Slavyanka (Gədəbəy) — Vikipediya
Slavyanka | |
---|---|
40°39′27″ şm. e. 45°48′38″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1844 |
Mərkəzin hündürlüyü | 1.482 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Slavyanka — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yaşayış məntəqəsi çar hökumətinin köçürmə siyasəti ilə əlaqədar Krım yarımadasından gəlmələrin 1844-cü ildə burada məskunlaşması nəticəsində yaranmışdır. Kənd köçürmə kampaniyasına rəhbərlik edən və burada yaşayan rus zabiti Slavinonun adı ilə adlandırılmış, 1854-cü ildən Slavyanka kimi rəsmiləşdirilmişdir.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4047 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Azərbaycanın dünya şöhrətli Slavyanka suları Slavyanka kəndinin təbii bulaqlarından çıxır. Slavyanka suları insan orqanizminə faydalı olan minerallarla zəngin təbii süfrə suyudur və Azərbaycanda, o cümlədən digər ölkələrdə qısa zaman ərzində məşhurlaşmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629