Ayaslı — Vikipediya

Kənd
Ayaslı
40°01′50″ şm. e. 44°33′27″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Gərnibasar mahalı
Rayon Qəmərli rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 2,5 km²
Mərkəzin hündürlüyü 860 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.397 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 25
Xəritəni göstər/gizlə
Ayaslı xəritədə
Ayaslı
Ayaslı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayaslıİrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.[2]

Rayon mərkəzindən 5–6 km şimal-şərqdə, Gərni çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Böyük Ayaslı formasında[3], Qafqazın 5 verstlik xəritəsində Ayaslı kimi[4] qeyd edilmişdir.

Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Ayqestan formasında qeyd edilir [5].

Toponim ayaslı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Ayqestan qoyulmuşdur.

Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürələrək burada yerləşdirilmişdir[6].

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 129 nəfər, 1873cii ildə 55 nəfər, 1886-cı ildə 55 nəfər, 1897-ci ildə 37 nəfər azərbaycanlı yaşamışdır[7]. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların az bir qismi tarixi torpaqlarına dönmüşdür. 1926-cı ildə burada 5 nəfər azərbaycanlı yaşamışdır[8].

Onlar 1929-1930 - cu illərdə tamamilə qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.49
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.24
  5. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.46
  6. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.228
  7. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.46-47, 126-127
  8. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.47