Vedi rayonu — Vikipediya
Rayon | |
Vedi rayonu | |
---|---|
İnzibati mərkəz | Vedi |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 09.09.1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi | 64 657[1] (1989) nəfər |
Vedi rayonu, Ararat rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Vedibasar mahalı rayonu ərazisində rayon. Mərkəzi Böyük Vedi şəhəridir.
Tarixi
[redaktə | vikimətni redaktə et]1930-cu il sentyabrın 9-da yaradılıb. 1968-ci il mayın 5-nə qədər Vedi rayonu, həmin tarixdən isə Ararat rayonu adlandırılıb. Ərazisi 1399 kv. km-dir. Rayon mərkəzi Böyük Vedidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 49 km-dir.
Vedi rayonu Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. Bu düzənliyin uzunluğu 90 km, dəniz səviyyəsindən hündürlüyü 850–1000 metrdir. Araz çayı da bu düzənlikdən axır. Düzənlik Cənub tərəfdən Ağrı dağ vulkan massivi ilə əhatələnib. Rayon ərazisindən Vedi çayı axır və Şidli kəndində Araza tökülür.
Şidli toponimi Şəddadilərlə əlaqələndirilir. Tarixi məlumatlara görə Vedi mahalı ərazisində 75 kənd olub və onların əksəriyyəti də rayonun dağlıq hissəsində yerləşib. Etnik baxımdan isə bu yerlərin əhalisi yalnız azərbaycan türklərindən ibarət olub. XIX əsrdə mahal ərazisində cəmi 15 nəfər (iki ailədə) erməni yaşayırdı. Lakin ərazilər ruslar tərəfindən işğal edildikdən sonra rayonda ermənilərin yaşadığı Reyhanlı və azərbaycanlılar və ermənilərin qarışıq yaşadığı Dəvəli kimi kəndlər yaradıldı.
XX əsrin əvvəllərində rayon Andronikin daşnak dəstələrinin hücumuna məruz qaldı. Lakin xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə yaradılmış özünümüdafiə dəstələri xalqı qırğınlardan qorumuşdur. Mühüm strateji ərazidə yerləşən Vedi rayonu dəfələrlə ermənilərin məkrli siyasətinə məruz qalmış, tez-tez ərazi inzibati dəyişiklikləri edilmişdir.
1936-cı ildə rayon iki yerə parçalanaraq ərazisində ikinci bir qondarma Qarabağlar rayonu yaradılmışdır. Bir neçə il ərzində rayon iqtisadi cəhətdən diz çökdürülüb əhalisi köçürüldükdən sonra isə 1948-ci ildə yenidən Vedi rayonuna birləşdirilmişdir. 1964-cü ildə isə Vedi rayonu özü ləğv edilərək artıq erməniləşdirilmiş Qəmərli rayonu ilə birləşdirilmişdir. Lakin bu niyyət baş tutmur və Vedi rayonu yenidən müstəqil rayon kimi təşkil edilir.
1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Arazdəyən, Xalisə, Şidli, Şirazlı, Qaralar, Yengicə, Taytan, Kiçik Vedi, Böyük Vedi, Şıxlar, Afşar, Aşağı Qarabağlar, Dəvəli, Daşlı, Armaş, Çəmbərək.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
İmirzik | … | |
Çəmbərək | Surenavan | … |
Aşağı Qarabağlar | Çimənkənd | … |
Çimənkənd | Urdzadzor | 25.01.1978 |
Dəvəli | Ararat | 03.01.1935 |
Keşişverən | Zovaşen | 03.01.1935 |
Zovaşen | Urtsalanc | 21.10.1967 |
Böyük Vedi | Vedi | 04.04.1946 |
Goravan | Yenikənd | 04.04.1946 |
Reyhanlı | Aygevan | 04.04.1946 |
Qaşqa | Vardaşat | 10.04.1947 |
Çanaxçı | Sovetaşen | 10.09.1948 |
Arazdəyən | Yerasx | 03.07.1968 |
Kiçik Vedi | Pokr Vedi | … |
Birəli | Lancar | 03.07.1968 |
Daşdı | Daşdakar | 03.07.1968 |
Qədirli | Lancanist | 03.07.1968 |
Şahablı | Şağab | 03.07.1968 |
Şıxlar | Lusarat | 26.12.1968 |
Qaralar | Aralez | 25.01.1978 |
Qaraxac | Lusaşor | 25.01.1978 |
Taytan | Vanaşen | 25.01.1978 |
Şirazlı | Vosketap | 1991-ci il |
Yengicə | Sisavan | 1991-ci il |
Xalisa | Norakert | 1991-ci il |
Şidli | Yexeqnavan | 1991-ci il |
Bağçacıq (Vedi) | kənd 1959-cu ildə ləğv edilmişdir |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
- Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- Əziz Ələkbərli, "Abbasqulu bəy Şadlinski", Bakı, "Ağrıdağ", 1996.
- Əziz Ələkbərli, "Qərbi Azərbaycan, 1-ci cild, Vedibasar mahalı", Bakı, "Ağrıdağ", 2000.
- Əziz Ələkbərli, "Qərbi Azərbaycan, 1-ci cild, Vedibasar mahalı", (2-ci nəşri), Bakı, "Ağrıdağ", 2003.
- Əziz Ələkbərli. "Qərbi Azərbaycan abidələri", Bakı, "Ağrıdağ", 2006.
- Əziz Ələkbərli. "Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı", Bakı, "Nurlan", 2008.
- Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI – начале XIX в., Ленинград, 1949
- Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969
- Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963
- Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
- Мамедов С.А., Азербайджан по источникам XV – первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
- Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
- Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954
- Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
- Kemal Beydilli, 1828–1829. Osmanlı – Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986
- Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
- Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
- Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
- Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
- "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
- Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
- Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
- Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907
- Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960
- Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
- Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
- Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993
- Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
- Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
- Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
- İndiki Ermənistan qədim türk yurdu idi [ölü keçid]
- Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı [ölü keçid]