Əhliman Əmiraslanov — Vikipediya
Əhliman Əmiraslanov | |
---|---|
Azərbaycan Tibb Universitetinin rektoru | |
1992 – 11 aprel 2016 | |
Əvvəlki | Yaqub Məmmədov |
Sonrakı | Gəray Gəraybəyli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 noyabr 1947 (77 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | onkoloq, universitet müəllimi[d], cərrah, siyasətçi |
Atası | Tapdıq Əmiraslanov |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tibb, onkologiya |
Elmi dərəcəsi | tibb elmləri doktoru (1984) |
Elmi adı | akademik (2001) professor (1989) |
Tanınır | cərrah–onkoloq[2] |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhliman Tapdıq oğlu Əmiraslanov (17 noyabr 1947, Zod, Basarkeçər rayonu) — Azərbaycan alimi, ictimai-siyasi xadim, cərrah–onkoloq,[2] tibb elmləri doktoru (1984), professor (1989), Azərbaycan Milli Elmlər Akademiyasının (2001)[2] və Polşa Tibb Elmləri Akademiyasının (1998) həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi (2007–indi), SSRİ Dövlət Mükafatı (1986), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000)[3] və Azərbaycan Respublikasının "Şərəf" ordeni (2017), 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2022) laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991)[4], Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan Respublikası Milli Məclisinin IV (2010), V çağırış (2015) və VI çağırış (2020) deputatı, Azərbaycan Tibb Universitetinin rektoru (1992–2015), ATU Onkologiya kafedrasının müdiri[5] (1993–indi) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü[6] (18 iyul 2014–indi), Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri (2015 — indi), Yeni Azərbaycan Partiyasının üzvü.[7]
Həyatı
[redaktə | mənbəni redaktə et]Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub.[8] 1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakültəsinə daxil olub. 1969-cu ildə hələ tələbəykən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb.[9]
1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra,[10] 1971–1974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb. 1974–1977-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspirantı olub.[10]
1977-ci ildən Moskvada (aspiranturanı bitirdikdən sonra) SSRİ TEA-nın ÜOEM-nin Ümumi onkologiya şöbəsində kiçik elmi işçi,[11] 1981-ci ildən həmin şöbədə baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində çalışıb.[9]
1987-ci il iyun ayının 18-də ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilmiş,[11] 1989-cu ildə həmin şöbədə professor vəzifəsinə seçilmiş və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışmışdır.
1992-ci ildən 24 noyabr 2015-ci ilədək Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışıb.[10] Yeni Azərbaycan Partiyasının üzvüdür.[7]
1993-cü il martın 23-də müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir.[5] 2007-ci ildən həm də universitetin Onkoloji klinikasının direktorudur.[12]
Ə. T. Əmiraslanov 1998-ci ildə Polşa Tibb Elmləri Akademiyasının, həmçinin 2001-ci ildə indiki Rusiya Elmlər Akademiyasının xarici üzvü və 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,[2] AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini seçilib. 2006-cı ildən UNESKO-nun "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Komitəsinin Rəyasət Heyətinin üzvü, UNESKO-nun ekspertidir.
O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi seçilib. 2010-cu il aprel ayının 30-da ölkə Prezidentinin Sərəncamına əsasən Elmin İnkişafı Fondunun Himayədarları Şurasının,[13] Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyanın,[14] həmçinin "Azərbaycan Respublikasının Milli Atlası"nın tərtibi üzrə redaksiya heyətinin üzvü təyin olunub.[15][16]
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı və 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir.[11][17] Milli Məclisin "Səhiyyə komitəsi"nin sədridir.
2011-ci ildə Avropa Tibbi-Onkologiya Cəmiyyətinin həqiqi üzvü və Dünya Azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. O, UNESKO-nun eksperti, Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TÜRKPA) sədridir.[18]
18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilmişdir.[6] 29 iyun 2016-cı ildə UNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" üzrə Azərbaycan Milli Komitəsinin sədri seçilib.
2024-cü il oktyabrın 8-də Azərbaycan — Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[19]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Ailəlidir, iki oğlu, dörd nəvəsi var.
Atası Əmiraslanov Tapdıq Muxtar oğlu (1918–1976) orta məktəb direktoru, Basarkeçər rayonunun partiya rəhbəri, həmin rayonun maarif şöbə müdiri vəzifələrində çalışıb, bütün qüvvə və bacarığını elin savadlanmasına, maariflənməsinə sərf edib, uzunmüddətli qüsursuz pedaqoji fəaliyyətinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Anası Əliyeva Xanım İlyas qızı 1922-ci ildə Zod kəndində anadan olub, 2006-cı ildə vəfat edib.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əhliman Əmiraslanov 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin (ÜOEM) nəzdində aspiranturaya daxil olmuşdur. 1977-ci ildə aspirantura müddəti başa çatmamış "Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.[2]
Ə. T. Əmiraslanov aspiranturanı bitirdikdən sonra 1977–1992-ci illərdə ÜOEM-də kiçik elmi işçi, baş elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və professor vəzifələrində fəaliyyət göstərmişdir. 1984-cü ildə "Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[2] Moskva şəhərində işlədiyi müddətdə Ə. T. Əmiraslanov SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Dayaq hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi" üzrə Ümumittifaq Mərkəzinə rəhbərlik etmiş və SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin medalları ilə təltif olunmuşdur.
1985-ci ildə Ə. T. Əmiraslanov "Sümük sarkomaları" adlı orijinal monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının N. N. Petrov adına mükafatına və diplomuna layiq görülmüşdür.
1986-cı ilin may ayında "Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların kliniki təcrübədə tətbiqi" haqqındakı silsilə işləri SSRİ Dövlət Mükafatına təqdim olunmuş[20] və həmin ildə də elm və texnika üzrə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur.[21]
Onun elmi məsləhətçiliyi və elmi rəhbərliyi altında 12 nəfər tibb elmləri doktoru və 44 nəfər tibb elmləri namizədi yetişdirilmişdir (2019-cu ilə qədər). Akademik Ə. Əmiraslanov 500-dək elmi əsərin, 18 monoqrafiyanın, 31 dərslik, dərs vəsaiti və tədris-metodik vəsaitin, 16 ixtira və səmərələşdirici təklifin, 20 metodik tövsiyənin, onlarca elmi-kütləvi məqalələrin müəllifidir. Elmi işlərindən 200-dən çoxu xarici mətbuatda çap olunmuşdur (2019-cu ilə qədər).
Əhliman Əmiraslanov "AMEA Xəbərləri: Elm və İnnovasiya seriyası"[22], "Azərbaycan Tibb jurnalı", "Sağlamlıq" jurnalının və AMEA-nın "Elm" qəzetinin redaksiya heyətinin üzvüdür.[23]
Elmi yenilikləri
[redaktə | mənbəni redaktə et]Alimin dayaq-hərəkət aparatının, yumşaq toxumaların, vəzilərin, eləcə də bir sıra daxili orqanların bədxassəli şişlərinə, onların müalicə metodlarının işlənib hazırlanması və təkmilləşdirilməsinə həsr etdiyi elmi-tədqiqat işləri onu elmi ictimaiyyətdə geniş tanıtdırmışdır.[24]
Onun rəhbərlik etdiyi Onkoloji klinikada texniki cəhətdən mürəkkəb olan bud, qamış və bazu sümüklərinin bədxassəli şişlərində aparılan diz, bud-çanaq və bazu oynaqlarının rezeksiyası və endoprotezləşdirilməsi, qalça-qarınarası ayırma, kürək-döşarası amputasiya kimi cərrahiyyələr müvəffəqiyyətlə yerinə yetirilir. Onkologiya kafedrasında bədxassəli sümük şişlərinin, süd vəzisinin, qadın cinsiyyət orqanlarının bədxassəli şişlərinin, yumşaq toxuma sarkomalarının, dəri şişlərinin epidemiologiya, müayinə və müalicəsinə dair elmi-tədqiqat işləri aparılır. Sümük şişləri olan xəstələrdə hormonal-metabolik pozğunluqlar və onların korreksiya yolları istiqamətində elmi-tədqiqat işləri genişləndirilir, bu sahədə doktorluq və namizədlik dissertasiyaları yazılır.[24]
Dayaq-hərəkət aparatı orqanlarının bədxassəli şişlərinə görə cərrahi müdaxilə edilmiş xəstələrin bərpaedici müalicəsi (reabilitasiyası); sümük sarkoması şişlərinin müalicəsində yeni üsulların işlənib hazırlanması; sümüklərin bədxassəli şişlərinin proqnozu; qadın cinsiyyət orqanlarının və sümüklərin bədxassəli şişlərində hormonal-metodik dəyişikliklər; yumşaq toxuma sarkomalarının kombinasiyalı və kompleks şəkildə müasir müalicə üsullarının işlənib hazırlanması; Azərbaycanda bəzi bədxassəli şişlərin epidemiologiyası; bədxassəli şişlərin erkən diaqnostikası və proqnozunda parakrin və immunohumoral faktorların klinik əhəmiyyəti mövzuları və bu istiqamətli digər mövzular elmi prioritetlik təşkil edir.[2][24]
Azərbaycan Tibb Universitetində fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Ə. Əmiraslanov 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsinə təyin edilmiş, 1993-cü ildə həmin universitetinin onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Kafedranın işi yenidən qurulmuş, gənc və perspektivli kadrlar genişmiqyaslı elmi və praktik işlərə cəlb edilmişdir.
Azərbaycan Tibb Universitetində Ə. T. Əmiraslanovun rəhbərliyi altında bir sıra islahatlar aparılıb, yeni innovativ layihələr hazırlanıb və həyata keçirilib. Yeni klinikalar tikilib istifadəyə verilib. Hazırda ATU-da Stomatoloji (2002), Onkoloji (2007), Tədris-Terapevtik (2010)[25] və Tədris-Cərrahiyyə (2013)[26] klinikaları fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılan vəsait hesabına inşa edilərək istifadəyə verilən bu klinikalar regionda ən müasir tədris müəssisələrinə çevrilib.
Akademik Ə. T. Əmiraslanovun fədakar işi və beynəlxalq əlaqələr prosesində həyata keçirdiyi aktiv fəaliyyət nəticəsində 1996-cı ildə MDB ölkələrinin bir sıra ali məktəbləri (Rusiya və Ukrayna istisna olmaqla) sırasında yalnız Azərbaycan Tibb Universiteti Londonda çapdan çıxan Amerika və Avropa Təhsil Birliyinin Beynəlxalq reyestrinə daxil edilib. ATU 1998-ci ildə Qara Dəniz Hövzəsiətrafı ölkələrin Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyasının tam hüquqlu üzvü seçilib. Bütün bunlar Azərbaycan tibb təhsilinin beynəlxalq aləmdə geniş nüfuz qazanmasına və diplomların qarşılıqlı tanınmasına əhəmiyyətli dərəcədə zəmin yaradan mühüm amilə çevrilib.
Kafedraların bazaları genişləndirilməklə tədris otaqları və laboratoriyalar müasir avadanlıqlarla təchiz edilib. Hazırda bütün fakültələrdə dərslər tədrisin Bolonya sahəsinin kredit sistemi ilə aparılır. ATU-da təşkil edilmiş metodika və innovasiya şöbəsi bu sahədə geniş fəaliyyət göstərir. ATU-da fəaliyyət göstərən Elmi-Tədqiqat Mərkəzində və kafedraların nəzdindəki problem elmi-tədqiqat laboratoriyalarında aparılan elmi-tədqiqat işlərinin keyfiyyətinin yaxşılaşdırılması, onların elmi nəticələrinin səhiyyə praktikasına tətbiqi uğurla həyata keçirilir.
Beynəlxalq fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Akademik Ə. T. Əmiraslanov dəfələrlə ABŞ, Fransa, Yaponiya, İtaliya, İsveç, Türkiyə, Kanada, Yunanıstan, Almaniya, Macarıstan, Avstriya, Çexiya, İran, Sinqapur, Rusiya Federasiyası, Pakistan, Polşa, İsrail və başqa xarici ölkələrdə keçirilən qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxış etmiş, əldə etdiyi elmi yenilikləri müvəffəqiyyətlə nümayiş etdirərək səhiyyə praktikasına tətbiq etmişdir.
O, Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar Assosiasiyasının, Yunanıstan, Çexiya, Macarıstan Onkoloqlar Cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının fəxri, Amerika Klinik Onkologiya Cəmiyyətinin, RF Təbiət Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının həqiqi üzvüdür.
1999-cu ildə UNESKO xətti üzrə "Bioetika, Elmi biliklərin və texnologiyaların etikası" Azərbaycan Milli Komitəsinin sədr müavini seçilib. 1999-cu ilin may ayında Polşa Tibb Elmləri Akademiyasının Albert Şvaytzer adına mükafata və "Böyük qızıl medalı"na, 2007-ci ildə RTEA-nın akademik N. N. Bloxin adına qızıl medalına, 2009-cu ildə Rusiyanın "XXI yüzilliyin liderləri" Proqramı çərçivəsində "Millətin İntellekti" adlı beynəlxalq təltifə layiq görülüb. O, UNESKO-nun eksperti, Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TÜRKPA) sədri, Milli Məclisin deputatı, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Paramentlərarası Assambleya şurasının üzvü kimi də Beynəlxalq fəaliyyət göstərir.
Alim Türkiyə Cumhuriyyəti universitetlərinin rektorları ilə çoxsaylı layihələrin hazırlanmasında, TEMPUS çərçivəsində yeni müqavilələrin qarşılıqlı imzalanmasını həyata keçirərək, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl ali məktəbləri ilə əlaqələri daim möhkəmləndirir.
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]Sovet İttifaqı dövründə
[redaktə | mənbəni redaktə et]- 1980 — SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı
- 1985 — SSRİ Tibb Elmləri Akademiyasının akademik N. N. Petrov adına mükafatı
- 1986 — SSRİ Dövlət Mükafatı laureatı
- 1987 — SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı
Müstəqillik dövründə
[redaktə | mənbəni redaktə et]- 1991 — Azərbaycan Respublikasının əməkdar elm xadimi[4]
- 1997 — Amerika Bioqrafiya İnstitutunun "Qızıl Heykəl" mükafatı
- 1997 — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Fəxri Fərmanı"
- 1997 — Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanı"
- 1999 — Polşa Tibb Elmləri Akademiyasının A. Şvaytzer adına mükafatı və Böyük qızıl medalı
- 2000 — "Şöhrət" ordeni[3]
- 2002 — Azərbaycan Milli Elmlər Akademiyasının "Fəxri Fərmanı"
- 2003 — Polşa Tibb Elmləri Akademiyasının Albert Şvaytzer adına Böyük Qızıl medalı[27]
- 2007 — RTEA-nın Akademik N. N. Bloxin adına qızıl medalı
- 2009 — Rusiyanın "XXI yüzilliyin liderləri" Proqramı çərçivəsində "Millətin İntellekti" adlı beynəlxalq təltif
- Akademik Y. Məmmədəliyev adına mükafat laureatı[2]
- "Akademik M. A. Topçubaşov mühazirələri" mükafatı[2]
- 2017 — Dağıstan Respublikasının Əməkdar Elm Xadimi[28]
- 2017 — "Şərəf" ordeni[29]
- 2022 — * 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[30]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]2015-ci ildə AMEA Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasında seleksiya və hibridləşmə üsulu ilə yaradılan (ixtira olunan) qızılgülün yeni sortuna "Akademik Əhliman Əmiraslanov" adı verilmişdir.[31]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Kitabları
[redaktə | mənbəni redaktə et]- Amiraslanov A. T, Mistakopoulo N. F, Knyrov G. G, Mistakopoulo F. N Cachexia In Patients With Esophagus And Stomach Cancer(Diagnosis, Clinical Picture And Treatment) ISBN 975-94665-4-6, Ankara-1999, 297 səh.
- Ə. T. Əmiraslanov, A. J. Qazıyev, Ə71 Sümük şişləri. Bakı, "Təbib", "Azərbaycan Ensiklopediyası" N. P. B, 1997, 480 səh.
- А. Т. Амирасланов, Н. Ф. Мистакопуло, Г. Г. Кныров, Ф. Н. Мистакопуло. "Кахексия у больных раком пищевода и желудка(диагностика, клиника, лечение)" Баку, "Тебиб", 1998, 390 səh.
- Ə. T. Əmiraslanov, N. V. Qasımov. Qığırdaq şişləri-Bakı, "Təbib", 2001, 200 səh.
- Ə. T. Əmiraslanov, A. Y. Qazıyev. Uşaq onkologiyası. Bakı, "Maarif" nəşriyyatı, 2003, 648 səh.
- Ə. Əmiraslanov, R. Bayramov. Abdominal onkologiya. Bakı, "Təhsil" nəşriyyatı, 2004, 320 səh.
- Əhliman Əmiraslanov, Abuzər Qazıyev, Ə69 Onkologiya (Tibb Universiteti tələbələri üçün dərslik). Bakı, "Təhsil", 2010, 912 səh.
- А. Т. Амирасланов, М. Дж. Алиев, А. А. Амирасланов. Эндопротезирование крупных костей и суставов у онкологических больных. Баку, "Şərq-Qərb", 2011, 188 стр.
Əsas elmi əsərləri
[redaktə | mənbəni redaktə et]- А.Т.Амирасланов, В.Н.Герасименко. О реабилитации больных после ампутации нижних конечностей по поводу злокачественных опухолей- Журн.«Опухоли опорно-двигательного аппарата», Москва, 1975г., вып.5, 4с.
- А.Т.Амирасланов, А.А.Петренко, В.Н.Герасименко и др. Методы измерения параметров макрогемоциркуляции и проницаемости тканевых барьеров с помощью бета-гамма радиоактивных препаратов – In: Second national conference on biomedical physics and ingineering with international participation. Sofia., 1 c.1976г..
- А.Т.Амирасланов. Реабилитация больных после ампутации нижних конечностей по поводу злокачественных опухолей – Автореф. дисс… канд.мед.наук. Москва, 1977г., 20 с.
- А.Т.Амирасланов. Восстановительное лечение больных после экзартикуляции бедра по поводу злокачественных опухолей. – Журн. «Опухоли опорно-двигательного аппарата», Москва, 1979г., вып. 7, 5 с.
- А.Т.Амирасланов. Некоторые вопросы реабилитации больных перенесших операции по поводу злокачественных опухолей опорно-двигательного аппарата - «Вопросы онкологии», Москва, 1980г., № 12, 7 с.
- А.Т.Амирасланов, Б.Я.Наркевич, В.Н.Герасименко и др. Устройство для радиоизотопного исследования микрогемоциркуляции в коже - авторское свидетельство № 788468, Москва, 1980г.
- А.Т.Амирасланов, Н.Н.Трапезников, Л.А.Ереминой и др. Опыт применения и перспективы комбинированных методов лечения остеогенной саркомы - Журн. «Вестник АМН СССР», Москва 1981г., №7,5 с.
- А.Т.Амирасланов, Н.Н.Трапезников, В.Н.Герасименко и др. Психические нарушения и пути их коррекции у больных перенесших ампутацию нижних конечностей по поводу злокачественных опухолей - Методические рекомендации. Москва, 1982г., 18 с.
- А.Т.Амирасланов, Н.Н.Трапезников, Ю.Н.Соловьев и др. Саркомы костей. - Ташкент, 1983г., «Медицина», 302 с.
- А.Т.Амирасланов, Н.Н.Трапезников, Л.А.Ереминой. Комплексный метод лечения больных остеогенной саркомы. - Методические рекомендации. Москва, 1983г.
- A.T.Amiraslanov, N.N.Trapeznikov, L.A.Ereminoy. Complex treatment of osteosarcoma patients – In: 2nd International Workshop on the design and application of tumor prosthesis for bone and joint reconstruction. Vienna, 1983.
- А.Т.Амирасланов. Комплексные методы лечения больных остеогенной саркомой. - Автореф. дисс… д-ра мед. наук. Москва, 1984г., 25 с.
- А.Т.Амирасланов, Н.Н.Трапезников, Л.А.Ереминой и др. Опухоли костей. - Москва, Медицина, 1986г., 283 с.
- A.T.Amiraslanov, N.N.Trapeznikov, L.A.Ereminoy и др. Management of ostoegenic sarcoma patients/ - "Seminar in Surgical Oncology", v.2, 1986, № 1, 17 p.
- А.Т.Амирасланов. Остеогенная саркома (лечение). - Монография. - Баку, «Элм», 1987. 172 с.
- A.T.Amiraslanov, N.N.Trapeznikov, L.A.Ereminoy и др. Limb saving surgery combined with chemotherapy and radiotherapy in the treatment of osteogenic sarcoma. - In: "Limb salvage in smusculoskeletal oncology" , New York, 1987, 5 p.
- A.T.Amiraslanov. The experience of the salvage operations in patients with tumors of the shoulder girdle. - In: "Proceedings of th International Symposium of Leimb salvage", Saint-Malo, France, 1987.
- A.T.Amiraslanov. Results of Combination Treatment of Osteogenic Sarcoma patients. - In: New Developments for limb salvage in musculoskeletal tumors. Ed.By T.Yamamuro, Springer-Verlag, Tokyo, 1989., 8 p.
- А.Т.Амирасланов, Н.Е.Кушлински, Л.В.Бассалык и др. Гиперандрогения и возможные пути ее коррекции у больных с первичной остеогенной саркомой кости. - Мат. Всесоюзной конференции «Метаболические нарушения и их коррекция в онкологии». Москва, 1991г., 3 с.
- А.Т.Амирасланов, Н.Е.Кушлински, Л.В.Бассалык и др. Половые стероидные гормоны и остеогенная саркома.- Сообщение 1. Гиперандрогения в патогенезе остеогенной саркомы - Журн. «Вестник ВОНЦ АМН СССР», Москва, 1991г., № 2, 6 с.
- А.Т.Амирасланов, В.А.Соколов, С.Д.Щербаков. Ротационная пластика – как один из хирургических методов лечения остеогенной саркомы дистального отдела бедренной кости.- Там же, 5 с., 1991г.
- A.T.Amiraslanov. Complications after knee joint endoprothetics and the ways of their prevention and treatment. - "6th International Symposium on lymb salvage", September 8-11, 2p. Montreal-Quebec, Canada, 1991.
- A.T.Amiraslanov. II B Osteosarcoma Clinical Orthopedics and Related Research USA, Philadelphia, PA 19105, 1991, 2 p.
- A.T.Amiraslanov. Bone Tumor Management. - London; Butterworths 1187.
- А.Т.Амирасланов, Н. Н.Трапезников, М.Д.Алиев. Эндопротез коленного сустава - Положительное решение на поданную заявку на изобретение № 500843 27/07/92, 1991.
- А.Т.Амирасланов, Н. Н.Трапезников, М.Д.Алиев. Эндопротез коленного сустава - Положительное решение на поданную заявку на изобретение № 500844 27/07/92, 1992.
- А.Т.Амирасланов, В.А.Соколов, С.В.Стефанков, М.Д.Алиев. Ротационная пластика как один из видов реконструктивных операций при остеогенной саркоме дистального отдела бедренной костию - Журн. «Проблемы онкологии и мед. радиологии», Баку, 1992.
- А.Т.Амирасланов, Н. Н.Трапезников. Паростальная саркома. - Азернешр, Баку, 1993г., 104 с.
- А.Т.Амирасланов, Н. Е.Кушлински, А.Ю.Казиев. Рецепторы половых стероидных гормонов в опухолях костей. - Баку, Эргюн, 1995, 96 с.
- Ə.T.Əmiraslanov. Bədxassəli sümük şişlərinin proqnozu. - Monoqrafiya. - Ankara, 1995, 153 c.
- Ə.T.Əmiraslanov, Ə.M.Məmmədov, N.V.Qasımov, M.C.Yusifov, Y.A.Nuriyev, A.Y.Qazıyev, N.Ə.Şıxəmmədov, N.M.Əmirəliyev, C.B.Camalov. Onkologiya. - Dərslik. - Bakı, "Təbib", 1995, 460 c.
- Ə.T.Əmiraslanov, A.Y.Qazıyev. Osteogen sarkomada müalicə metodlarının proqnostik əhəmiyyəti. - "Azərbaycan onkologiya və həmmərz elmlər jurnalı". – Bakı, 1995, № 1–1, s. 26-28.
- A.T.Amiraslanov, M.D.Aliyev, S.D.Sherbakov, E.E.İbragimov. Perspective of rotation plastic operation in treatment of osteogen sarcoma in children. - 8 th Interational Symposium on limb salvage, Florence, may 10 th-12 th, 1 p., 1996.
- А.Т.Амирасланов, А.Ю.Казиев, Н. Е.Кушлински. Сравнительное исследование рецепторов половых стероидных гормонов в хондро- и остеогенной саркомах костей. - «Азмеджурнал» - Баку, 1996, № 2, с.12–16.
- А.Т.Амирасланов, Н. В.Касумов, Д.Б.Джамалов, Ш.Д.Ганифаев. Неоадьювантная химиотерапия при раке молочной железы. - Материалы I съезда онкологов стран СНГ, Москва. Часть II, 1996, 1 с.
- Ə.T.Əmiraslanov, A.Y.Qazıyev. Sümük şişləri. - Bakı, "Təbib", "Azərbaycan Ensiklopediyası", Nəşriyyat-Poliqrafiya Birliyi, 1997, 480 s.
- А.Т.Амирасланов, Н.Н.Трапезников, М.Д.Алиев, А.В.Черных. Эндопротез коленного сустава и устройство для фиксации в большеберцовой и бедренной костях. - Патент № 2080840 на изобретение от 10 июня 1997.
- Ə.T.Əmiraslanov. Dayaq-hərəkət aparatının bədxassəli şışlərinin müasir müalicə üsullarının işlənib hazırlanması və təcrübəyə tətbiqi – Akt nitqi. - Bakı, "Təbib", 1997.
- А.Т.Амирасланов, Н.Ф.Мистакопоуло, Г.Г.Кныров, Ф.Н.Мистакопоуло. Кахекция у больных раком пищевода и желудка. - Баку, «Табиб», 291 с.
- Ə.T.Əmiraslanov, A.Y.Qazıyev. Sümük şişləri. Ankara, "Demirhan", 1999, 480 s., ISBN 9759-466-55-4-
- A.T.Amiraslanov, N.F.Mistakopoulo, G.G.Knirov, F.N.Mistakopoulo. Cachexia in Patients with Esophagus and Stomach cancer (diaqnosis? Clinical picture and treatment), - Ankara, 1999, 297 p.
- А.Т.Амирасланов, А.Ю.Казиев, Н. В.Касумов, Э.Э.Ибрагимов. Новые подходы к лечению саркомы костей. - «Аз.мед.журнал», Баку, 2000, № 2, стр.3-7.
- Ə.T.Əmiraslanov. Osteojenik sarkomlu hastaların müasir tedavi yöntemleri. – Ulusal Kanser Kongresi, - İstanbul, 30 Nisan-04 Mayıs "Bildiri özetleri", 2001, sah.47.
- Ə.T.Əmiraslanov, A.Y.Qaziyev, F.F.Sevdimalıyev. Azərbaycanda prostat vəzi xərçənginin epidemioloji xüsusiyyətləri. - Bakı, "Azərbaycan Tibb Jurnalı", 2001, №2, s.22–24.
- Ə.T.Əmiraslanov, N.V.Qasımov. Qığırdaq şişləri. [Monoqrafiya] – Bakı: Təbib, 2001.- 200 səh.
- Ə.T.Əmiraslanov, A.Y.Qazıyev. Uşaq onkologiyası. Dərslik – Bakı, 2002, 648s.
- А.Т.Амирасланов, Н.В.Касумов, Э.Э.Ибрагимов. Роль неоадьювантной химиотерапии в комплексном лечении сарком мягких тканей. - "International journal on Immunorehabilitation", Т.4. № 1. 21-24 апреля 2002, г.Канны, Франция, 2002.
- Ə.T.Əmiraslanov, A.Y.Qazıyev. Uşaq onkologiyası. Ali məktəb tələbələri üçün dərslik. Bakı, 2003, 648 s.
- Ə.T.Əmiraslanov, R.B.Bayramov. Abdominal onkologiya. Bakı, "Təhsil", 2004, 320 səh.
- А.Т.Амирасланов, Э.Э.Ибрагимов, Н.В.Касумов. Органосохраненные операции при костных саркома. III съезд онкологов и радиологов СНГ. Материалы съезда 25-28 мая 2004г. Минск, стр.97-98.
- Ə.T.Əmiraslanov, N.V.Qasımov, A.Ə.Əmiraslanov, E.E.İbrahimov, Ş.D.Tağıyev. Sümük şişlərinin və şişəbənzər törəmələrinin postrezeksion defektlərin bərpasında optopedik sementin rolu. "Sağlamlıq" jurnalı, 2005, 8, səh.40-45.
- A.T.Amiraslanov, A.A.Amiraslanov, E.E.Ibragimov, N.V.Kasumov. Optimization of treatment of patients with osteogenous sarcomas. 18th Annual Meeting and 6th Simposium of EMSOS Nurse Group, May 25–27, 2005, Stazione Hocrittima, Trieste, Italy, p.122.
- Ə.T.Əmiraslanov, E.E.İbrahimov, N.V.Qasımov, Ş.D.Tağıyev. Çiyin qurşağı sümüklərinin şişlərinə görə aparılan Tixov-Lemberq əməliyyatı. Prof. Tamerlan Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş elmi konfransın materialları. Bakı, 2006. s.64.
- А.Т.Амирасланов, И.У.Джафарова, А.Ю. Казиев, А.А.Амирасланов. Клинико-диагностические особенности злокачественных фиброзной гистиоцитомы мягких тканей. "Sağlamlıq", 2007, № 5, с.45–55.
- Ə.T.Əmiraslanov, E.E.İbrahimov, Ş.D.Tağıyev. Birincili sümük şişləri zamanı orqansaxlayıcı əməliyyatlar. Azərbaycan Onkologiya və Hematologiya jurnalı, 2009, №2, s.80-82.
- А.Т.Амирасланов, Мурадов Х.К. А.Г.Велиева. Влияние эндокринно-клеточного компонента на течение и прогноз гормонопродуцирующего рака молочной железы. «Российский Биотерапевтический Журнал», Москва, 2010, том 9, № 4, стр. 51-54.
- Ə.T.Əmiraslanov, A.M.Məmmədov, A.Y.Qazıyev. İtirilmiş funksiyaların bərpası və sinir mərkəzlərinin plastikliyində funksional sistemin akseptor aparatının idarəedici rolu. Azərbaycan Milli Elmlər Akademiyasının məruzələri, 2010, cild LX VI №6, səh.89-96.
- А.Т.Амирасланов, Ш.Д.Тагиев, Э.Э.Ибрагимов. Органосберегательное лечение первичных злокачественных опухолей костей. VI съезд онкологов и радиологов стран СНГ. Душанбе, Таджикистан, 1–4 октября, 2010, с.213.
- Ə.T.Əmiraslanov, A.Y.Qazıyev. Onkologiya. Tibb Universiteti tələbləri üçün dərslik. Bakı, "Təhsil" nəşriyyatı, 2010. 912 səh.
- Amiraslanov A.T., Amiraslanov A.A., Ibragimov E.E., Tagiyev Sh.D. Orqan-preserving treatment and outcome of primary bone tumors. The 23th Annual Meeting of the EMSOS, May 18-20, 2011, Ghent, Belgium
- А.Т.Амирасланов, Алиева К.А. Злокачественная фиброзная гистиоцитома мягких тканей: частота метастазирования и рецидивирования. Научно-практический журнал «Практическая медицина». 2011, т.XVII, №2, с.84-89.
- А.Т.Амирасланов, Г.А.Ахмедова. Значение VEGF и BDNF в диагностике и диффференциальной диагностике злокачественных. Фармация Казахстана, 2011, июнь, с.35-37, т.121 № 6.
- Амирасланов А.Т., Мурадов Г.К., Мехтиева Г.К., Алиева К.А. Функциональная морфология при доброкачественной фиброзной гистиоцитоме мягких тканей. Azərbaycan Tibb Jurnalı. Bakı, 2012, №1, s.102-105.
- Ə.T.Əmiraslanov, B.Ə.Baxışov, Ə.S.Əsədov. Qaraciyər şişlərinin şüa diaqnostikası. Azərbaycan Tibb Jurnalı, 2013, Bakı, №3, səh.25-28
- А.Т.Амирасланов, С.Р.Наджафов – Значение компьютерной томографии в диагностике доброкачественных опухолей и опухоле подобных образований «Хирургия» Журнал им.Н.И.Пирогова, 2012 г.Москва №5, стр.60-62
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Mübariz Allahverdiyev, 2002. səh. 142-145
- ↑ 1 2 3 4 5 6 7 8 9 "Əmiraslanov Əhliman Tapdıq oğlu". AMEA-nın rəsmi saytı (az.). science.ab.az. 2013. 2015-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-16.
- ↑ 1 2 "Azərbaycan Tibb Universiteti müəllimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2000-ci il tarixli, 351 saylı Fərmanı". e-qanun.az (az.). mail.e-qanun.az. 17 iyun 2000. 2015-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ 1 2 "Ə.T.Əmiraslanov yoldaşa "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 avqust 1991-ci il tarixli, 319 nömrəli Fərmanı". e-qanun.az (az.). e-qanun.az. 22 avqust 1991. 2015-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ 1 2 "AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN ONKOLOGİYA KAFEDRASI". ATU-nun rəsmi saytı (az.). amuoncoclinic.com. 2014. 2018-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-11.
- ↑ 1 2 "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2014-cü il tarixli Sərəncamı". president.az (az.). president.az. 18 iyul 2014. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-11.
- ↑ 1 2 "Əmiraslanov Əhliman Tapdıq oğlu" (az.). meclis.gov.az. 2010. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ AKADEMİK ƏHLİMAN TAPDIQ OĞLU ƏMİRASLANOV HAQQINDA BİOQRAFİK MƏLUMAT
- ↑ 1 2 Qədir Aslan. "Dünya şöhrətli alim". "Ulu Göyçə" qəzeti (az.). Bakı. 18 may, 1993. (#accessdate_missing_url)
- ↑ 1 2 3 "Azərbaycan Tibb Universiteti / Rəhbərlik / Rektor". ATU-nun rəsmi saytı (az.). amu.edu.az. 2014. 2014-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ 1 2 3 "Əmiraslanov Əhliman – Azərbaycan Milli Məclisinin deputatı" (az.). report.az. 2015. 2019-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ "ONKOLOJİ KLİNİKA HAQQINDA". ATU-nun rəsmi saytı (az.). amuoncoclinic.com. 2014. 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-11.
- ↑ "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi" (az.). sdf.gov.az. 2013. 2015-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-16.
- ↑ "Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2013-cü il tarixli Fərmanı". president.az (az.). president.az. 10 dekabr 2013. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-11.
- ↑ ""Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı". president.az (az.). president.az. 20 aprel 2011. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-11.
- ↑ ""Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyətinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2013-cü il tarixli Sərəncamı". president.az (az.). president.az. 10 dekabr 2013. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-11.
- ↑ "DÖRDÜNCÜ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN I SESSİYASI İCLASININ PROTOKOLU № 2" (az.). meclis.gov.az. 29 noyabr 2010-cu il. 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ "TÜRKPA-nın KOMİSSİYA İCLASLARINDA". Milli Məclisin Mətbuat xidməti (az.). parliament.gov.az. 11/04/2014. 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
- ↑ Əli Vəkil. "SSRİ Dövlət Mükafatına təqdim olunmuşdur". "Sovet Ermənistanı" (az.). İrəvan. 27 may, 1986. (#accessdate_missing_url)
- ↑ "SSRİ Dövlət Mükafatı laureatı. Cərrah-onkoloq". Kommunist qəzeti (az.). Bakı. 15 noyabr, 1986. (#accessdate_missing_url)
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyası Xəbərləri. Elm və İnnovasiya seriyası". Elmi İnnovasiyalar Mərkəzinin rəsmi saytı (az.). innovasiya.az. 2015. 2015-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-16.
- ↑ Mübariz Allahverdiyev, 2002. səh. 22
- ↑ 1 2 3 Nəsimi Qasımov, Abuzər Qazıyev. "ATU-80. Azərbaycan Tibb Universitetində onkologiyanın inkişaf tarixi və onkoloji klinikanın təşkili". Xalq qəzeti (az.). xalqqazeti.com. 22.09.2010. 2015-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ "İlham Əliyev Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak etmişdir". president.az (az.). president.az. 01 oktyabr 2010. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-11.
- ↑ "İlham Əliyev Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışında iştirak etmişdir". president.az (az.). president.az. 12 sentyabr 2013. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-11.
- ↑ "AKADEMİK ƏHLİMAN ƏMİRASLANOV POLŞA TİBB ELMLƏRİ AKADEMİYASININ BÖYÜK QIZIL MEDALINA LAYİQ GÖRÜLMÜŞDÜR". AzərTAc (az.). azertag.az. 19.08.2003. 2015-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ "Akademik Əhliman Əmiraslanov Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülüb". 2017-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.
- ↑ "Ə.T.Əmiraslanovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2017-ci il tarixli Sərəncamı". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
- ↑ "Ə.T.Əmiraslanovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
- ↑ "Akademik Cəlal Əliyevin adına gül sortu ixtira edilib". Meydan TV (az.). meydan.tv. 12 yanvar 2015. İstifadə tarixi: 2015-02-13.[ölü keçid]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- "О присуждении Государственных премий СССР в области науки и техники". — "Правда". — 1986.
- Vaqif Şadlinski. Şərəflə yaşanan ömür. Bakı: "Xalq qəzeti", 28 oktyabr 1997.
- Eldar İsmayıl. Oğuz yurdun övladları. I kitab. Bakı: "Təbib", 1999. səh. 81–83. ISBN 5-8035-0191-3
- Mirvarid Dilbazi. "Xilaskar" (şeir). Bakı: "Ekspress" qəzeti, 27–29 mart, 1999. səh.24.
- Əli Vəkil. "Şəfalı əllər" (şeir). Bakı: "Ekspress" qəzeti, 27–29 mart, 1999. səh.24.
- Eldar Həsənli. "Sən günəşin zərrəsiydin". 1999.
- Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 06. 30. iyun 2000. sıra 430.
- Ziyəddin Məhərrəmov. "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, "Çaşıoğlu", 2001. səh.30–32.
- Arif Məmmədli. "Böyük alimə kiçik təşəkkür məktubu". Bakı: "525-ci qəzet", 24 oktyabr, 2001.
- Saşa Əliyev. "Əhliman həkim". "Dünyamızdan nigaranam", Bakı: 2002. səh.77.
- Mübariz Allahverdiyev. Əhliman Tapdıq oğlu Əmiraslanov. Biblioqrafiya (üç dildə). Bakı: Elm. 2002. 180.
- Salman Vilayətoğlu, "Oğuz elinin müqəddəs ocağı Göyçə", Bakı, "TS", 2006. səh. 448.
- Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. "Başı dumanlı Göyçə", Bakı, "EL", 2007. səh.36–41. ISBN 978-9952-438-09-3
- Şərəfli ömür yolu. Ədalət. — 2010. — 3 noyabr. — Səh. 4.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Mübariz Allahverdiyev. "Görkəmli alim və ictimai xadim: Əhliman Əmiraslanov-65". 525-ci qəzet (az.). 525.az. 17 noyabr 2012. səh. 10-11. İstifadə tarixi: 2015-02-11.
- "Əhliman Əmiraslanov" (az.). azeribalasi.com. 2015. İstifadə tarixi: 2015-02-11.[ölü keçid]
- "Əhliman Əmiraslanovun doğum günüdür". "Demokratik Azərbaycan" qəzeti (az.). demokratik.az. 17-11-2014. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-16.
- "AKADEMIK ƏHLİMAN ƏMİRASLANOV" (az.). goyche.info. 4 fevral 2009. 2011-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.