Hacılar (Gədəbəy) — Vikipediya

Hacılar
40°42′49″ şm. e. 45°26′26″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Gədəbəy rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 589 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2128[1]
Xəritəni göstər/gizlə
Hacılar xəritədə
Hacılar
Hacılar

HacılarAzərbaycan Respublikasının Gədəbəy rayonunun Hacılar kənd inzibati ərazi dairəsində kənd.[2]

Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Gədəbəy rayonunun Hacılar kəndi. Dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin İmamverdi oğlu Hacı Həzrətqulu adlı şəxs saldığı üçün belə adlanır. Hacının babası Qüdrətqulu xan iranın Güney kəndindən gəldiyi üçün kəndin adı el arasında Güneykənd kimi də işlədilir.

  • Hacılar oyk., sadə.
  • Ağdaş r-nunun Yuxarı Nemətabad i.ə.v.-də kənd. Şirvan düzündədir;
  • Ağcabədi r-nunun Boyat i.ə.v.-də kənd. Düzənlikdədir;
  • Bərdə r-nunun Mustafaağalı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Yerli əhali arasında Hacallı kimi işlənir;
  • Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini İmamverdi oğlu Hacı Həzrətqulu adlı şəxs saldığı üçün belə adlanır. Hacının babası Qüdrətquluxan İranın Güney kəndindən gəldiyi üçün kəndin adı el arasında Güneykənd kimi də işlənir;
  • Xaçmaz r-nunun Qalağan i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır;
  • Laçın r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarabağ yaylasındadır. XIX əsrdə Qarıqışlaq kəndinin binə yerlərindən biri olan bu ərazidə Hacı qəbri adlanan yer də var;
  • Tovuz r-nunun Çatax i.ə.v.-də kənd. Əsrik çayının (Axınca çayının qolu) sahilində, Kiçik Qafqaz dağlarının yamacındadır. Yaşayış məntəqələri qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir.[3]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 589 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]