Kosa və keçəl — Vikipediya
Bu məqalə qaralama halındadır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kosa və keçəl — Azərbaycan xüsusilə Novruz bayramında məşhur personajlardır.
Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: "Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin "Köhnə Bakı" əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub. Vaxtilə indiki "Azad qadın"ın heykəli, yerləşdiyi ərazi də daxil olmaqla, "beşmərətəbə"nin yaxınlığında böyük bazarlar olardı, həmin yerdə Novruz şənlikləri keçirilərdi. Sarabski də öz əsərində həmin bazar meydanında Bakının qədim bayram ənənələrindən bəhs edib. Keçəl burada oyunbaz rolundadır. Gözübağlıca, kəndirbaz oyunlarında da keçəlin rolu var. Bəzən Kosanı, Keçəli bu bayramda inkar edirlər, amma bu düzgün deyil. Keçəl bəzi tamaşalarda keçi adı ilə çıxış edir, amma bu şənlikdə keçi, keçəl, kosanın öz yeri var. Novruz Bayramında bu obrazlar təbiətin oyanış dövründə gülüş, səmimiyyət doğurur. Kosa torpağın rəmzidi, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Axı hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə Kosa dirilir. Təbiətin gözəlliklərini göstərmək, torpağı əkmək-becərmək üçün bu oyunlar quraşdırılır və bununla da tamaşa gözəl sonluqla yekunlaşır". (Mənbə)
Novruzda yumurta boyayırlar. Ağ, göy, yaşıl, qırmızı boyanması dörd fəslin rəmzi, əmin-amanlq kimi yozulur. Novruzda xüsusi şirniyyatlar bişirirlər – qoğal, şəkərbura, paxlava. Qoğal – Günəşin, şəkərbura – Ayın, paxlava isə – alovun rəmzi sayılır. Əvvəlcədən hazırlanmış səməni halvası da süfrədə olur. Bayramqabağı göyərdilmiş səməni də, göyərdilmiş buğda-noxud da süfrəyə qoyulur. Bayram günlərində cavanların və uşaqların ən sevdiyi və çox yayılmış oyunlardan biri ― Kos-kosadır. Cavanlar bir yerə toplaşırlar. Bir nəfər zirək və hazırcavab oğlana tərsinə kürk geyindirirlər, üzünü möhkəm- möhkəm unlayır, başına bir uzun motal papaq qoyur, ayaqlarının altına ayaq formasında ağac sarıyırlar. Boynuna zınqırov salır, paltarın altından qarnına yastıq bağlayır, bir çömçəni qırmızı bəzəyib əlinə verir və qapı- qapı gəzdirib oynadaraq pay toplayırlar. Kosanı gəzdirənlər bu mahnını oxuyurlar:
- Ay kos-kosa, gəlsənə,
- Gəlib salam versənə,
- Çömçəni doldursana,
- Kosanı yola salsana.
- Ay uyruğu-uyruğu, Saqqalı it quyruğu,
- Kosam bir oyun eylər,
- Quzunu qoyun eylər,
- Yığar bayram xonçasın,
- Hər yerdə düyün eylər.
- Novruz-novruz bahara,
- Güllər-güllər nubara,
- Bağçanızda gül olsun,
- Gül olsun, bülbül olsun,
- Bal olmasın, yağ olsun,
- Evdəkilər sağ olsun,
- Xanım dursun ayağa,
- Kosaya pay versin ağa.