Baxış bəy Rüstəmbəyov — Vikipediya
Baxış bəy Rüstəmbəyov | |
---|---|
| |
8 yanvar 1919 – 27 aprel 1920 | |
Fraksiya | Müsavat və bitərəflər fraksiyası Bitərəflər fraksiyası |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1870 |
Doğum yeri | |
Vəfat tarixi | 1942 |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | mühəndis |
Baxış bəy Əsəd bəy oğlu Rüstəmbəyov (1870, Salyan, Cavad qəzası – 1942, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Cavad qəzasının rəisi (1918).
Həyatı
[redaktə | vikimətni redaktə et]Baxış bəy Rüstəmbəyov 1870-ci ildə Salyan şəhərində anadan olub. 1890-cı ildə Bakı realnı məktəbini bitirmiş, Moskva Texniki Məktəbinə daxil olmuşdur. Oradakı təhsilini yarımçıq qoyaraq 1893-cü ildə isə Sankt-Peterburq Texnoloji İnstitutunun mexanika şöbəsinə qəbul olmuşdu. Məzun olmağa yaxın tələbə hərəkatında iştirak etdiyi üçün institutdan qovulsa da daha sonra bəroa olunmuşdur. İnstitutu bitirəndən sonra 1906-cı ilədək Şəmsi Əsədullayevin yanında müdir müavini olmuşdur. Sonra Ağa Musa Nağıyevin yanında eyni vəzifədə işləyən Baxış bəy daha sonra balıqçılıq sahəsində, 1910–1917-ci illərdə neft mədənlərində işləmişdir.[1]
Sovet dövrü
[redaktə | vikimətni redaktə et]Aprel işğalından sonra yüngül sənaye sistemində rəhbər vəzifələrdə çalışmış, balıqçılıq institutundan və texinkumunda, xalq yüngül sənaye komissarlığı yanında ixtisasartırma institutunda müəllim olaraq dərs demişdir.[1]
1929-cu ildə həbs olunmuşdur. 1942-ci ildə azad olunmuşdur. Bakıya dönərkən yolda ölmüşdür.[1]
Siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1918-ci ildə Cavad qəzasının rəisi olmuşdur. 30 noyabr 1918-ci ildə Salyan Milli Komitəsinin iclasında alınan qərarda Komitə tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvlüyünə namizəd göstərilmişdir. Parlamentin 8 yanvar 1919-cu ildə üzvlüyü qəbul olunmuşdur. Əvvəlcə bitərəflər fraksiyasının üzvü olan Baxış bəy Parlamentin 23 oktyabr 1919 tarixli sayca səksən yeddinci iclasında açıqlanan bəyənnaməyə əsasən səsvermə hüququnu özündə saxlayaraq Müsavat və bitərəflər fraksiyasına daxil olmuşdur.
1924-cü ildə Bakı Qarşılıqlı Kredit Cəmiyyətinin Şura üzvü idi.[2]
Mənbə
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 323. ISBN 9952-417-44-4.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 AXCE, II cild,, 2005. səh. 323
- ↑ Справочник Бакинской ярмарки 1924 года и путеводитель по Баку с планом ярмарки и г. Баку, s. 61