Cücəkənd — Vikipediya
Cücəkənd | |
---|---|
41°10′46″ şm. e. 44°10′52″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.590 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Qızıl Şəfəq[2] (1935-ci ilə qədər Cücəkənd) — Ermənistanın Loru mahalında kənd.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 15 km şimal-qərbdə, İlməzli kəndinin yaxınlığında birbirinə bitişik üç təpə üzərində, az bir hissəsi düzənlikdə yerləşir. Monqol istilası zamam bu kəndin adı Cüycikənd olmuş və sonradan toponim fonetik hadisəyə uğrayaraq "y" səsi düşmüş, Cüycikənd i~ə səsəvəzlənməsi nəticəsində Cücəkənd formasında qalmışdır.
Toponim monqol sərkərdəsi Cuci xanın[4] adı əsasında formalaşan cuci ulusunun adından[5][6] yaranmışdır. Yəni toponim cuci nəsil adı ilə "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Qızıl Şəfəq qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 210 nəfər, 1914-cü ildə 468 nəfər, 1916-cı ildə 399 nəfər azərbaycanlı yaşamışdır[7]. 1918-ci ildə azərbaycanlılar deportasiyaya məruz qalmışdır. Indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz ocaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 474 nəfər, 1926-cı ildə 498 nəfər, 1931-ci ildə 623 nəfər[7], 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən qırğınlarla qovulmuşlar. İndi burada Şamaxının Kərkəng kəndindən gələn ermənilər yaşayır.[8]
Tanınmış şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Afad Qurbanov ― professor, akademik, filologiya elmləri doktoru, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
- Əhməd Oğuz ― ssenari müəllifi. Kino redaktoru, şair, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- Mövlud Süleymanlı ― nasir, dramaturq, yazıçı, ssenari müəllifi, əsər müəllifi. Kino məsləhətçisi 1980-ci ildən AYB-nin üzvü, Azərbaycanın хalq yazıçısı, Əməkdar incəsənət хadimi.
- Miraslan Bəkirli ― Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ Budaq, Ziyadxan. TALELƏR (SƏNƏDLİ POVEST) (PDF) (az.). 2018. səh. 62. ISBN 5-89968-251-5. 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-01.
Mənbələrdən o da aydın olur ki, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli Fərmanı ilə Cücə kəndinin adı dəyişdirilərək “Qızıl Şəfəq” adlandırılmışdır.
(#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters) - ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002
- ↑ ASE, X cild, Bakı, 1987, s.449
- ↑ ASE, X cild., Bakı., 1987, s.449
- ↑ Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış (İslamdan əvvəl və islam dövrü). Başlanğıcından XVI əsrə qədər, Bakı, Azərnəşr, 1993, s.36
- ↑ 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.80–81, 150–151 (erm.)
- ↑ "Azərbaycanlıar və ermənilər kəndlərini dəyişdilər". 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)