Gödəkdərə — Vikipediya
Gödəkdərə | |
---|---|
40°36′ şm. e. 45°44′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Gödəkdərə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Əmiraslanlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Gödəkdərə kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Toponimikası
[redaktə | vikimətni redaktə et]Yaşayış məntəqəsini XIX əsrin ortalarında yaxınlıqdakı Sarıhəsənli kəndindən qarqarlı nəslinə mənsub ailələr Gödəkdərə adlı yerdə salmışlar. Sonralar Şəmkir rayonunun Qapanlı (indiki Məmmədalılar) kəndindən danaçılar nəslinə mənsub ailələr də buraya köçüb məskunlaşmışlar. Kənd salındığı yerin adını daşıyır. Güman etmək olar ki, bir zamanlar gödəkli nəslinə mənsub maldar ellər bu ərazidən otlaq kimi istifadə etmişlər.[3]
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]Kənd dağlıq ərazidə yerləşir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 313 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
- ↑ Gödəkdərə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |