Ağgöl Dövlət Təbiət Qoruğu — Vikipediya

Ağgöl Dövlət Təbiət Qoruğu
Yaradılma tarixi 1978, 2 mart
İdarəetmə orqanı AETSN
Göl Ağgöl
Meşə Tuqay
Faunası canavar, qunduz, tülkü, porsuq, dovşan, qaşqaldaq, sultan toyuğu, turac, bəzgək, qızılqaz, qırmızıdöş qazlar
Yerləşməsi
40°00′ şm. e. 47°39′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağcabədi
Yerləşməsi Kür-Araz Ovalığının Mil Düzənliyi
Yaxın şəhər AğcabədiBeyləqan
Ağgöl Milli Parkı
Ağgöl Dövlət Təbiət Qoruğu xəritədə
Ağgöl Dövlət Təbiət Qoruğu
Ağgöl Dövlət Təbiət Qoruğu
Ağgöl Dövlət Təbiət Qoruğu xəritədə
Ağgöl Dövlət Təbiət Qoruğu
Ağgöl Dövlət Təbiət Qoruğu

Ağgöl Dövlət Təbiət Qoruğu -1978-ci ilin 2 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağgöl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 1298 saylı sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər artırılmış və Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik-çöl və yarımsəhra landşaftlarından ibarət olmuşdur.

Qoruğun ümumi sahəsinin 2,1 ha-nı (40,6 %) təmiz su sahəsi, 2,26 min ha-nı (43,6 %) qamış cəngəllikləri, 20 ha-nı (0, 38 %) adalar təşkil edir.

Buranın yayı quraq keçən yarımsəhra və quq çöllərin mülayim – isti iqlim tipi hakimdir. Burada günəş radiaiyasının illik miqdarı 131, radiasiya balansı isə 45 kkal/kv.sm –dir. Havanın orta illik temperaturu 14 dərəcəyə çatır. Yağıntının illik miqdarı 330 mm-dən artıq deyildir. Buradakı iqlim şəraiti ərazidəki quşlarınməməli heyvanların xeyli miqdarda məskunlaşması üçün optimal şərait yaratmşdır.

Ümumi sahənin çoxunu Ağgöl təşkil edir. Ağgöl öz sahəsinə görə respublikanın ən böyük göllərindən biridir. Maksimum dərinliyi 1,5 – 2 m, orta dərinliyi isə 0,8 m-dir. Yayın sonuna qədər gölün suyu xeyli zalır və dərinliyi 20–25 sm-ə çatır.

Bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Ərazidə yarımsəhra, şorlaşmış torpaqgöl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə 30-a qədər bitki növünə rast gəlinir.

Ağgöl Dövlət Təbiət Qoruğunun ərazisində əsasən çimli-bataqlıq, boz-çəmən torpaqlar yayılmışdır. Göldən uzaqlaşdıqca torpaqların tip və yarımtiplərinin, onların fiziki xüsusiyyətlərinin dəyişilməsi aydın nəzərə çarpır. Yovşanlı, şoranotlu, efemerli bitkilər inkişaf edir. Onar ərazidə müəyyən heyvanquşların məskunlaşmasında müsbət rol oynayır.

Heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]

Heyvanlar aləmi qızılqaz, boz, qaşqa, qırmızıdöş qazlar və s. ilə yanaşı enli burun, qırmızıdimdik, qızılbaş və digər ilə zəngindir. Həmçinin burada qaşqaldaq, sultan toyuğu, turac, bəzgək, çobanaldadan quşları da yaşayır. Ağgöl Dövlət Təbiət Qoruğunda yayılmış məməli heyvanlarda canavar, qunduz, tülkü, porsuq, dovşan və s. olur. Eləcə də çəki, naxa, sıf və digər balıq növləri də vardır.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. İbrahimov Tahir. Azərbaycanın qoruqları. Bakı 2015.