Şimali və Şərqi Suriya Muxtar İdarəsi — Vikipediya
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Şimali və Şərqi Suriya Muxtar İdarəsi | |||||
---|---|---|---|---|---|
| |||||
| |||||
Tarixi | |||||
• Keçid idarənin elan edilməsi | 2013 | ||||
• Kantonların muxtariyyət elan etməsi | 2014-cü ilin yanvarı | ||||
• Kantonların federasiya elan etməsi | 17 mart 2016 | ||||
• Yeni idarənin elan etməsi | 6 sentyabr 2018 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Ayn-İsa[1][2] | ||||
İdarəetmə forması | Libertarian sosialist federativ yarı birbaşa demokratiya | ||||
Həmprezidentlər | |||||
Həmsədrlər | Əminə Ömər Riad Dərar[5] | ||||
Sahəsi | |||||
• Ümumi | 50,000[6] km² | ||||
Əhalisi | |||||
• Əhali | 2,000,000[7] nəfər | ||||
Valyuta | Suriya funtu | ||||
Telefon kodu | +963 | ||||
Saat qurşaqları | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES)[8] və ya Rojava[a] — Suriyanın şimal-şərqində de-fakto muxtar vilayət.[14][15] Əfrin, Cəzirə, Fərat, Rəqqə, Təbqa, Mənbic və Deyr əz-Zövr ərazilərində özünüidarə edən bölgələrdən ibarətdir.[16][17][18] Region 2012-ci ildə davam edən Rojava münaqişəsi və daha geniş Suriyada vətəndaş müharibəsi kontekstində de-fakto muxtariyyət qazanmışdır. Rəsmi hərbi qüvvəsi olan Suriya Demokratik Qüvvələri (SDQ) bu münaqişələrdə iştirak edir.[19][20]
Xarici əlaqələr quran Rojava Suriya hökuməti, ümumiyyətlə hər hansı bir dövlət və ya təşkilat tərəfindən rəsmi səviyyədə muxtar olaraq tanınmır.[21] AANES digər partiyalar və təşkilatlarla dialoqlarda universal demokratik, davamlı, muxtar plüralist, bərabər və feminist siyasətlərinə görə geniş şəkildə dəstəklənir.[22][23][24][25] Suriyanın şimal-şərqi polietnikdir. Burada böyük etnik kürd, ərəb və aysor əhalisi, o cümlədən nisbətən daha kiçik türkman, erməni, adıq və yezidi icmaları yaşayır.[26][27][28]
Region idarəsinin tərəfdarları onun rəsmi olaraq sekulyar bir muxtariyyət olduğunu bildirirlər.[29][30][31] Onlara görə, Rojava mərkəzsizliyi, gender bərabərliyini,[32][33] ekologiyanın qorunmasını, sosial ekologiyanı və dini, mədəni və siyasi müxtəlifliyə qarşı plüralist tolerantlığı təbliğ edən anarxist, feminist və libertarian sosialist ideologiyaya əsaslanan birbaşa demokratik ambisiyalara malikdir. Həmçinin, onlara görə, bu dəyərlər muxtar regionun konstitusiyasında, cəmiyyətində və siyasətində əks olunur. Bəzi müşahidəçilər Rojavanın müstəqilliyin yox, bütövlükdə federallaşmış bir Suriya üçün bir model olacağını bildirmişdir.[34][35][36][37][38] Region idarəsi avtoritarizm, Suriya hökumətinə dəstək[39] və kürdləşdirmə siyasəti səbəbiylə müxtəlif partizan və qeyri-partizan mənbələr tərəfindən tənqid edilmiş, köçürmə siyasi ittihamları ilə üzləşmişdir.[40] Buna baxmayaraq, AANES Suriyanın ən demokratik sisteminə çevrilmişdir. Regionda birbaşa açıq seçkilər, ümumbəşəri bərabərlik, insan hüquqlarına hörmət, eyni zamanda Suriya daxilində azlıqların və dini hüquqların müdafiəsi müşahidə olunmuşdur.[41][42][43][22][44][45][46]
Regionda yeni bir sosial ədalət anlayışı tətbiq edilmişdir. Bu yanaşma cəzalandırma əvəzinə reabilitasiya və sosial qayğıya diqqət yetirir. Ölüm hökmü ləğv edilmişdir. Həbsxanalarda əsasən İŞİD və digər ekstremist qruplarla əlaqəli terror fəaliyyətində ittiham olunan şəxslər saxlanılır. Bu həbsxanalar region iqtisadiyyatına böyük bir yükdür. Muxtar region siyasi ambisiyalarını demokratik konfederalizmin demokratik Libertarianizm libertarian sosialist ideologiyasına əsaslanan bir koalisiya tərəfindən idarə olunur. Bəzi mənbələrə görə, region azlıqlar, mədəni və dini nümayəndəliklərdə yerli məclislər sistemi vasitəsi ilə kooperativ və bazar müəssisələrini birləşdirən bir iqtisadiyyat modelinə sahibdir. AANES bütün Suriyada ən yüksək orta maaş və həyat səviyyəsinə sahibdir. Maaşlar rejimin nəzarətində olan ərazilərdəkindən iki dəfə çoxdur. Suriya funtunun çöküşündən sonra AANES inflyasiyaya nəzarət etmək üçün maaşları iki qat artırmışdır. Regionda səhiyyə xidməti təqdim edən müstəqil təşkilatlar arasında Kürd Qızıl Aypara Cəmiyyəti,[47] Suriya Amerika Tibb Cəmiyyəti,[48] Azad Birma Mühafizəçiləri[49] və Sərhədsiz Həkimlər[50] var.
2016-cı ildən bəri Türkiyə və Türkiyənin dəstəklədiyi Suriya üsyançı qüvvələri SDQ-ya qarşı bir sıra hərbi əməliyyatlar aparmaqla Rojavanın bir hissəsində nəzarəti qurmuşdur. AANES və SDF muxtar idarəetmənin bütün bölgələrini hər hansı bir təcavüzkarlıqdan müdafiə edəcəyini bildirmişdir.[51][52]
Adlandırma
[redaktə | vikimətni redaktə et]Suriyanın şimalındakı ərazilər kürdlər arasında Qərbi Kürdüstan (kürd. Rojavayê Kurdistanê) və ya sadəcə Rojava (mənası – Qərb) olaraq bilinir.[53][10][54] Bura Kürdüstan regionunun dörd hissəsindən biri hesab olunur.[55] "Rojava" adı beləliklə idarənin kürd kimliyi ilə əlaqələndirilmişdir. Regionun hüdudları genişləndikcə və tədcirən kürd olmayan qrupların, əsasən də ərəblərin üstünlük təşkil etdiyi əraziləri əhatə etdiyi üçün "Rojava" adı rəhbərlik tərəfindən daha az istifadə edilməyə başlamışdır.[56] Buna səbəb muxtar administrasiyanın xaricdən görünüşünü müəyyən bir millət ilə eyniləşdirilməməsinə gətirib çıxarmaq və digər etnik qruplar üçün daha məqbul hala gətirmək ümidi idi. Buna baxmayaraq, region yerli və beynəlxalq müşahidəçilər tərəfindən "Rojava" adlandırılmağa davam etmişdir.[12][57][13][58] Jurnalist Mətin Gürcana görə, "Rojava anlayışı dünya miqyasında tanınan bir markaya çevrilmişdir".[57]
Suriyanın şimal-şərqində yerləşən Cəzirə vilayəti ətrafındakı əraziyə aysorlar Qozarto (klass. süry. ܓܙܪܬܐ) deyirlər. Bura tarixi Assuriya yurdunun bir hissəsidir.[59] Bu regiona Federal Şimali Suriya və Şimali Suriyanın Demokratik Konfederalist Muxtar Əraziləri adıda verilmişdir.[10]
Afrin, Ayn əl-Ərəb (Kobani) və Həsəkə bölgələrində kürdlərin üstünlük təşkil etdiyi ərazilər üçün yerli hökumətin ilk adı 2013-cü ildə qəbul edilmiş "Müvəqqəti Keçid İdarəsi" idi.[10] 2014-cü ildə üç muxtar kantonun elan edilməsindən sonra[60] PYD tərəfindən idarə olunan ərazilərə "Muxtar Regionlar"[10] və ya "Demokratik Muxtar İdarə"[61] ləqəbi verilmişdir. 17 mart 2016-cı ildə Suriyanın şimalındakı idarə Rojava Demokratik Federasiyası – Şimali Suriya (kürd. Federal Demokratik və Rojava – Bakurê Sûriyê; ərəb. الفدرالية الديمقراطية لروج آفا – شمال سوريا; klass. süry. ܕܝܡܩܪܐܛܝܬܐ ܠܓܙܪܬܐ ܒܓܪܒܝܐ ܕܣܘܪܝܐ) adında federal bir hökumət sisteminin qurulduğunu elan etmişdir.[10][62][63][64][65]
Muxtar regionun 2016-cı ilin dekabr ayında yenilənmiş konstitusiyası Şimali Suriyanın Demokratik Federasiyası (kürd. Federaliya Demokratîk a Bakûrê Sûriyê; ərəb. الفدرالية الديمقراطية لشمال سوريا, klass. süry. ܦܕܪܐܠܝܘܬ݂ܐ ܕܝܡܩܪܐܛܝܬܐ ܕܓܪܒܝ ܣܘܪܝܐ) adından istifadə edir.[66][67][68][69]
6 sentyabr 2018-ci ildə Suriya Demokratik Şurası region üçün yeni bir ad qəbul etmişdir. Onlar regionu Şimali və Şərqi Suriya Muxtar İdarəsi (kürd. Rêveberiya Xweser a Bakur û Rojhilatê Sûriyeyê; ərəb. الإدارة الذاتية لشمال وشرق سوريا; klass. süry. ܡܕܰܒܪܳܢܘܬ݂ܳܐ ܝܳܬ݂ܰܝܬܳܐ ܠܓܰܪܒܝܳܐ ܘܡܰܕܢܚܳܐ ܕܣܘܪܝܰܐ; türk. Kuzey ve Doğu Suriye Özerk Yönetimi) adlandırmışdır. Region Fərat, Əfrin və Cəzirə bölgələrini, eləcə də Rəqqə, Mənbic, Təbqa və Deyr əz-Zövr bölgələrindəki yerli mülki məclisləri əhatə edir.[70][1][71]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Regionun əhalisi tarixən çox müxtəlif idi. Son əsrlərdə hansı qrupların çoxluq və ya azlıq təşkil etməsini qərarlaşdıran bir neçə böyük dəyişiklik olmuşdur.[b] Əl-Həsəkə mühafəzəsi tarixən köçəri və oturaq ərəblərin ərazisi idi.[79] Regiondakı kürd əhalisinin əksəriyyəti ora XX əsrdə Anadoludan köçmüşdür.[80] 1915-ci ildə başlayan etnik qarşıdurmalar səbəbiylə XX əsrin əvvəllərində burada əhəmiyyətli bir demoqrafik dəyişiklik gerçəkləşmişdir. Bu dövrdə bir çox aysor və erməni Anadoludan Suriyaya qaçmışdır. 1920-ci illərdə Türkiyədəki uğursuz kürd üsyanlarından sonra Suriyanın şimal-şərqinə böyük bir kürd axını olmuşdur. Fransa mandat səlahiyyətlərinin rəhbərliyi 25 min kürdün bu vaxt Suriyaya qaçdığı təxmin edilir.[81] Fransızlar onların mühacirətlərini təşviq etmiş və onlara Suriya vətəndaşlığı vermişdir.[82]
Suriyada Fransa mandatı dövründə regiona yeni gələn kürdlərə mandat səlahiyyətliləri tərəfindən vətəndaşlıq və xeyli hüquqlar verilmişdir.[83] Səlahiyyətlilər parçala və idarə et strategiyasının bir hissəsi olaraq azlıqların muxtariyyətini təşviq etmiş və kürdləri, o cümlədən nüseyri və druz kimi digər azlıq qruplarını davamlı şəkildə yerli silahlı qüvvələrə cəlb etmişdir.[84] Türkiyədən gələn kürd köçünün son əhəmiyyətli dalğası 1945–1961-ci illərə təsadüf edir. Bu, 1954–1961-ci illərdə Əl-Həsəkə mühafəzəsinin əhalisinin 240 mindən 305 minə qədər artmasına güclü töhfə vermişdir.[85] Türkiyədən kürd mühacirətinin gətirdiyi demoqrafik dəyişikliklərə əlavə olaraq, Suriya hökuməti ərəbləşdirmə siyasətini başlatmışdır. Beləliklə, Rəqqə və Hələbdəki daşqınlardan əziyyət çəkən 4 min ərəb ailəsi Əl-Həsəkə mühafizəsində yeni salınan kəndlərə yerləşdirilmişdir.[86][87]
Müasir dövrdə başqa bir dəyişiklik BƏƏS hakimiyyəti dövründə gerçəkləşmişdir. Bu zaman hökumət yerli kürdləri evlərindən didərgin etmiş, Suriyanın şimalına əlavə ərəb əhalisi köçürmüşdür.[86][87] Ən son olaraq, Suriyada vətəndaş müharibəsi zamanı bir çox qaçqın ölkənin şimalına qaçmışdır. İraqdan olan bəzi etnik ərəblər də Suriyanın şimalına qaçmışdır.[88][89][90] Bununla birlikdə, 2018-ci ilin yanvar ayına olan məlumata görə, region idarəsi altında olan ərazidə yalnız iki milyon insanın yaşadığı təxmin edilir. Bəzi mənbələr vətəndaş müharibəsi başlayandan bu günə qədər regionun müharibə dövründə üzləşdiyi iqtisadi çətinliklər səbəbiylə təxminən yarım milyon insanın mühacirət etdiyini qeyd edir.[7] Vətəndaş müharibəsi nəticəsində Suriyanın şimalının etnik tərkibinə dair təxminlər çox müxtəlifdir. Bəzi mənbələr kürdlərin, bəziləri isə ərəblərin əksəriyyəti təşkil etdiyini iddia edir.[91] "Əl-Cəzirə" 2019-cu ilin oktyabr ayında Suriyanın şimal və şimal-şərqində yaşayan 4,5 milyon nəfərlik əhalinin yalnız 10 faizinin kürd olduğunu bildirmişdi.[92]
Etnik qruplar
[redaktə | vikimətni redaktə et]Şimali Suriyada iki böyük etnik qrup var:
- Kürdlər Suriyanın şimal-şərqində və şimal-qərbində yaşayırlar.[93] Mədəni və dil baxımından İrandilli xalqlardan biri olaraq təsnif edilirlər.[94][95][96] Kürdlər 2010-cu ildə həm Cəzirə, həm də Fərat vilayətlərinin əhalisinin 55%-ni təşkil edirdi.[97]
- Ərəblər Suriyanın şimalında yaşayırlar.[98][99][100][101] Əsasən ana dillərinin ərəbcə olması ilə təyin olunurlar. Onlar Ərəbistan yarımadasından gələn bədəvi tayfalarını və ərəbləşdirilmiş yerli xalqları əhatə edir.[102][103]
Şimali Suriyanın müəyyən bölgələrində iki etnik qrup əhəmiyyətli azlığı təşkil edir:
- Aysorlar əsasən muxtar regionun Cəzirə bölgəsində yaşayırlar.[104][105][106] Onlar xüsusilə Qamışlı, Əl-Həsəkə, Rəsulayn, Əl-Məlikiyyə və Əl-Qəhtaniyyə kimi şəhər yerlərində, habelə Təll-Təmr bölgəsindəki kəndlərdə yaşayırlar. Ənənəvi olaraq sami dillərindən şimal-qərbi yeni arami dilində danışırlar.
- Türkmanlar Əfrin ilə Fərat bölgələri arasında yaşayırlar. Əzazdən Cərablusa qədər olan ərazilərdə regional çoxluq təşkil edirlər. Afrin və Fərat bölgələrində də yaşayırlar.[107][108]
Suriyanın şimalında daha az sayda ermənilər,[109] Rəsulayn şəhərində isə çeçenlər[110] də var.
Dillər
[redaktə | vikimətni redaktə et]Muxtar region ərazisindəki fərqli dillərə status verir. İdarənin "sosial müqaviləsi"ndə deyilir ki, "Şimali Suriyadakı bütün dillər sosial, təhsil, mədəni və inzibati işlər də daxil olmaqla, həyatın bütün sahələrində bərabərdir. Hər bir xalq öz həyatını və işlərini ana dilindən istifadə edərək təşkil edə bilməlidir".[111] Təcrübədə ərəb və kurmanci dilləri əsasən bütün sahələrdə və əksər rəsmi sənədlərdə istifadə olunur. Süryani dili əsasən Cəzirə bölgəsində, türk və adıq dilləri isə Mənbic bölgəsində istifadə olunur.
Şimali Suriyada danışılan dörd əsas dil aşağıdakılardır:
- Kürd dilinin şimal ləhcəsi Hind-Avropa dil ailəsindən olan şimal-qərb İran dilidir.[112][113]
- Ərəb dilinin şimali Mesopotamiya ləhcəsin sami dilidir.
- Əsasən turoyo və asoru variasiyalarındakı şərqi arami dilləri sami dilləridir.
- Suriya türkman ləhcəsində türk dili türk dilləri ailəsindəndir.
Bu dörd dil üçün Şimali Suriyada üç fərqli qrafikadan istifadə olunur:
- Kürd, türk və turoyo dilləri üçün latın qrafikası.
- Ərəb dili üçün üçün ərəb qrafikası (əbcəd).
- Klassik süryani, turoyo və asoru dilləri üçün süryani qrafikası.
Din
[redaktə | vikimətni redaktə et]Şimali Suriyadakı əksər etnik kürdlər və ərəblər sünni İslamı qəbul edirlər. Həmçinin, etnik aysorlar ümumiyyətlə Süryani Ortodoks, Xaldey Katolik, Süryani Katolik və ya Şərq Aysor Kilsəsinin tərəfdarlarıdır. Yezidilik kimi başqa dinlərə bağlı olanlar da var.[114] Regiondakı hakim PYD partiyası və siyasi idarəçilik qətiyyətlə sekulyardır.[31][115]
Əhali mərkəzləri
[redaktə | vikimətni redaktə et]Bu siyahıya regionun 10 min nəfərdən çox əhalisi olan bütün şəhər və qəsəbələri daxildir. Əhali sayı 2004-cü ildə Suriyada keçirilən əhali siyahıyaalmasına görə verilmişdir.[116]
Açıq boz rənglə vurğulanan şəhərlər qismən Suriya hökumətinin mülki nəzarəti altındadır.[117][118][119][120]
Azərbaycanca adı | Kürdcə adı | Ərəbcə adı | Süryanicə adı | Türkcə adı | Əhali | Region |
---|---|---|---|---|---|---|
Rəqqə | Reqa | الرقة | ܪܩܗ | Rakka | 220,488 | Rəqqə |
Əl-Həsəkə | Hesîçe | الحسكة | ܚܣܟܗ | Haseke | 188,160 | Cəzirə |
Qamışlı | Qamişlo | القامشلي | ܩܡܫܠܐ | Kamışlı | 184,231 | Cəzirə |
Mənbic | Menbîç | منبج | ܡܒܘܓ | Münbiç | 99,497 | Mənbic |
Təbqa | Tebqa | الطبقة | ܛܒܩܗ | Tabka | 69,425 | Təbqa |
Arappınar | 44,821 | Fərat | ||||
Hacin | Hecîn | هجين | ܗܓܝܢ | 37,935 | Deyr əz-Zövr | |
Amuda | Amûdê | عامودا | ܥܐܡܘܕܐ | Amudiye | 26,821 | Cəzirə |
Əl-Malikiyyə | Dêrika Hemko | المالكية | ܕܪܝܟ | Deyrik | 26,311 | Cəzirə |
Qaranic | غرانيج | ܓܪܐܢܝܓ | 23,009 | Deyr əz-Zövr | ||
Əbu Hamam | Ebû Hemam | أبو حمام | ܐܒܘ ܚܡܐܡ | 21,947 | Deyr əz-Zövr | |
Tell Rıfat | Arfêd | تل رفعت | ܬܠ ܪܦܥܬ | Tel Rıfat | 20,514 | Əfrin |
Əl-Şəfa | الشعفة | ܫܥܦܗ | 18,956 | Deyr əz-Zövr | ||
Əl-Qəhtaniyyə | Tirbespî | القحطانية | ܩܒܪ̈ܐ ܚܘܪ̈ܐ | Kubur el Bid | 16,946 | Cəzirə |
Əl-Mansurə | المنصورة | ܡܢܨܘܪܗ | 16,158 | Təbqa][121] | ||
Əl-Şəddadə | Şeddadê | الشدادي | ܫܕܐܕܝ | Şaddadi | 15,806 | Cəzirə |
Əl-Müabbada | Girkê Legê | المعبدة | ܡܥܒܕܗ | Muabbada | 15,759 | Cəzirə |
Əl-Kişkiyə | الكشكية | ܟܫܟܝܗ | 14,979 | Deyr əz-Zövr | ||
Əl-Səba və Ərbein Suriya | Seba û Erbîyn | السبعة وأربعين | ܣܒܥܗ ܘܐܪܒܥܝܢ | El Seba ve Arbayn | 14,177 | Cəzirə |
Rmelan | Rimêlan | رميلان | ܪܡܝܠܐܢ | Rimelan | 11,500 | Cəzirə |
Əl-Bağuz Fəvkani | Baxoz | الباغوز فوقاني | ܒܐܓܘܙ ܦܘܩܐܢܝ | 10,649 | Deyr əz-Zövr |
Müharibə cinayətləri və tənqid
[redaktə | vikimətni redaktə et]Suriyada vətəndaş müharibəsi başlayandan bəri YPG-yə qarşı insan haqları pozuntusu, müharibə cinayətləri və etnik təmizləmə ittihamları irəli sürülmüşdür. Bunlara Türkiyə ilə sərhəddəki Təl-Əbyəz şəhərinin İraq Şam İslam Dövlətindən (İŞİD) alınması və digər əməliyyatlar daxildir. İttihamların bir qismi Türkiyədən və Türkiyənin dəstəklədiyi Suriya üsyançılarından, o cümldən regiondakı müxalif qruplardan gəlmişdir. Həmçinin, digər iddiaları çoxsaylı insan hüquqları təşkilatları, habelə Qərb və regional jurnalistlər səsləndirilmişdir.[122][123][124][125]
"Amnesty International" region rəhbərliyinin "heç bir əsası olmadan qəsdən mülki evləri dağıtdığını, bəzi hallarda bütün kəndləri yandırdığını və onların sakinlərini didərgin saldığını" bildirmişdir. Təşkilat idarənin səlahiyyətlərindən "sui-istifadə etdiyini və beynəlxalq humanitar qanunu həyasızca pozduğunu" əlavə etmişdir. "Amnesty International" mütəxəssisləri döyüş nəticəsində baş verməyən genişmiqyaslı köçürmə və dağıntıya şahid olmuşdur. Təşkilata görə, muxtar idarə tərəfindən əvvəllər İŞİD-in ələ keçirdiyi kəndlərdə mülki şəxslərin qəsdən, koordinasiyalı şəkildə cəzalandırılması kampaniyası aparılmışdır.[126]
İdarə rəhbərliyi siyasi avtoritarizmə görə müxtəlif partizan və qeyri-partizan mənbələr tərəfindən geniş şəkildə tənqid edilmişdir.[127] Muxtar idarənin nəzarət etdiyi ərazilərdə YPG-nin baxış bucağını tənqid edən jurnalistlərin, media orqanlarının və siyasi partiyaların fəaliyyətinin qadağan edlməsi də tənqid edilmişdir.[128][129]
Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ "Rojava" (mənası – Qərb) adı 2016-cı ilə qədər regionun PYD hökuməti üçün istifadə edilirdi.[9][10][11] O vaxtdan bəri bu ad yerli və beynəlxalq müşahidəçilər tərəfindən istifadə olunur.[12][13]
- ↑ Erkən orta əsrlərdən bəri Suriyanın şimalına ərəblər,[72][73] türkmanlar[73] və kürdlərin[73][74][75] qarışıq əhalisi, habelə aysorlar kimi xristian etnik-dini qruplar[76] məskunlaşmışdır. Ərəb köçəriləri XX əsrdə Ağşidlər sülaləsinin tənəzzülündən sonra regiona hakim olmağa başladılar.[75] Osmanlı imperiyasının hakimiyyəti dövründə (1516–1922) kürd dilində danışan böyük tayfa qrupları Anadoludan Suriyanın şimalındakı bölgələrə həm yerləşmiş, həm də sürgün edilmişdir.[77] Bundan əlavə, XIX əsrdə adıqlar Suriyanın şimalına köç etmişdir.[78]
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 van Wilgenburg, Wladimir. "New administration formed for northeastern Syria". Kurdistan24. 2019-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ van Wilgenburg, Wladimir. "Turkish-backed groups launch attack near strategic Syrian town of Ain Issa". Kurdistan24. 23 November 2019. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2020.
- ↑ Fetah, Vîviyan. "Îlham Ehmed: Dê rêxistinên me li Şamê jî ava bibin". rudaw.net (kürd). Rudaw Media Network. 17 July 2018. 9 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2019.
- ↑ "Syrian Kurds declare new federation in bid for recognition". Middle East Eye. 17 March 2016. 16 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2021.
- ↑ "Amina Omar ,Ryad Derrar elected as co-chairs of MSD". 2019-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ "War Statistics / Syrian War Statistics – Syrian Civil War Map". Syrian Civil War Map – Live Middle East Map/ Map of the Syrian Civil War. 2019-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ 1 2 Fabrice Balanche. "Sectarianism in Syria's Civil War" (PDF). The Washington Institute for Near East Policy. səh. 24. 2018-09-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ "Suriyanın Əl-Hol düşərgəsi boşaldılır". Amerikanın səsi (türk). 17 noyabr 2020. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2021.
- ↑ Lister, (2015). səh. 154
- ↑ 1 2 3 4 5 6 Allsopp, van Wilgenburg, (2019). səh. 89
- ↑ "'Rojava' no longer exists, 'Northern Syria' adopted instead". Kurdistan24. 2019-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ 1 2 "Turkey's military operation in Syria: All the latest updates". al Jazeera. 14 October 2019. 16 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2019.
- ↑ 1 2 "The Communist volunteers fighting the Turkish invasion of Syria". Morning Star. 31 October 2019. 22 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2019.
- ↑ Allsopp, van Wilgenburg, (2019). səh. 11, 95
- ↑ Zabad, (2017). səh. 219, 228
- ↑ Allsopp, van Wilgenburg, (2019). səh. 97–98
- ↑ "Electoral Commission publish video of elections 2nd stage | ANHA". hawarnews.com. 1 December 2017. 1 December 2017 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Delegation from the Democratic administration of Self-participate of self-participate in the first and second conference of the Shaba region". Cantonafrin.com. 4 February 2016. 9 August 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 June 2016.
- ↑ "Turkey's Syria offensive explained in four maps". BBC News. 14 October 2019. 13 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2019.
- ↑ "Syria Kurds adopt constitution for autonomous federal region". TheNewArab. 31 December 2016. 5 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2018.
- ↑ "Syria's war: Assad on the offensive". The Economist. 13 February 2016. 23 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2016.
- ↑ 1 2 Shahvisi, Arianne. "Beyond Orientalism: Exploring the Distinctive Feminism of democratic confederalism in Rojava". Geopolitics. 26 (4). 2018: 1–25. doi:10.1080/14650045.2018.1554564. 2022-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ "German MP Jelpke: Rojava needs help against Corona pandemic". ANF News. 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ Şimşek, Bahar; Jongerden, Joost. "Gender Revolution in Rojava: The Voices beyond Tabloid Geopolitics". Geopolitics. 26 (4). 29 October 2018: 1023–1045. doi:10.1080/14650045.2018.1531283.
- ↑ Burç, Rosa. "Non-territorial autonomy and gender equality: The case of the Autonomous Administration of North and East Syria - Rojava" (PDF). Philosophy and Society. 31 (3). 22 May 2020: 277–448. doi:10.2298/FID2003319B. 17 June 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 September 2021.
- ↑ Allsopp, van Wilgenburg, (2019). səh. xviii, 112
- ↑ Zabad, (2017). səh. 219, 228–229
- ↑ Schmidinger, Thomas. The Battle for the Mountain of the Kurds. Schiffmann, Thomas tərəfindən tərcümə olunub. Oakland, CA: PM Press, Kairos. 2019. 12. ISBN 978-1-62963-651-1.
Afrin was the home to the largest Ezidi minority in Syria.
- ↑ Allsopp, van Wilgenburg, (2019). səh. xviii, 66, 200
- ↑ "Syria Kurds challenging traditions, promote civil marriage". ARA News. 20 February 2016. 22 February 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 August 2016.
- ↑ 1 2 Carl Drott. "The Revolutionaries of Bethnahrin". Warscapes. 25 May 2015. 10 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2016.
- ↑ Zabad, (2017). səh. 219
- ↑ Allsopp, van Wilgenburg, (2019). səh. 156–163
- ↑ "PYD leader: SDF operation for Raqqa countryside in progress, Syria can only be secular". ARA News. 28 May 2016. 1 October 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 October 2016.
- ↑ Ross, Carne. "The Kurds' Democratic Experiment". The New York Times. 30 September 2015. 18 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2016.
- ↑ In der Maur, Renée; Staal, Jonas. Introduction // Stateless Democracy (PDF). Utrecht: BAK. 2015. səh. 19. ISBN 978-90-77288-22-1. 25 October 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 19 April 2016.
- ↑ Jongerden, Joost. "Rethinking Politics and Democracy in the Middle East" (PDF). Ekurd.net. 6 December 2012. 15 March 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 9 October 2016.
- ↑ "ANALYSIS: 'This is a new Syria, not a new Kurdistan'". MiddleEastEye. 21 March 2016. 17 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2016.
- ↑ Allsopp, van Wilgenburg, (2019). səh. 94, 130–131, 184
- ↑ "Syria, Report by UN Commission of Inquiry (March 2017)". International Committee of the Red Cross. 10 March 2017. 27 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2019.
- ↑ https://www.academia.edu/download/49608848/Knapp___Jongerden_Rojava.pdf[ölü keçid]
- ↑ Küçük, Bülent; Özselçuk, Ceren. "The Rojava Experience: Possibilities and Challenges of Building a Democratic Life". South Atlantic Quarterly. 115 (1). 1 January 2016: 184–196. doi:10.1215/00382876-3425013. 27 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2021 – read.dukeupress.edu vasitəsilə.
- ↑ https://www.academia.edu/download/51025204/The_Experiment_of_the_Rojava_System_in_Grassroots_Participatory.pdf[ölü keçid]
- ↑ Gerber, Damian; Brincat, Shannon. "When Öcalan met Bookchin: The Kurdish Freedom Movement and the Political Theory of Democratic Confederalism". Geopolitics. 26 (4). 2018: 1–25. doi:10.1080/14650045.2018.1508016. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-06-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-09-05.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-09-05.
- ↑ "The medical care situation in Rojava - Cadus e.V. - Redefine Global Solidarity". www.cadus.org (ingilis). 2017-06-22. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
- ↑ Smith, Noah. "In Northern Syria, Destruction and Displacement Confront Health Workers". Direct Relief (ingilis). 2019-10-27. 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
- ↑ Bachelard, Michael. "Free Burma Rangers activist and medic killed by Turkish drone strike in Syria". The Sydney Morning Herald (ingilis). 2019-11-04. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
- ↑ "Syria Crisis: MSF provides healthcare to Syrians crossing into Iraqi Kurdistan | MEDECINS SANS FRONTIERES - MIDDLE EAST". Doctors Without Borders. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.
- ↑ Reuters Staff. "Kurdish-led SDF says Turkish invasion has revived IS, urges no-fly zone". Reuters. 12 October 2019. 27 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2021.
- ↑ "SDF-Turkey". Ahval. 2021-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ Lister, 2015. səh. 154: "On 19 July the PYD formally announced that it had written a constitution for an autonomous Syrian Kurdish region to be known as West Kurdistan."
- ↑ "Yekîneya Antî Teror a Rojavayê Kurdistanê hate avakirin" [Anti-Terror Unit of West Kurdistan formed]. Ajansa Nûçeyan a Hawar (kürd). 7 aprel 2015. 12 may 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 may 2015.
- ↑ Kurdish Awakening: Nation Building in a Fragmented Homeland, (2014), by Ofra Bengio, University of Texas Press, p. 2
- ↑ Allsopp, van Wilgenburg, (2019). səh. 89, 151–152
- ↑ 1 2 Metin Gurcan. "Is the PKK worried by the YPG's growing popularity?". al-Monitor. 7 November 2019. 8 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2019.
- ↑ "Nordsyrien: Warum ein Deutscher sein Leben für die Kurden riskiert" [Northern Syria: Why a German risks his life for the Kurds]. ARD (alman). 31 October 2019. 1 November 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 November 2019.
- ↑ Awde, Nicholas; Lamassu, Nineb; Al-Jeloo, Nicholas. Aramaic (Assyrian/Syriac) Dictionary & Phrasebook: Swadaya-English, Turoyo-English, English-Swadaya-Turoyo. Hippocrene Books. 2007. səh. 300. ISBN 9780781810876.
- ↑ Allsopp, van Wilgenburg, (2019). səh. 93–94
- ↑ "The Autonomous Administration in Northern Syria: Questions of Legitimacy and Identity". Omran Center for Strategic Studies. 26 July 2018. 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2019.
- ↑ "Syria civil war: Kurds declare federal region in north". Aljazeera. 17 March 2016. 27 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2021.
- ↑ Bradley, Matt; Albayrak, Ayla; Ballout, Dana. "Kurds Declare 'Federal Region' in Syria, Says Official". Wall Street Journal. ISSN 0099-9660. 17 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2016.
- ↑ "Reşnivîsa Hevpeymana Civakî ya Federaliya Demokratîk a Bakurê Sûriyeyê – ANHA" [Draft of the Social Coalition of the Democratic Federation of Northern Syria]. ku.hawarnews.com (kürd). 2018-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ "Hevpeymana Civakî ya Federaliya Demokratîk ji bo Bakurê Sûriyê" [Social Democratic Alliance for Northern Syria] (kürd). 2019-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ "Second day of Northern Syria Constituent Assembly conference takes place". Hawar News Agency. 28 December 2016. 11 June 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 December 2016.
- ↑ "Syrian Kurdish groups, allies say approve blueprint for federal system". Reuters. 29 December 2016. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2017.
- ↑ "'Rojava' no longer exists, 'Northern Syria' adopted instead". Kurdistan24. 31 December 2016. 25 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2017.
- ↑ "ܩܝܡܐ ܟܢܘܫܝܝܐ ܕܦܕܪܐܠܝܘܬ݂ܐ ܕܝܡܩܪܐܛܝܬܐ ܕܓܪܒܝ ܣܘܪܝܐ". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ "Final statement of Autonomous Administration of North , East Syria – ANHA | Ajansa Nûçeyan a Hawar". 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
Autonomous Administration of North East Syria
- ↑ "Amina Omar : Autonomous Administration its purpose to serve people". hawarnews.com. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
Consolidation of administrations – ANHA | Ajansa Nûçeyan a Hawar
- ↑ Retso, (2003). səh. 480
- ↑ 1 2 3 Morton, (2020). səh. 167
- ↑ Vanly, (1992). səh. 116: "To the east of Kurd-Dagh and separated from it by the Afrin valley lies the western and mountainous part of the Syrian district of Azaz which is also inhabited by Kurds, and a Kurdish minority lives in the northern counties of Idlib and Jerablos. There is reason to believe that the establishment of Kurds in these areas, a defensive site commanding the path to Antioch, goes back to the Seleucid era."
- ↑ 1 2 Meri, (2006). səh. 445
- ↑ Morton, (2020). səh. 122–123, 167
- ↑ Tejel, (2009). səh. 123
- ↑ Meri, (2006). səh. 713
- ↑ Fevret, Maurice; Gibert, André. "La Djezireh syrienne et son réveil économique". Revue de géographie de Lyon (fransız). 28 (28). 1953: 1–15. doi:10.3406/geoca.1953.1294. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-29.
- ↑ Storm, Lise. Ethnonational Minorities in the Middle East Berbers, Kurds, and Palestinians // A Companion to the History of the Middle East. Utrecht: Wiley-Blackwell. 2005. səh. 475. ISBN 1-4051-0681-6. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ McDowell, David. A Modern History of the Kurds (3. revised and updated. ed., repr.). London [u.a.]: Tauris. 2005. 469. ISBN 1-85043-416-6.
- ↑ Kreyenbroek, Philip G.; Sperl, Stefan. The Kurds: A Contemporary Overview. London: Routledge. 1992. 147. ISBN 0-415-07265-4.
- ↑ Dawn Chatty. Displacement and Dispossession in the Modern Middle East. Cambridge University Press. 2010. 230–232. ISBN 978-1-139-48693-4. 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ Yildiz, Kerim. The Kurds in Syria : the forgotten people (1. publ.). London [etc.]: Pluto Press, in association with Kurdish Human Rights Project. 2005. səh. 25. ISBN 0745324991.
- ↑ David McDowall. A modern history of the Kurds Arxivləşdirilib 2021-12-18 at the Wayback Machine. London: I.B. Tauris, 2007, p. 473. ISBN 9781850434160Orijinal mətn (ing.)Official figures available in 1961 showed that in a mere seven year period, between 1954 and 1961, the population of al-Hasaka governorate had increased from 240,000 to 305,000, an increase of 27 per cent which could not possibly be explained merely by natural increase. The government was sufficiently worried by the apparent influx that it carried out a sample census in June 1962 which indicated the real population was probably closer to 340,000.
- ↑ 1 2 Allsopp, van Wilgenburg, (2019). səh. 27
- ↑ 1 2 "The Silenced Kurds". Human Rights Watch. 8 (4). October 1996. 2017-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ Si Sheppard. "What the Syrian Kurds Have Wrought. The radical, unlikely, democratic experiment in northern Syria". The Atlantic. 25 October 2016. 26 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2016.
- ↑ "Syrian Kurds provide safe haven for thousands of Iraqis fleeing ISIS". ARA News. 3 July 2016. 19 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2016.
- ↑ "Rojava hosts thousands of displaced Iraqi civilians as war on ISIS intensifies". ARA News. 17 October 2016. 21 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
- ↑ Allsopp, van Wilgenburg, (2019). səh. 7–16
- ↑ "'We're Arabs just as much as Kurds': Syrian Kurds call for unity". Al Jazeera. 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ Killing of Iraq Kurds 'genocide' Arxivləşdirilib 2011-07-28 at the Wayback Machine, BBC, "The Dutch court said it considered "legally and convincingly proven that the Kurdish population meets requirement under Genocide Conventions as an ethnic group"."
- ↑ Kurds // The Columbia Encyclopedia, 6th ed. Encyclopedia.com. 2014. 27 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2014.
- ↑ Izady, Mehrdad R. The Kurds: A Concise Handbook. Taylor & Francis. 1992. səh. 198. ISBN 978-0-8448-1727-9. 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ Bois, T.; Minorsky, V.; MacKenzie, D.N. Kurds, Kurdistan // Bearman, P.; Bianquis, T.; Bosworth, C. E.; van Donzel, E.; Heinrichs, W. P. (redaktorlar ). Encyclopaedia Islamica. Brill. 2009.
The Kurds, an Iranian people of the Near East, live at the junction of more or less laicised Turkey. ... We thus find that about the period of the Arab conquest a single ethnic term Kurd (plur. Akrād) was beginning to be applied to an amalgamation of Iranian or iranicised tribes. ... The classification of the Kurds among the Iranian nations is based mainly on linguistic and historical data and does not prejudice the fact there is a complexity of ethnical elements incorporated in them.
- ↑ "Rojava's Sustainability and the PKK's Regional Strategy". Washington Institute. 24 August 2016. 10 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2021.
- ↑ Shoup, John A. Ethnic Groups of Africa and the Middle East: An Encyclopedia. ABC-CLIO. 31 October 2011. ISBN 9781598843620. 24 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2021.
- ↑ Shoup, John A. Ethnic Groups of Africa and the Middle East: An Encyclopedia. 31 October 2011. ISBN 9781598843620. 2 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2014.
- ↑ Dona J. Stewart. The Middle East Today: Political, Geographical and Cultural Perspectives. Routledge. 22 December 2008. səh. 49. ISBN 978-1-135-98078-8. 10 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2021.
- ↑ W. Montgomery Watt; Pierre Cachia. Who Is an Arab?. Carnegie Council. 1976. 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ Margaret Nydell. Understanding Arabs, Fifth Edition: A Contemporary Guide to Arab Society. 23 March 2012. səh. 169. ISBN 9780983955801. 20 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2021.
- ↑ John Joseph. The Modern Assyrians of the Middle East. 2000. səh. 30. ISBN 9004116419. 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ Mordechai Nisan, Minorities in the Middle East: A History of Struggle and Self-Expression, p. 180
- ↑ Steven L. Danver, Native Peoples of the World: An Encyclopedia of Groups, Cultures and Contemporary Issues, p. 517
- ↑ Richard T. Schaefer, Encyclopedia of Race, Ethnicity, and Society, p. 107
- ↑ The British Survey, By British Society for International Understanding, 1968, p. 3
- ↑ Farzad Sharifian, René Dirven, Ning Yu, Susanne Niemeier, Culture, Body, and Language: Conceptualizations of Internal Body Organs across Cultures and Languages, p. 268
- ↑ Aztag Daily, 10 February 2000, article edited by Mania Ghazarian and Ashod Sdepanian
- ↑ Taylor, John George. Journal of a Tour in Armenia, Kurdistan and Upper Mesopotamia, with Notes of Researches in the Deyrsim Dagh, in 1866 // Royal Geographical Society (redaktor). The Journal of the Royal Geographical Society. London. 1868. 281–360, here: 346–350. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ "Archived copy". 9 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 February 2019.
- ↑ "HISTORY OF THE KURDISH LANGUAGE". Encyclopædia Iranica. 2011-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ D. N. MacKenzie. "The Origins of Kurdish". Transactions of the Philological Society. 60. 1961: 68–86. doi:10.1111/j.1467-968X.1961.tb00987.x.
- ↑ "Could Christianity be driven from Middle East?". BBC. 15 April 2015. 26 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2015.
- ↑ Enzinna, Wes. "A Dream of Secular Utopia in ISIS' Backyard". The New York Times. 2015-11-24. 2015-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 June 2021.
- ↑ "2004 Syrian Census" (PDF). Cbssyr.org. 2004. 10 March 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 May 2016.
- ↑ Rojava authorities. "Announce elections". Rudaw. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ Muslim, Salim. "Only way to keep Syria united by the adoption of a decentralised, democratic and secular system". vrede.be. Vrede vzw. 16 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2018.
- ↑ Iddon, Paul. "The power plays behind Russia's deconfliction in Afrin". Rudaw. Rudaw. Rudaw. 10 September 2017. 5 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2018.
- ↑ "Kurdish force may leave Raqqa campaign if Turkey continues attacks". Rudaw. Rudaw. Rudaw. 28 July 2017. 27 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2018.
- ↑ "أعمال وإنجازات مجلس المنصورة المدني خلال عامه الأول". 10 July 2018. 27 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2021.
- ↑ AFP. "Turkey accuses Syrian Kurds of 'ethnic cleansing'". www.timesofisrael.com. 27 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 March 2020.
- ↑ "Syrian rebels accuse Kurdish forces of 'ethnic cleansing' of Sunni Arabs". The Telegraph. 17 April 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 June 2015.
- ↑ "Have the Syrian Kurds Committed War Crimes?". The Nation. 7 February 2017. 27 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2020.
- ↑ "Kurds accused of "ethnic cleansing" by Syria rebels". cbsnews. 22 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 June 2015.
- ↑ "Syria: US ally's razing of villages amounts to war crimes". www.amnesty.org. 13 October 2015. 21 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2021.
- ↑ "Kurdish authorities handed over political prisoner to Syrian regime: Official". www.kurdistan24.net. 7 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2020.
- ↑ "Journalism in Rojava (II): Independent media between freedom and control". openDemocracy. 1 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2020.
- ↑ Allsopp, van Wilgenburg, (2019). səh. 99, 114
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Allsopp, Harriet; van Wilgenburg, Wladimir. The Kurds of Northern Syria. Volume 2: Governance, Diversity and Conflicts. London; New York City; etc.: I.B. Tauris. 2019. ISBN 978-1-8386-0445-5. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- Lister, Charles R. The Syrian Jihad: Al-Qaeda, the Islamic State and the Evolution of an Insurgency. Oxford: Oxford University Press. 2015. ISBN 9780190462475.
- Meri, Josef W. Medieval Islamic Civilization: An Encyclopedia. Volume 1: A - K. New York City, London: Routledge. 2006. ISBN 978-0-415-96691-7. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- Morton, Nicholas. The Crusader States and their Neighbours: A Military History, 1099-1187. Oxford: Oxford University Press. 2020. ISBN 978-0198824541. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- Retso, Jan. The Arabs in Antiquity: Their History from the Assyrians to the Umayyads. London; New York City: Routledge. 2003. ISBN 0-7007-1679-3. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- Sinclair, Christian; Kajjo, Sirwan. The Evolution of Kurdish Politics in Syria // David A. McMurray; Amanda Ufheil-Somers (redaktorlar ). The Arab Revolts. Dispatches on Militant Democracy in the Middle East. Bloomington, Indiana: Indiana University Press. 2013. 177–187. ISBN 978-0-253-00975-3. 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- Tejel, Jordi. Syria's Kurds: History, Politics and Society. Abingdon-on-Thames, New York City: Routledge. 2009. ISBN 978-0-415-42440-0. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- Vanly, Ismet Chériff. The Kurds in Syria and Lebanon // Philip G. Kreyenbroek; Stefan Sperl (redaktorlar ). The Kurds: A Contemporary Overview. New York City, London: Routledge. 1992. 112–134. ISBN 978-0-415-96691-7. 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- Zabad, Ibrahim. Middle Eastern Minorities: The Impact of the Arab Spring. London; New York City: Routledge. 2017. ISBN 978-1-472-47441-4. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.