Bəhram bəy Axundov — Vikipediya

Bəhram bəy Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 1861
Doğum yeri
Vəfat tarixi 1932
Vəfat yeri
Təhsili
Fəaliyyəti həkim

Bəhram bəy Axundov (1861, Şuşa1932, Bakı) — Fransanın Lill Akademiyasının məzunu, ADR-in Milli məclisinin üzvü, həkim.

Bəhram bəy Mirzə Cəfər bəy oğlu 1861-ci ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər real məktəbini, sonra gimnaziyanı bitirmişdi. 1893-cü ildə Fransanın Lill Akademiyasının qarışıq elmlər (fizika, kimya, biologiya) fakültəsinin aspiranturasına qəbul olunmuşdu. 1896-cı ildə aspiranturanı başa vuran B. axundov həmin akademiyanın tibb fakültəsində təhsilini davam etdirir və tibb doktoru diplomuna sahib olmuşdu. 1904-cü ildə Xarkov universitetinin tibb fakültəsində yoxlama imtahanından uğurla çıxan Bəhram bəyə "Lekar" təxəllüsü verilir.

Bəhram bəy Axundov Azərbaycan Xalq Cümhuriyyətinin Milli məclisinin üzvü idi. O inqilabdan qabaq Bakı tibb müəssisələrində həkim işləmiş, azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra respublika Sovnarkomluğunda həkim, 1920–1925-ci illərdə Qosstraxın (Dövlət Sığorta Idarəsinin) inanılmış həkimi olmuşdur. Bəhram bəy axundov 1932-ci ildə vəfat edib.

Bəhram bəy Səltənət xanımla ailə qurmuşdu. Əli bəy adlı oglu vardı.

  • Ənvər Çingizoğlu, Axundovlar, "Soy" dərgisi, 10 (18), 2008.
  • Анвap Чингизoглы. Ахундoвы. В сборнике: Гeнeaлoгия нapoдoв Kaвкaзa. Трaдиции и coврeмeннoсть. Влaдикaвкaз. 2010. ст. 271–287.