Qurumsulu — Vikipediya
kənd | |
Qurumsulu | |
---|---|
41°10′45″ şm. e. 45°06′35″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Loru mahalı]] |
Rayon | [[Barana rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 720 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Qurumsulu, Barekamavan — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.[2] Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.[3]
Tarixi
[redaktə | vikimətni redaktə et]Rayon mərkəzindən 9 km şərqdə yerləşir. Kənd Azərbaycanın Qazax rayonundakı Qaymaqlı kəndi ilə həmsərhəddir. 1935-ci ildə kənd Dostluq, 1978-ci ildə ermənicə "dostluq, yaxınlıq" mənasına gələn Barekamavan adıyla adlandırılmışdır.[4]
Toponim
[redaktə | vikimətni redaktə et]Toponim türk dilində "yamacda və yaylanın yastı zirvəsində daş qırıqları, qaya parçası" mənasında işlənən qurum sözü ilə[5] -lu şəkilçisi qəbul etmiş su sözünün birləşməsindən əmələ gəlmişdir. Qurum sözü qədim türk dilində "qaya parçası" mənasında işlənən qorum (qorum) formasında işlənmişdir[6]. Kəndin adı ilə relyefi uyğun gəlir. Belə ki, kənd daşlı, çınqıllı, dağlı ərazidə yerləşir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]XX əsrin əvvəllərində Qazax qəzasının Qurumsu kəndindən[7] (133, 151) gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ "Cəbhədə atəşkəs 105 dəfə pozulub". Trend News Agency (az.). 24 Noyabr 2014 10:49. 2015-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-20.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гурумсулу // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.320
- ↑ Древнетюркский словарь, Л., "Наука", 1969. s.46
- ↑ Обозрение Российских владений за Кавказом. Спб., 1836. .