Nəcəfqulu xan Dünbili — Vikipediya
Nəcəfqulu xan Dünbili | |
---|---|
fars. نجفقلی خان دنبلی | |
1747/1769 – 1785 | |
Əvvəlki | Fətəli xan Əfşar |
Sonrakı | Xudadad xan Dünbili |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xoy, Təbriz bəylərbəyliyi, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Dəfn yeri | Kərbəla |
Atası | Şahbaz bəy |
Uşaqları | Fəzləli bəy, Xudadad xan, İbrahim xan, Cahangir xan, Məhəmməd xan, Əli xan və Əbdürrəzzaq bəy |
Ailəsi | Əfşarlar sülaləsi |
Dini | İslam, şiə |
Nəcəfqulu хаn Şahbaz bəy oğlu Dünbili (Xoy – 1784, Təbriz) — Təbriz hakimi.
Həyatı
[redaktə | vikimətni redaktə et]Nəcəfqulu хаn Şahbaz bəy oğlu Xoy vilayətinin Qotur mahalında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xoy xanlığının sərkərdəsi idi.
Fətəli xan Avşar 1757-ci ildə Azərbaycana qayıtdıqdan sonra ölkənin vəziyyətini nizama salmaq üçün bir sıra tədbirlər həyata keçirdi. O, xəyanət edib onu tərk edən Azad xan Əfqanın yerinə Nəcəfqulu xan Dünbilini öz qoşununa sərdar təyin etdi[1]. Bundan əlavə,Təbrizin idarə edilməsi işini yenə də ona tapşırdı.
Nəcəfqulu xan Dünbüli 1784-cü ildə vəfat edib.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Nəcəfqulu xanın Fəzləli bəy, Xudadad xan, İbrahim xan, Cahangir xan, Məhəmməd xan, Əli xan və Əbdürrəzzaq bəy adlı oğlanları vardı.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Ənvər Çingizoğlu, Təbriz xanlığı, Bakı: Mütərcim, 2015.
- Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları,Bakı: Mütərcim, 2015, 288 səh. ISBN 978-9952-28-223-8
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Əbdürrəzzaq Dünbili, Təcrübət-ül əhrar və təsliyyət-ül-əbrar, səh. 31