Qaradağlı (Qəmərli) — Vikipediya

Tarixi Azərbaycan əraziləri
Qəmərli
Ümumi məlumatlar
Ölkə Qərbi Azərbaycan
Bölgə Gərnibasar mahalı
Əsası qoyulub 1831[1]
İndiki adı MRKAVAN
Sahəsi
  • 4,04 km²
Əhalisi
  • 2.084 nəf. (2011)[2]
Saat qurşağı
Xəritədə yeri
Qaradağlı xəritədə
Qaradağlı
Qaradağlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

QaradağlıQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.

İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır, ermənilər kəndə 1828-1830 - cu illərdə İrandan köçürülmüşdür[4][5].

Toponim böyük türk tayfası qızılbaşlardan olan qaradağlı tayfasının adı[6] əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkaşen, 20.X.1967-ci 11 fərmanı ilə yenə də dəyişdirilərək, Mrqavet qoyulmuşdur. (1935-ci ildən DZAXKAŞEN, 1967-ci ildən MRKAVAN) Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 10 km şimal-qərbda, Yerevan-Artaşat yolu üstündə azərbaycanlılar yaşamış kənd[7].

Kənddə 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır[8]. 1919-cu ilin axırlarında azərbaycanlılar soyqırıma məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 152 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 105 nəfər azərbaycanlı yaşamışdır[8]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953-cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır[9].

  1. https://www.cadastre.am/storage/files/pages/pg_8945895618_pg_907871769_HH_bnak._bar..pdf.
  2. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.116
  4. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852, s.547-549
  5. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.14
  6. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в ХVI начале XIX вв., Л., Издство Ленинградского Университета, 1949, s.92
  7. [1][ölü keçid]
  8. 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.48-49, 128-129
  9. "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-22.