İran Kürdüstanı — Vikipediya

İran Kürdüstanı[1] və ya Şərqi Kürdüstan (kürd. Rojhilatê Kurdistanê/ڕۆژھەڵاتی کوردستان‎) — İranın İraq ilə sərhədlərində yerləşən şimal-qərbi ərazilərində, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. İran Kürdüstanı Qərbi Azərbaycan ostanı,[a] Kürdüstan ostanıKirmanşah ostanını əhatə edir.[3][4]

Kürdlər İranın şimal-qərbi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya) Şimali Kürdüstan (Türkiyə) və Cənubi Kürdüstan (İraq) aiddir.[5][6]

2006-cı ildə keçirilən sonuncu əhalinin siyahıyaalmasında əldə edilən məlumatlara görə, kürd əhaliyə malik üç ostanı – Kürdüstan, Kirmanşahİlam ostanlarında ümumilikdə və habelə Qərbi Azərbaycan ostanı'nın cənubi şəhərlərində ümumilikdə 6.730.000 nəfər yaşayır.[7] İlam ostanının cənubunda əsasən lurlar yaşayır.

İran kürdləri İran əhalisinin təxminən 7–10 %-ni təşkil edir.[8][9][10][11][12] Bir sıra mənbəyə görə, İran kürdlərinin əksəriyyəti şiədir,[13][14] lakin başqa mənbələr əksinə, onların əksəriyyətinin sünni olduğunu iddia edir.[15] İran İslam İnqilabı zamanı kürd siyasi partiyaları muxtariyyət ilə maraqlanmayan şiə kürdləri öz tərəflərinə çəkməkdə uğursuz olmuşdurlar.[16][17] Buna baxmayaraq, 1990-cı illərdən bəri kürd milliyətçiliyi şiə kürdlərə də yayılmışdır. Buna əsas səbəb şimaldakı kürdlərin zorakılıq ilə yatırılmasıdır.[18]

Simko Şikak üsyanı

[redaktə | vikimətni redaktə et]

Birinci Dünya müharibəsində Qacar hakimiyyətinin zəifliyi bəzi kürd tayfa rəislərinə bu xaotik vəziyyətdən istifadə etməyə həvəsləndirmişdi. Şikak tayfasının rəisi Simko 1918-ci ildən 1922-ci ilə qədər Urmiya gölünün qərbində öz rejimini təsis etmişdir. Həvrəman vilayətinin başçısı Cəfər sultan Mərivan ilə Hələbcə arasındakı ərazinin nəzarətini 1925-ci ilə qədər ələ keçirmişdir. 1922-ci ildə sonralar birinci Pəhləvi monarxı Rza xan kürd tayfa rəislərinə qarşı tədbirlər görməyə başlamışdır. Simko regionu 1922-ci ilin payızında regionu tərk etməli olmuş və səkkiz il gizli həyat yaşamalı olmuşdur. İran rejimi 1930-cu ildə onu təslim olmağa cəlb edəndə hökumət ona Üşnəviyyə yaxınlıqlarında tələ qurmuş və öldürmüşdür. Bundan sonra Rza şah kürdlərə qarşı qəddar, ancaq effektiv bir siyasət yürütmüşdür. Yüzlərlə kürd tayfa rəisi deportasiya olunmuşdur. Həmçinin, onların sahibləndiyi ərazilər hökumət tərəfindən müsadirə edilmişdir.[19]

İkinci Dünya müharibəsi

[redaktə | vikimətni redaktə et]

Antihitler koalisiyası 1941-ci ilin sentyabr ayında İrana soxulanda İran Silahlı Qüvvələri çox keçməmiş dağıdılmışdır və onların silah-sursatı kürdlər tərəfindən ələ keçirilmişdir. Kürd tayfa rəislərinin oğulları bu şəraitdən istifadə etmiş və Tehran şəhərindəki sürgünlərindən qaçmışdır. Kürd tayfa rəisi olan Həmə Rəşid Sərdəşt, BanəMərivan şəhərlərini ələ keçirmişdir. O və onun qüvvələri 1944-cü ilin payızında İran qoşunları tərəfindən məğlub edilmişdir.[20]

Məhabad Cümhuriyyəti

[redaktə | vikimətni redaktə et]
İran daxilində Məhabad Cümhuriyyətinin xəritəsi.

İran İkinci Dünya müharibəsində öz neytrallığı bəyan etsə də, antihitler koalisiyası tərəfindən işğal olunmuşdu. Azərbaycan böhranı zamanı, SSRİ-nin dəstəyi ilə 1946-cı ildə Qazı Məhəmmədin öndərliyi altındakı Komeley Ciyanevey Kürd hərəkatı tərəfindən Məhabad şəhərində respublika təsis olunmuşdur. Bu kiçik ölkə Məhabad, Bükan, PiranşəhərÜşnəviyyə şəhərlərini əhatə etdiyindən ölkənin varlığını bütün İran kürdləri dəstəkləmirdi. Məhabad Cümhuriyyəti bir ildən az bir müddətdə mövcud olmuşdur. Sovet qüvvələrini bu zaman regiondan çəkilmiş və mərkəzi İran hökumətinin qüvvələrinin seperatçıları məğlub etməsinə icazə vermişdir.[21]

İran İslam inqilabı

[redaktə | vikimətni redaktə et]

Kürd siyasi təşkilatlar şaha qarşı bir inqilabı böyük maraq ilə dəstəkləyirdilər. Bu inqilab 1979-cu ilin fevral ayında Ayətullah Xamneyini ölkənin başçısına çevirmişdir. Şah kürdlərin muxtariyyət əldə etmək və mərkəzi hökumətin onların daxili işlərinə daha az qarışmasına nail olmaq səylərinə qarşı çıxmışdır. Şah rejimi hakimiyyətdə olan farslardan bir qədər fərqli bir dilə və mədəniyyətə sahib kürdlərin xarici qüvvələr tərəfindən sui-istifadə olunacağına inanırdı. Bu böhran 1979-cu ildə kürdlərə yeni konstitusiyanın yazılmasından məsul olan "Mütəxəssislər şurası"nda yer vərilməməsindən sonra daha da dərinləşmişdi. Ayətullah Xamneyini Əbdül Rəhman Qasımlını bu şuranın birinci yığıncağına qoşulmasına imkan verməmişdir.[22]

Pəhləvi sülaləsinin süquta uğramasından sonra İran Kürdüstanında milliyətçilik dalğası yayılmağa başlamış, hətta inqilab əleyhinə üsyanlar qaldırılmışdır. 1979-cu ilin əvvəllərində kürd fraksiyalar ilə İran inqilabi hökumətinin qüvvələri arasında hərbi münaqişə başlamışdır. Kürd silahlı dəstələri əsasən İran Kürdüstanının Demokratik Partiyası və solçu İran Kürdüstanı Komalə Partiyasından təşkil olunmuşdu.[23]

1979-cu ilin dekabr ayında səsləndirdiyi nitqdə Əli Xamenei etnik azlıqlar anlayışının İslam doktrinasına qarşı olduğunu vurğulamışdır. O həmçinin, "Müsəlman ölkələrinin birləşməsini görmək istəməyənlər"i etnik azlıqlar arasında milliyətçilik problemləri yaratmaq ilə günahkarlandırmışdır. Onun bu düşüncələri ruhani rəhbərlik tərəfindən dəstəklənmişdir.[24]

1996-cı il hadisələri

[redaktə | vikimətni redaktə et]

2 dekabr 1996-cı ildə görkəmli sünni ruhanisi Molla Məhəmməd Rabiyeyin ölümü şəhərində sünni kürdlər ilə hüquq-mühafizə qüvvələri arasında şiddətli döyüşlərə səbəb olmuşdur. Molla Rabiyey Kirmanşah şəhərindəki Əl-Şəfeyi məscidində imam idi. Mitinqlər daha üç gün davam etmiş və Kürdüstan ostanında yerləşən başqa şəhər və qəsəbələrə yayılmışdır.[25]

Xatəmi dövrü

[redaktə | vikimətni redaktə et]

1997-ci ildə keçirilən İran prezident seçkilərində sünni kürdlər də iştirak etmişdir. Həm mülki, həm də ki hərbi kürd müxalif qrupları kürdlərdən xahiş etmişdir ki, seçkilərə "laqeyd yanaşmasın"lar. Prezident Məhəmməd Hatəmi kürd mədəniyyətinin və tarixini tərifləmişdi. Kürdlərin bu vaxtlardakı tələbləri əsasən kürd dili və yüksək vəzifəli səlahiyyətliləri ilə bağlı idi. Hatəmi birinci prezidentlik dövründə Abdulla Ramazanzadəni Kürdüstan ostanının birinci kürd qubernatoru təyin etmişdir. O həmçinin, bir neçə sünni və şiə kürdü öz və ya kabinet üzvlərinin məsləhətçiləri kimi işə almışdır. Hatəmi ikinci prezidentlik dövründə kabinet üzvlüyünə iki dənə kürd əsilli şiə siyasətçini təyin etmişdir.[26] Altıncı parlamentə 18 kürd siyasətçi seçilmişdi. Kürdüstan və Kirmanşah ostanlarını təmsil edən 40 nəfərlik parlament fraksiyası təsis edilmişdir.[27]

1999-cu il hadisələri

[redaktə | vikimətni redaktə et]

1999-cu ilin fevral ayında kürd milliyətçilər Məhabad, SənəndəcKirmanşah kimi bir neçə şəhərin küçələrinə çıxmış və İran hökuməti əleyhinə, Abdullah Öcalan lehinə mitinqlər keçirdilər. Bu, sərhədlərarası kürd hərəkatı olaraq dəyərləndirilmişdir.[28] Bu mitinqlər hökumət qüvvələri tərəfindən şiddətli şəkildə yatırılmışdır. İnsan hüquqları üzrə ixtisaslaşmış müxtəlif qruplara görə, ən azı 20 nəfər öldürülmüşdür.[29]

2005-ci il hadisələri

[redaktə | vikimətni redaktə et]

9 iyul 2005-ci ildə kürd müxalifətçi fəal Şirvan Qədiri[30] və daha iki kürd əsilli şəxs İran hüquq-mühafizə işçiləri tərəfindən Məhabad şəhərində qətlə yetirilmişdir. Növbəti altı həftə Məhabad, Piranşəhr, Sənəndəc, Sərdəşt, Üşnəviyyə, Banə, Saqqız kimi kürd əhaliyə sahib şəhər, qəsəbə və kəndlərdə iğtişaşlar və mitinqlər təşkil olunmuşdur.[31] Bu iğtişaşlarda onlarla insan öldürülmüş və yaralanmışdır, yüzlərlə insan isə həbs edilmişdir. 13 mart 2006-cı ildə İran insan hüquqları vəkili, Şirvan Qədirinin hüquqşünası Saleh Nikbəxt Qədirinin qatilinin bir hüquq-mühafizə işçisi olduğunu və onun qanunsuzcasına öldürüldüyünü açıqlamışdır. O həmçinin, qatil və qətl əmirini verən ilə yerli məhkəmə sisteminin əməkdaşlıq etdiyini qeyd etmişdir.[32]

  1. Qərbi Azərbaycan ostanının əhalisini 76.2% ilə əsasən azərbaycanlılar təşkil edir, ancaq ostan əhalisinin 21.7%-i kürdlərdir. Kürdlər əsasən Sərdəşt, Məhabad, PiranşəhrBükan şəhristanlarında yaşayırlar.[2]
  1. Күрдүстан Милли Һөкумәти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 48.
  2. فهرست نویسی پیش از انتشار کتابخانه ملی جمهوری اسلامی ایران * شماره کتابشناسه ملّی:۲۸۹۰۶۹۰ *عنوان و نام پدیدآورنده:طرح بررسی و سنجش شاخص های فرهنگ عمومی کشور(شاخص های غیرثبتی){گزارش}:گزارش های پیشرفت طرح ها وکلان شهرها/به سفارش شورای فرهنگ عمومی کشور؛مدیر طرح و مسئول سیاست گذاری:منصور واعظی؛اجرا:شرکت پژوهشگران خبره پارس *بهاء:۱۰۰۰۰۰ ریال-شابک:۷-۶۸-۶۶۲۷-۶۰۰-۹۷۸ *وضعیت نشر:تهران-موسسه انتشارات کتاب نشر ۱۳۹۱ *وضعیت ظاهری:۲۹۵ ص:جدول(بخش رنگی)،نمودار(بخش رنگی)*یادداشت:عنوان دیگر:طرح و بررسی و سنجش شاخص های فرهنگ عمومی کشور(شاخص های غیرثبتی) سال ۱۳۸۹ *توصیفگر:شاخص های غیرثبتی+شاخص های فرهنگی+گزارش های پیشرفت طرح ها و کلان شهرها *توصیفگر:ایران ۳۸۶۲۸۹ *تهران۱۹۹۰۶۶ /مشهد۲۹۲۳۴۱ /اصفهان ۱۷۰۰۱۷/تبریز۱۸۴۸۱/کرج ۲۷۸۲۵۲/شیراز۲۵۱۷۰۳/اهواز۱۷۶۴۰۳/قم۲۷۰۸۷۷ *شناسنامه افزوده:واعظی،منصور،۱۳۳۳-۷۳۵۰۶۸ *شناسنامه افزوده:شرکت پژوهشگران خبره پارس /شورای فرهنگ عمومی *مرکز پخش:خیابان ولیعصر،زرتشت غربی،خیابان کامبیز،بخش طباطبایی رفیعی،پلاک۱۸،تلفن:۷-۸۸۹۷۸۴۱۵ *لیتوگرافی،چاپ وصحافی:سازمان چاپ و انتشارات اوقاف // General Culture Council of Islamic Republic of Iran for West Azerbaijan province (fars). Ketabe Nashr. 2012.
  3. Federal Research Division. Iran: A Country Study (ingilis). Kessinger Publishing. 2004. səh. 121. ISBN 978-1-4191-2670-3. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-18. The Kurdish area of Iran includes most of West Azerbaijan.
  4. İqlton, Uilyam. An Introduction to Kurdish Rugs and Other Weavings (ingilis). University of California Press. 1988. ISBN [[Special:BookSources/0940793172}|0940793172}]]. ranian Kurdistan is relatively narrow where it touches the Soviet border in the north and is hemmed in on the east by the Azerbaijani Turks. Extending south along the border west of Lake Urmia is the tribal territory.
  5. Bengio, Ofra. Kurdish Awakening: Nation Building in a Fragmented Homeland (ingilis). University of Texas Press. 2014. ISBN 9780292758131. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-18.
  6. "The Columbia Encyclopedia, Sixth Edition, 2005". Bartleby.com (ingilis). December 26, 2007 tarixində arxivləşdirilib.
  7. "Provinces of Iran". Statoids.com (ingilis). October 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2019.
  8. "Mideast Daily News". Themedialine.org (ingilis). February 5, 2015 tarixində arxivləşdirilib.
  9. "Archived copy". Iranhrdc.org (ingilis). February 5, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2019.
  10. M. Dodd, Edvard. "Grace Of the Kurds". Saradistribution.com (ingilis). 1920. October 25, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2019.
  11. "Discrimination against Kurdish Iranians unchecked and on the rise". Amnesty.org (ingilis). July 30, 2008. February 18, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2019.
  12. Əli Cavanmərdi, Meredit Büel. "Iranian Kurds Fight Discrimination, Hope for Change". Voanews.com (ingilis). November 19, 2012. February 5, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2019.
  13. Leynonen, Anu. "Unity or Diversity? Turkish Nationalism, Kurds, and the Turkish Mainstream Press" (PDF). Helda.helsinki.fi (ingilis). Helsinki: University of Helsinki Press. January 27, 2017. ISBN 978-951-51-2890-4. March 31, 2019 tarixində arxivləşdirilib (PDF).
  14. "قومیت واحد، دلیل ایجاد یک کشور مستقل نیست". Ghatreh.com (kürd). July 3, 2017. February 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2019.
  15. "Iranian Kurdistan". Unpo.org (ingilis). Unpresented Nations and Peoples Organization. March 25, 2008. December 2, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2019.
  16. Romano, Deyvid. Arxivlənmiş surət (ingilis). Nyu-York: Cambridge University Press. 2006. səh. 235. ISBN 0-521-85041-X. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-18.
  17. MakDouall, Deyvid. A Modern History of the Kurds (ingilis). London: I.B. Tauris. 1996. səh. 270. doi:https://doi.org/10.1017/S0026318400034167 (#bad_doi). ISBN 1-85043-653-3. 2019-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-18.
  18. MakDouall, Deyvid. A modern history of the Kurds (ingilis). London: I.B. Tauris. 1996. səh. 278. ISBN 1850436533. OCLC 34010749.
  19. Elfinston, U. G. "The Kurdish Question". Journal of International Affairs (ingilis). Royal Institute of International Affairs. 22 (1). 1946: 97. JSTOR 3017874.
  20. Elfinston, U. G. "The Kurdish Question". Journal of International Affairs (ingilis). Royal Institute of International Affairs. 22 (1). 1946: 97–98. JSTOR 3017874.
  21. Günter, Maykl. "The possibilities for an independent Kurdish state" (PDF). Kurdishrightsconference.org (ingilis). Kurdish Rights Conference. October 10, 2007. October 10, 2007 tarixində arxivləşdirilib (PDF).
  22. Nurizadə, Əli Rza. "The Tragedy of Being Kurd in Iran". Nourizadeh.com (ingilis). April 27, 2004. March 4, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2019.
  23. MakDouall, Deyvid. Subjects of the Shi'i Republic // Modern History of the Kurds (PDF) (ingilis). London: I.B. Tauris. 1996. səh. 261–287. 2019-08-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-08-23.
  24. David McDowall. A modern history of the Kurds Arxivləşdirilib 2021-12-18 at the Wayback Machine. London: I.B. Tauris, 2007, p. 271. ISBN 9781850434160
  25. "Iran". hrw.org (ingilis). Human Rights Organization. March 13, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 19, 2019. (#chapter_ignored)
  26. Neriya, Jak. The Future of Kurdistan: Between Turkey, the Iraq War, and the Syrian Revolt (PDF) (ingilis). Yərusəlim: Jerusalem Center for Public Affairs. 2012. səh. 18. ISBN 978-965-218-109-1. 2022-04-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-08-23. In 1997, Sunni Kurds took part in the presidential election. Both civilian and military Kurdish opposition groups asked Kurds to do so. The winner, President Mohammad Khatami, praised the glory of Kurdish culture and history. From the Kurdish side, demands mainly concerned the Kurdish language and the appointment of top-level officials. In his first term, Khatami appointed Abdollah Ramezanzadeh to be the first Kurdish governor of the Iranian province of Kurdistan. He also appointed several Sunni and Shia Kurds as his own or cabinet members’ advisers. In his second term Khatami had two Kurdish cabinet members, both of them Shia.
  27. "The Nation and Its Minorities: Ethnicity, Unity and State Policy in Iran". Samii Comparative Studies of South Asia, Africa and the Middle East (ingilis). 20 (1–2): 128–137. 2000. 2019-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-23.
  28. Natali, D. Manufacturing Identity and Managing Kurds in Iraq, Turkey and Iran: A Study in Evolution of Nationalism. PhD Dissertation in Political Science (ingilis). University of Pennsylvania. 2000. səh. 238.
  29. "Iran: Country Reports on Human Rights Practices – 1999". US Department of State Archive (ingilis). Bureau of Democracy, Human Rights, and Labor. February 23, 2000. August 19, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 19, 2019.
  30. "لاوانی رۆژهه‌ڵاتی کوردستان به‌ تایبه‌تی کچان به‌ به‌شداربوون بۆ نێو ریزه‌کانی گه‌ریلا له‌ چالاکی هه‌ڤاڵ شیلان و رێبازی به‌رخۆدانی ئه‌و خاوه‌ن ده‌رده‌که‌ون" (ingilis). April 29, 2006. May 25, 2011 tarixində arxivləşdirilib.
  31. Hovard, Maykl. "Iran sends in troops to crush border unrest". Iranfocus.com (ingilis). Iran Focus. March 12, 2008 tarixində arxivləşdirilib.[ölü keçid]
  32. Neriya, Jak. The Future of Kurdistan: Between Turkey, the Iraq War, and the Syrian Revolt (PDF) (ingilis). Yərusəlim: Jerusalem Center for Public Affairs. 2012. səh. 19. ISBN 978-965-218-109-1. 7 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 August 2019. On 9 July 2005, the Kurdish opposition activist Shivan Qaderi (also known as Shwane Qadri or Sayed Kamal Asfaram) and two other Kurdish men were shot by Iranian security forces in Mahabad. According to witnesses, the security forces then tied Qaderi’s body to a Toyota jeep and dragged it through the streets. Iranian authorities confirmed that Qaderi, “who was on the run and wanted by the judiciary,” was shot and killed while allegedly evading arrest.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]