ki, Yer qızmar maddədən əmələ gəlmişdir. O, soyuyan zaman səthində bərk qabıq yaranmışdır.
Materiklərin və okeanların altında yerləşən Yer qabığı həm quruluşuna, həm də qalınlığına görə fərqlənirlər: Ona görə də materik və okean tipli Yer qabığını fərqləndirmək qəbul olunmuşdur.
Müasir elm hesab edir ki, Yer qabığı mantiyadan ayrılmışdır. Eyni zamanda mantiyanın differensasiyası prosesində su ayrılmışdır, müasir vulkan lavalarında olduğu kimi bazalt maqmasının həcminin 7-8 %- ni təşkil etmişdir [1].
Yer qabığının geoloji dövürdən əvvəlki tarixi
[redaktə | mənbəni redaktə et]Yerdə ilk mərhələdə soyuyan planetin səthində nazik bazalt qabığı əmələ gəlmişdir. Onu ay qabığı adlandırırdılar. Bazalt qabığın səthində temperatur 100 °C- dən yüksək idi. Su ancaq buxar halında havada vardı, eroziya da yox idi. Fiziki aşınma intensiv gedirdi.
İlk materik qabığının yeri məlum deyildi. Yerin bir tərəfində ağır metallar enmiş və Böyük okean meydana gəlmişdir, əks tərəfdə isə silikat suxurlar qalxmış və materiki əmələ gətirmişdir. Bazalt qabıq artıq geoloji dövürdə materik qabığına və okean qabığına differensiasiya olunmağa başlamışdır [2].
Yer qabığının geoloji tarixi
[redaktə | mənbəni redaktə et]Yerin səthi soyuyaraq temperatur 100 °C-dən aşağı düşdükdən və su maye fazaya keçdikdən sonra planetin geoloji tarixi başlanmışdır. Su fiziki və kimyəvi aşınmaları gücləndirmiş, qırıntı məhsullarının aparılmasını xeyli intensivləşdirmişdir. Əvvəlki vulkanik proseslərlə yaranmış çökəkliklərdə çökmə süxurlar toplanmışdır. Şökmə süxur qabığı qalınlaşdıqca bazalt qabığı aşağıya basılmış və çökmə qat yüksək temperatur hakim olan dərinliyə çatmışdır. Yüksək temperatur və təziq şəraitində yumşaq maddələr metamorfizləşib, massiv kristallik kütləyə, əsasən qranit və qranit-qneys tipli kütləyə çevrilmişdir.
Qranitlərin mənşəyi məsələsi mübahisəlidir: bəziləri onları intruziv suxur,başqaları isə metamorfik suxur hesab edirlər. Qranit qat materiklərdə mövcuddur. Okeanların dibində qranit yoxdur (və ya müəyyən olunmamışdır). Bu, onun əmələgəlməsində ekzogen, deməli, həm də biogen proseslərin iştirak etməsinə sübutdur[3][4].
Yer qabığının quruluşu
[redaktə | mənbəni redaktə et]Materiklərin və okeanların altında yerləşən Yer qabığı həm quruluşuna, həm də qalınlığına görə fərqlənirlər. Ona görə də materik və okean tipli Yer qabığını fərqləndirmək qəbul olunmuşdur.
Materik yer qabığı
[redaktə | mənbəni redaktə et]Bu qabıq okean qabığına nisbətən daha mürəkkəbdir. Onun qalınlığı orta hesabla 35–45 km-dir. Dağlıq ölkələrdə 70 km-ə çatır. Üç təbəqədən ibarətdir, lakin okean təbəqəsindən çox fərqlidir. Qalınlığı 20 km-dək olan alt təbəqə bazaltdan ibarətdir. Bu təbəqə okeanlarda da olur, lakin qalınlığı azdır. Materik qabığının əsas qatı şərti olaraq "qranit" təbəqə adlanır. O, qranitdən və qneysdən ibarətdir. Okeanların altında qranit təbəqə yayılmamışdır. Lakin nəzərə almaq lazımdır ki, okean dibində dərin buruq hələ qazılmamışdır və buna görə də orada qranit təbəqəsinin olmadığını heç də hamı təsdiq etmir. Materik yer qabığının ən üst təbəqəsi çökmə qatdır. Onun orta qalınlığı 3 km-dir,bəzi rayonlarda (məsələn,Xəzəryanı ovalıqda) 10 km-ə çatır, lakin elə yerlər var ki,(məsələn, Kareliyada və Finlandiyada) həmin təbəqə, ümumiyyətlə yoxdur (qalxanlarda). Qranit lay bazalt laydan Konrad səthilə ayrılmışdır[5] .
Okean yer qabığı
[redaktə | mənbəni redaktə et]Planetimizin səthinin 60 %-ə qərərini əhatə edir. Onun əsas cəhəti nisbətən nazik olmasıdır, orta qalınlığı 5–7 km, Marian çökıkliyində 5–6 km-dir.Bu nazik qat da iki laydan-çökmə süxurlar və bazalt layından ibarətdir. Çökmə süxurların toplandığı layın qalınlığı 1–5 km arasında dəyişir. Sahil boyu yer qabığının qalınlığı azalır və keçid xarakter daşıyır.
Yer qabığını təşkil edən elementlər, (faizlə)
[redaktə | mənbəni redaktə et]Elementlər | miqdarı, % [6] |
---|---|
Oksigen | 47.2 |
Silisium | 27.6 |
Aliminium | 8.8 |
Dəmir | 5.1 |
Kalsium | 3.6 |
Natrium | 1.5 |
Kalium | 2.6 |
Maqnezium | 2.1 |
Hidrogen | 0.15 |
Başqaları | 0.21 |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Л.П.Шубаjев.Yмуми Jершyнаслыг."Маариф".Бакы-1986.с.33-35
- ↑ Coğrafiya ensiklopediyası. I. Bakı-2012. s.82-84
- ↑ Orxan Seyidzadə.Ümumi geologiya və geomorfologiyanın əsasları.Bakı.2010.
- ↑ Ə.Əlizadə, M.Babayev.Ümumi geologiya, Bakı-1973.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2014-07-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-09-20.
- ↑ "Arxivlənmiş surət". 2015-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-20.