Musayal — Vikipediya

Musayal
40°31′ şm. e. 45°47′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Musayal xəritədə
Musayal
Musayal

MusayalAzərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.

Musayal oyk., miir. Gədəbəy r-nunun Dəyəqarabulaq i.ə.v.-də kənd. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Kənd ərazisində tapılan qədim küp qəbirlər, kəndin aşağı hissəsində - indi də "Kilsə" adlandırılan ərazidə mövcud olmuş qədim məbəd qalıqları, "Yurdlar" adlanan ərazidə tikili daşları qalıqlrı sübut edir ki, burada qədimdə də yaşayış məskəni mövcud olmuşdur. Kəndin indiki məskunlaşması isə 19-cü əsrin sonları, 20-ci əsrin əvvəllərində baş vermişdir. Müxtəlif ərazilərdən, o cümlədən indiki Daşkəsən rayonunun Qabaqtəpə kəndindən, Zərifdən və digər əraf ərazilərdən gələn insanlar ərazini maldarlığa əlverişli hesab edərək burada məskunlaşmışlar. Kənddə ilk sövxozun qurulmasından bir müddət sonra əkin sahələrinin azlığlı və yolsuzluq problemi ilə əlaqədar kənd əhalisi Düzyurd kəndinin yaxınlığında yerləşən "Göllər" ərazisinə köçürülmək istənmiş, lakin əhalinin bir qismi bununla razılaşmamışdır. Daha sonra əhalinin bir qismi indi Talakənd ərazisinə köçərək bu kəndi salmışlar. Kəndin bu cür adlanması nə vaxtsa Musa adlı şəxsin (bəzi ehtimallara görə Miskinli ərazisindən olmuşdur) kəndi əhatə edən üç yalın (dağ birləşməsi, aşırım) ən böyüyü olan, yerli sakinlərin "aşağkı yal" da adlandırdıqları yerdə təsərrüfatla məşğul olması ilə bağlı olub. Yəni həmin yal "Musa yalı" (Musanın yalı, aşırımı) adlandırıldığına görə kənd də bu cür adlanıb.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 142 nəfər əhali yaşayırdı. Lakin hazırda kənd demək olar ki, tamamilə boşalmışdır və qış aylarında orada heç kim yaşamır. Yay aylarında isə yalnız bir neçə kənd sakini maldarlıq məqsədi ilə kəndə qayıdır.[1]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629