Abbasqulu xan Qaradağlı — Vikipediya
Abbasqulu xan Qaradağlı | |
---|---|
1797 – 1813 | |
Əvvəlki | İsmayıl xan Qaradağlı |
Sonrakı | Məhəmmədqulu xan Qaradağlı |
Şəxsi məlumatlar | |
Doğum yeri | Əhər, Qaradağ vilayəti |
Vəfat tarixi | |
Vəfat yeri | Əhər, Qaradağ vilayəti |
Atası | Mustafaqulu xan Qaradağlı |
Dini | Şiə İslam |
Abbasqulu xan (?-1813) – Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ xanı (1797–1813). Mustafaqulu xan Qaradağlının oğlu.
Həyatı
[redaktə | mənbəni redaktə et]Abbasqulu xan Əhər şəhərində doğulub. Mükəmməl saray təhsili almışdı. Qardaşı İsmayıl xandan sonra Qaradağa xanlıq etmişdi. Abbasqulu xan müstəqillik arzusunda idi. O, hətta bu məqsədlə Sisiyanovla yazışırdı. Abbas mirzə Naibəssəltənə Abbasqulu xanı 1804-cü ildə vəzifəsindən azad edib Hacı Məhəmməd xan Qaragözlü-Bəydilini Qaradağa hakim təyin etmişdi.
Sisiyanov 29 oktyabr 1805-ci ildə knyaz Çartarıyskiyə yazırdı: "Arazın sol sahili və Kürün kənarı bizim hakimiyyəti qəbul edəcəklərmi, sağ sahildəki Azərbaycan əhli onun (Fətəli şahın-Ə. Ç.) tiranlığından çıxıb bizim himayəmizə sığınmaq istəyəcəklərmi? Onun şübhələrinin qurbanı keçən qışda Abbasqulu xan Qaradağlı oldu, onu Baba xan (Fətəli şah-Ə. Ç.) Pirqulu xanla dəyişdi". Əslində Pirqulu xan Şambayatı-Qacar İran ordusunun komandanı idi. Qaradağda, Əhərdə yaşadığından bu vilayətə nəzarət edirdi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
- Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
- Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.
- AKAK, III cild, səh. 851.